Gilan hakiminin hiyləsi

Tarix

Ismayılın atası Şeyx Heydərlə dayıları Sultan Yaqub və Rüstəm Mirzə arasında inciklik var idi. Şeyx Heydər döyüşdə həlak olduqdan sonra Rüstəm Mirzə İsmayıllın qardaşlarını və anasını qətlə yetirdi. Şeyx Heydərin dostları yalnız balaca İsmayılı qaçıra bildilər.

Bir gün Mirzə Rüstəm eşidir ki, İsmayılı Gilanda gizədirlər. Gilan hakimin yanına adam göndərir ki, ya İsmayılı ver, ya da boynun vurulacaq. Hakim deyir: “Əgər Qurana and içsəm ki, İsmayıl Gilanda yoxdur, mənə inanarsınızmı?”

 

Rüstəm Mirzənin adamları deyirlər: “İnanarıq”. İsmayılı zənbildə gizlədirlər. Zənbili isə bir hündür ağacın budağından asırlar. Bundan sonra Gilan hakimi əlini Qurana basır və deyir: “And olsun Qurana ki, Şeyx Heydər oğlu İmayılın ayaqları mənim torpağıma dəymir”. Rüstəm Mirzənin adamları çıxıb gedirlər…

Bu hadisədən altı il sonra 14 yaşlı İsmayıl tərəfdarlarının köməyi ilə hakimiyyətə gəlir.