Təmirsiz stadion, bərbad vəziyyətdə olan oturacaqlar və baxımsız qalmış ot örtüyü — bu «Kəpəz»in oynadığı meydançadır.
Ölkənin ən böyük futbol məktəbi hesab olunan, Azərbaycan futboluna Maşallah Əhmədov, Yunis Hüseynov kimi oyunçular vemiş Gəncə şəhərinin komandası na məxsus stadionun təmirinə niyə vəsait tapılmır, maraqlıdır.