“75 yaşdan yuxarı yaşım var. Nə qədər burda yaşayacam ki, evimin sənədini də görüm?”
Binəqədi rayonunun Baksol kimi tanınan səmtində sakinlər 10 ildən çoxdur sənədsiz evlərdə yaşayırlar. Deyirlər ki, polisin qeydiyyatında çıxarılandan sonra onları heç bir yerdə qeydiyyata götürmürlər.
“Təcili yardıma deyirəm, Baksol ərazisinə gəlin. Onlar bir-iki saat axtarırlar, ona kimi də xəstə olan adam ölüb gedir o dünyaya, o da gəlib tapır, deyir nə oldu? Deyirəm, öldü getdi, qayıdın geriyə”.