“Formula 1”ə görə bağlanmış yollar açıldı

Bakıda Formula 1 yarışına görə bağlanan yollar açılıb.

Bu barədə Modernə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yarışa görə bağlanmış şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti səhər saat 8:00-dan etibarən bərpa edilib:

“Bu gün saat 8:00-dan etibarən nəqliyyat vasitələri Bakı Şəhər Halqasının trayektoriyası üzrə sərbəst hərəkət edirlər. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyli, İstiqlaliyyət və Zərifə Əliyeva küçələrində kəsişən yol ayrıclarında qurulmuş maneələrin 3 gün ərzində götürülməsi nəzərdə tutulub”.