https://disk.yandex.ru/d/WjWl7f2NfaV1Fw
Müasir ədəbiyyatımızın nəsr sahəsində, xüsusən də hekayəçilk bölməsində birincilərdən sayılan simalardan biri mərhum Rafiq Tağıdır. Onun qələmindən çıxmış 5-6 yüz hekələrindən istənilən birini oxumaq kifayətdir ki, yazıçının özünəməxsus yazı tərzinin, heç kimə bənzəməyən orijinal düşüncənin genişliyini görəsən. Rafiq Tağının özü üçün yaratdığı və söykəndiyi orijinal fəlsəfə — bəzən mübahisəli anlarla dolu olsa da — onun nə qədər güclü istedad sahibi olduğuna əyani subutdur.
«Həyat qədim kitab kimi qəşəng tərtib edilib: əvvəli də, sonu da yoxluqla naxışlanıb.» — («Qədim kitab») deyən yazıçı hər yaratdığı əsərdə ali düşüncəni bir günlə yaşayan həyat baxışlarına qarşı qoyub.
R. Tağının tam orijinallıqla, bənzərsiz üsulla qələmə aldığı əsərlərdən ibarət üç kitabın linklərini diqqətinizə çatdırırıq.