“KÖHNƏ İL HARA GEDİR?” — Əli bəy Azərinin yeni kitabı belə adlanır

Ədəbiyyat

Bu gün Əli bəy Azərinin yeni kitabı çapdan çıxıb. On bir hekayə daxil edilmiş kitab hekayələrdən birinin adı ilə “Köhnə il hara gedir?” adlanır. 100 səhifəlik kitab Mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Gənclik” nəşriyyatı tərəfindən çapa hazırlanıb. Kitabın redaktoru kiçik həcmli romanlar müəllifi kimi tanınan Ayaz İmranoğludur.

Kitabın üz qabığında belə bir ifadə yerləşdirilib: “Uşaqlar, yeniyetmələr, həm də böyüklər üçün…”

Dahilərdən biri buna uyğun bir söz işlədib: “Uşaq hekayələri həm də böyüklərin xoşuna gələn hekayələrdir”.

Ümidvarıq ki, Əli bəy Azərinin yeni kitabına daxil olunmuş hekayələr təkcə uşaq və yeniyetmələrin deyil, həm də böyüklərin xoşuna gələcəkdir.

Kitabın adı ilə bağlı isə onu demək mümkündür ki, suala cavab tapmaqdan ötrü mütləq oxumaq lazımdır.