“O dünya məsələsi» — Seymur Baycan

Fikirlər Xatirələr

Hər kəsə məlumdur ki, ölüm ağır imtahandır. O dünyanın olmadığını, günlərin bir günü ölub əlli-ayaqlı yoxa çıxmağı qəbul etmək, bu ağır, həm də bayağı həqiqətin gözünə dik baxmaq hər adamın işi deyil. Bunun üçün adamda yekə bir “ruh” olmalıdır. İnsanların böyük əksəriyyəti bilərəkdən və ya bilməyərəkdən o dünyanın olmaması həqiqətinə qarşı öz səviyyələrinə uyğun formada mübarizə aparırlar. O dünyanın olmaması adlı bayağı həqiqətin törətdiyi qorxunun nəticəsində insanlar özlərini dini məzmunlu əfsanələrə, nağıllara inandırırlar. İnsan bir gün ölüb tamam yoxa çıxmaq qorxusu qarşısında özündən sonra yaşayacaq bir şey, nişanə qoyub getmək istəyir. Övladlarına ölmüş atasının, anasının adını qoyur ki, o öləndə övladları da öz növbəsində öz övladlarına onun adın qoysunlar. Atasının, anasının qəbri üstündə yekə bir məqbərə tikdirir ki, o da öləndə onun qəbri üstündə yekə bir məqbərə tiksinlər. Əlbəttə, bütün bunlar çox gülməlidir. Hətta yox olmaq, əlli–ayaqlı itmək qorxusunun qarşısında adını qayalıqlara, tualet divarlarına yazan adamlar da var.

Qatı ateist bir insanın söykəndiyi dayaqlar, illərlə söykəndiyi fikirlər ölüm adlı imtahanın qarşısında asanlıqla sarsıla bilər. Əziz Nesin ölümün nəcə ağır imtahan olduğunu dəqiq bilirdi. Ona görə də özünü əvvəlcədən sığortalayaraq demişdi: “Əgər nə vaxtsa dilimə Allah kəlməsi gəlsə, bilin ki, artıq ağlım başımda deyil”

Qiymət