KİTAB OXUMAMAĞIN FƏSADLARI — Əli Bəy Azəri yazır

Əli Bəy Azəri

Yazıçı ilə oxucu arasındakı uçurum günü-gündən dərinləşməkdədir. Cəmiyyət bunun fərqində deyil. Kitab oxumamağın fəsadlarının hansı dəhşətlərə gətirib çıxaracağını düşünmək belə mümkünsüzdür.

Təxminən otuz il əvvəl üç milyondan çox oxucusu olan can Azərbaycanın bu günkü vəziyyəti acınacaqlıdır. İbtidai siniflərdən başlayaraq məktəbliləri elə yükləyirlər ki, onlar nəinki kitaba sevgi bəsləmirlər, bütövlükdə məktəbə nifrətlə yanaşırlar. Dünyanın çoxdan əl çəkdiyi kurikulim sistemindən Azərbaycan təhsil bossları motal itddən yapışan kimi yapışıblar. Yeniyetmələr arasında oxu vərdişi yaranmadığından çənə uzanması, diş əyriliyi, nitq qabiliyyətinin formalaşmaması kimi fəsadlar bizi həyəcan təbilini döyəcləməyə səsləyir. Telefon yazışmalarına üstünlük verib, canlı dialoqlardan yayınmaq da bu sıradan mənfi hal kimi qəbul olunmalıdır.

Sistemli kitab nəşrinin sıradan çıxarılması səbəbindən bazar öz məhsulunu formalaşdıraraq daha çox bayağılığa üstünlük verir. Bir tərəfdən də kriminal aləmin təbliğatı bu sahədə dedektiv adı altında serial cinayətkarlıq nağılları böyük bir əksəriyyəti özünə cəlb edə bilib. İntim səhnələrlə daha çox məşhurluq qazanmağa cəhd narkomanlığın, əqidə sürüşkənliyinin, fiziki cinsəl meylliliyin, hətta cinsi azlıq hesab olunan gey, homoseksual yeniyetmələrin ortaya çıxmasına səbəb olub. Cəmiyyət uçurumun tən ortasındadır. Geriyə qayıtmaq üçün iradə gərəkdir; həm yuxarılarda, həm də aşağılarda. O iradə isə yoxdur. Nə oxutmuram deyən var, nə oxuduram deyən, elə bil təhsil avtopilota boyulub.

Müqəddəs hesab etdiyimiz məktəblərdə nələr baş verir? Məktəblər cəmiyyət üçün qapalı müəssələrə çevrilən gündən valideynlər orda baş verənlərdən xəbər tuta bilmirlər. Anormal yaşayış tərzinə uyğunlaşmaqda olan …meylli yeniyetmənin sinifdə nümayişkaranə “mənim gələcəyim parlaqdır” şüarını səsləndirməsi, on yeddi yaşlı qızın məktəbdən birbaşa 32 yaşlı kişiyə qoşulub qaçması, Əhmədin ailə üzvlərini qətlə yetirməsi, məktəbli qızın digərləri tərəfindən təhqir olunması çəkilişinin sosial şəbəkələrdə yayılması çox ciddi mətləblərdən xəbər verir.

Günbəgün yenilənən belə xəbərlər olduqca çoxdur.

Xəbərləri eşidib tədbir görmək iqtidarında olanlar varsa…

 

Əli BƏY AZƏRİ, baş redaktor