Tuti Bikə (…Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi.
Bəzi mənbələrə görə, Tuti-Bikə 1751-ci ildə, digərlərinə görə isə 1753-cü ildə anadan olub. Deyilənə görə o, atıcılıq yarışında iştirak edərək Dərbənd hakimi olmaq hüququ qazanıb.
Daha sonra Dağıstanın ən yaxşı atıcıları bu turnir üçün qədim şəhərə toplaşıblar. Həmin vaxt turniri Quba xanlığının hökmdarı Fətəli xan keçirirdi. Maska taxan döyüşçü qalib gəldi. Hökmdar qalibdən onu çıxarmağı tələb etdi. Orada olan hər kəs maskanın altında gözəl bir qadının üzünün gizləndiyini görəndə çox təəccübləndi. Fətəli xan Tuti-Bikəyə aşiq olur və onula evlənir.
Quba xanlığının siyasi həyatında mühüm rol oynamışdır. O vaxt Azərbaycanda olan xanlıqlar arasında müharibələr gedirdi. Xanlıqlar arasında gedən döyüşdə məğlub olan Fətəli xan geri çəkilir.
1774-cü ildə gərgin müharibələr gedirdi. Bu vaxt Dərbənd şəhərinin müdafiəsinə Tuti Bikə şəxsən özü rəhbərlik edirdi. Ərinin həlak olması şayəsinə inanmayan Tuti Bikə döyüş libası geyərək qalanı müdafiə edənləri döyüşə ruhlandırır. Başçılıq etdiyi Dərbənd süvariləri ilə düşməni şəhərdən uzaqlaşdırdı. Bəla ondadır ki, Azərbaycanda olan xanlıqlar özləri birləşib ümumi düşmənə qarşı vuruşmaq əvəzinə, qarşı-qarşıya dayanırdılar. Bir-birinə düşmən münasibəti bəsləyirdilər. Bunun nəticəsində 1775-ci ilin mart ayında ruslar guya Fətəli xanı müdafiə edir, bu ad altında onlar Dərbəndə soxulurlar. Elə buna görə də huiylə baş tutur. Həmin vaxtdan etibarən Dərbənd şəhəri Azərbaycandan qoparılıb Rusiyanın tərkibinə qatılır.
1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.