«Kubinka» necə dəyişəcək

Keçmişin şirin xatirələri ilə bağlı “Kubinka” söküləcək, dəyişəcək, yenidən qurulacaq.

Yüzlərlə filmlərin “iştirakçısı” olmuş bazarlar, məhəllələr yaxın gələcəkdə yeni siması ilə hər kəsi təəccübləndirəcək. Hazırda “Kubinka”da hissə-hissə söküntü işləri aparılır. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov İTV-yə bildirib ki, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur:

“Kubinka”nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə aidiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır.

Kimlərin ki, evlərinin sahəsi 20 kvadratmetrə yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadratmetr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir”.

Qiymət