Krasnoyarskdə keçən viktorinada gənclərimiz qalib olub

Xəbərlər

Bu günlərdə  Krasnoyarsk şəhərindəki “Zerkalo” gənclər mərkəzində “MİR” Milli Gənclər Assosiasiyaları Şurasının “Krasnoyarsk diyarının xalqlarının dil müxtəlifliyi” adlı etnoviktorina keçirilib. Regionun milli-mədəni muxtariyyətlərinin nümayəndələrindən ibarət komandalar dünya xalqlarının mədəniyyətləri və dilləri üzrə ən yaxşı ekspert adı uğrunda mübarizə aparıblar.

Viktorinada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Krasnoyarsk filialının fəalları da “Odlar Yurdu” komandası adı ilə iştirak ediblər və orada 3-cü yeri tutublar. Qeyd edək ki, komandanın kapitanı Nübar Bağırova olub.

İntellektual turlarla yanaşı, proqramda yaradıcılıq fasilələri də yer alıb. Fasilələrin birində fəal soydaşımız Kərəm Tomarov Azərbaycan dili ilə bağlı şeir oxuyub.

“Etnoquiz”in əsas məqsədi təhsil və mədəniyyət mübadiləsidir. Bu cür tədbirlər həmişə Krasnoyarsk diyarında və ondan kənarda yaşayan xalqların mədəniyyəti haqqında biliklərini göstərmək istəyən çoxlu sayda uşaqları cəlb edir.