“ƏLİ və NİNO” ( roman, XXlV-XXV FƏSILLƏR) QURBAN SƏİD

Qurban Səid (M.Əsəd Bəy)

Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır.

 

İYİRMİDÖRDÜNCÜ FƏSİL

Qəribədir! Bibi-Heybətin neft hopmuş sahilində son atəşlər səslənəndə bir daha xoşbəxt olacağıma inanmırdım. Şimranın ətirli bağlarında bircə ay — və dinclik məni çulğadı. Mən öz vətənini yenidən tapmış insanlara bənzəyirdim.

Şəhərə çox nadir hallarda çıxırdım. Qohumlara, dostlara baş çəkir və nökərlərin müşayiətində Tehran bazarının qaranlıq dolanbaclarında vurnuxurdum.

Dar cığırlar, dəyəsayaq köşklər — hamısı da azman, pərdəli damla örtülü. Qızılgül, qoz, xalça, şal, ipək paltar və daş-qaş qalaqlarının içində eşələnirəm. Qızıl haşiyəli bardaqlar, qədim və incə əl işləri, zafian balınclar və nadir ətirlər tapıram. Gümüş tümənlər1 İran tacirinin cibinə axır. Nökərlərim Şərqin hər cür nemətləri ilə yüklənmişdir. Hamısı Nino üçün. Onun körpə sifətçiyi qızılgül bağına o cür dəhşətlə baxmasın gərək.

Nökərlər yük altında iki qatlanır. Yoluma davam edirəm. Küncdə dəri üzlüklü quranlar və miniatür şəkillər var: sərv altında qız və yanında badamgöz bəy; şah ov zamanı, ox və qaçan cüyür. Gümüş tümənlər yenidən cingildəyir. Biraz aralıda alçaq masa arxasında iki tacir əyləşib. Onlardan biri gümüş tümənləri enli çantadan çıxarıb o birinə verir. O da onları təfərinclə süzüır, ağzına aparıb dişləyir, balaca tərəzidə çəkir və iri bir torbaya qoyur. Tacir borcunu ödəyənə qədər yüz, min, bəlkə də onmin dəfə cibinə əl atır. Peşəsi şərəfli peşədir. Ticarət! Peyğəmbər özü də tacir olub.

Bazarın yolları labirint kimi bir-birinin qoynuna girib qıvrılır. Hər iki tacirin yanındakı dükanda müdrik bir kişi əyləşib əlindəki kitabı vərəqləyir. Qocanın sir-sifəti üstündə mamır bitmiş qaya yazılarına bənzəyir, incə barmaqları dözüm və rəhmdən xəbər verir. Kitabın saralmış vərəqlərindən Şiraz qızılgülünün ətri, İran bülbülünün cəhcəhi, fər- yadlı nəğmə, badam gözlərin və uzun kirpiklərin xəyalı ətrafa yayılır. Çevik əl köhnə kitabı ustufla vərəqləyir.

Pıçıltı, səs-küy, qışqırtı. İncə boyalı qədim Girman xalçalarının birinin başına dolanıram. Xalçaya toxunmuş bağçanın incə ilmələrini Nino çox xoşlayır. Kimsə gülab və gül yağı satır. Minlərlə qızılgül yağının bir damlasında yerləşib, minlərlə insan Tehran bazarının dar dolanbacında yerləşdiyi kimi. Ninonun gülabdolu piyalənin üstünə əyilməsi gözlərim önünə gəlir.

Nökərlər yorğun-arğın dayanıblar.

— Hamısını aparın Şimrana. Mən birazdan gələcəm.

Nökərlər insan axınının arasında yox olurlar. Bir neçə

addım yeriyirəm və belimi əyib İran çayxanasının alçaq qapısından içəri keçirəm. Otaq adamla doludur. Orda qırmızısaqqal bir kişi əyləşib. Kirpiklərini yarı yumaraq Hafizin məhəbbət şeirlərindən birini əzbərdən deyir. Dinləyicilər şirin məstlik içində qulaq asırlar. Sonra kişi əlindəki qəzetdən oxuyur:

Amerikada bütün dünyanın danışılan sözünü eşidilən edən bir maşın tapılıb… Şövkəti günəşin parlaqlığını kölgədə qoyan, əli marsa yetişən, taxt-tacı dünyanı bürüyən əlahəzrət şahinşah Sultan Əhməd şah hal-hazırda İngiltərədə hökmranlıq edən monarxın rezidentini qəbul etmişdir… İspaniyada ikibaşlı və dördayaqlı bir uşaq dünyaya gəlmişdir. Xalq onun iblis olduğuna işarə edir.

Dinləyicilər heyrətlə çırt-çırt edir. Qırmızısaqqal qəzeti bükür. Yenidən bir mahnı səslənir. Bu dəfə Rüstəm pəhləvan və oğlu Zöhrab barədə. Mən, demək olar, qulaq asmıram. Buğlanan çaya baxıb düşünürəm: hər şey heç də deyildiyi kimi deyil.

— İrandayam, sarayda məskunlaşmışam və hər şeydən razıyam. Nino da həmin sarayda yaşayır və tam narazıdır. Dağıstanda o, çölləmə yaşamın bütün ağırlığını könüllü qəbul etmişdi.

 

Burda isə fars etiketinin ləyaqətli qaydalarını yaxına buraxmır. Mənimlə gəzməyə çıxmaq istəyir, baxmayaraq bu, polis tərəfindən yasaqlanır. Ər-arvad birlikdə nə qonaq qəbul edə, nə də gəzməyə çıxa bilər. Xahiş edir ki, şəhəri ona göstərim və onu fikrindən daşındırmaq istədikdə acığı tutur:

— Şəhəri məmnuniyyətlə sənə göstərərdim, Nino. Amma göstərə bilmərəm.

 

İki, qara gözlərindən giley və şaşqınlıq yağır. Onu necə inandırım ki, şəhərdə çadrasız gəzmək xan arvadına yaraşan iş deyil?

Bahalı-bahalı çadralar alıram:

— Bir bax, Nino, necə də gözəldirlər. Günəşdən və tozdan sifəti necə də qoruyurlar. Mən özüm can-başla belə bir çadra gəzdirərdim.

Qəmli-qəmli gülümsəyib çadranı qırağa qoyur:

— Sifəti gizlətmək qadına yaraşmaz, Əli xan. Bu libası əynimə geysəm, özümə nifrət edərəm.

Polisin sərəncamını ona göstərirəm. Onu dartıb cırır və mən şüşələri cilalanmış qapalı bir fayton sifariş verirəm.

Onunla beləcə şəhəri gəzməyə çıxdım. Toplar meydanında atamı gördüm və onu salamlamaq istədim. Dəhşətli idi. Ninonun könlünü almaq üçün bazarın yarısını almışdım…

Tək-tənha oturub nəlbəkiyə baxıram.

Nino darıxdığından məhv olacaq və mən bunu dəyişdirə bilməyəcəm. Avropa məhəlləsinin qadınları ilə görüşmək istəyir. Fəqət xan arvadı kafir arvadları ilə görüşə bilməz. Həmin qadınlar ona o qədər yazıqlanacaqlar ki, hərəmxana həyatına daha dözə bilməyənə qədər ona dözməli olacaq. Bu yaxınlarda o, əmiqızlarıma, bibimə baş çəkib evə tam şaşqınlıqla dönmüşdü.

— Əli xan, — şaşqınlıq içində qışqırmışdı. — Bilmək istəyirdilər ki, gündə neçə kərə məni öz sevginə qərq edirsən. Deyirlər ki, həmişə yanımda olursan. Bunu ərlərindən öyrənirlər və heç təsəvvür edə bilmirlər ki, biz başqa işlər də görürük. Cin-şəyatinə qarşı mənə bir dərman da verdilər, hətta həmayil də təklif etdilər. Guya o, səni məşuqədən qoruyacaqmış. Bibin Sultan xanım soruşdu ki, cavan oğlanın yeganə arvadı olmaq yorğun deyilmi? Və hamı bilmək istəyirdi ki, sənin əyləncə gədələrinin yanına getməməyinə mən necə dözürəm? Əmin qızı Suata bilmək istəyirdi ki, sən o murdar xəstəliyə tutulmusanmı? Deyirdilər ki, mən paxıllığı çəkiləsi adamam. Əli xan, özümü çirkaba bulanmış hiss edirəm.

Ona təsəlli verdim, bacardığım qədər. Ağıldankəm uşaq kimi bir küncə çömbəlib qorxa-qorxa yörəsinə boylanır və uzun müddət sakitləşə bilmirdi.

Çay soyuyub buza dönür. Çayxanada otururam ki, insanlar bütün günümü hərəmxanada keçirmədiyimi görsünlər. Həmişə arvadının dizinin gözünü kəsdirmək kişiyə yaraşan iş deyil. Əmioğlanlarım məni artıq lağa qoyurlar. Günün yalnız müəyyən saatları arvadın payına düşür, yerdə qalanları kişinin. Ancaq mən Ninonun yeganə təsəllisiyəm. Onun qəzetiyəm, teatrıyam, qəhvəxanasıyam, dost-tanış əhatəsiyəm, həm də əriyəm. Buna görə də onu tək qoya bilmirəm. Buna görə də bütün bazarı alıram, çünki bu axşam əmimgildə atamın şərəfinə böyük qonaqlıq düzəldilib və şahzadələrdən biri orada istirahət edəcək, Nino da evdə tək qalmalı olacaq. Ona tərbiyə vermək istəyən xacənin yanında.

Bazardan çıxıb Şimrana yollanıram. Xalı döşənmiş böyük zalda Nino sırğa, bilərziK, ipək şal, ətir şüşələri qalağının qarşısında fikirli-fikirli oturmuşdur. O məni səssiz və incəliklə öpür və qəfildən içimdə bir şaşqınlıq baş qaldırır. Xacə şərbət gətirib gəc-gəc hədiyyələrə baxır. Arvadı belə ərkələmək olmaz.

* * *

İranlının həyatı gecə başlayır. Gecələr insanlara canlanma gəlir, fikirlər yüngülləşir, dillər açılır. Gündüzü toz və çirk bürüyür. Gecələr teşaxät, mənim sevdiyim, məftun olduğum və Bakının, Dağıstanın yaxud Gürcüstanın aləmindən tamam seçilən qəribə İran kübarlığı baş qaldırır.

Əmimim bər-bəzəkli faytonları — biri atam üçün, biri də mənim üçün — evimizin qabağında dayananda saat səkkiz idi. Etiket belə tələb edir. Hər faytonun qabağında üç piş- xidmətçi, əllərində parlaq işığı məkrsiz sifətlərinə düşən uzun fənər tutmuş carçı və çaparlar. Uşaqlıqda onların dalağı kəsib götürülüb və həyatlarının mənası faytonun qaba- ğınca qaçaraq dərin pafosla «Diqqət!» qışqırmaqdan ibarətdir.

Yolda ins-cins yox idi. Buna baxmayaraq çaparlar yenə də özlərinin «Diqqət!» kəlməsini eyni tonla qışqırırdı, çünki bu da etiketə daxil idi. Biz dar küçələrlə sonu görünməyən boz lehmə barıların yanından ötüb gedirdik ki, həmin barıların arxasında da qışlalar, yaxud daxmalar, saraylar və ya idarələr gizlənirdi. Küçəyə yalnız İran həyatını yaman gözlərdən qoruyan boz, lehmə barılar baxırdı.

Bazar dükanlarının yastı damları ay işığında görünməz bir əlin tutub saxladığı saysız-hesabsız şarlara bənzəyirdi. Gözəl ornamentli tunc darvazası olan enli bir hasarın qarşısında dayandıq. Darvaza jaçıldı və biz sarayın həyətinə girdik.

 

Ayrı vaxtlar mən bu evə tək gələndə darvazada cındırından cin hürkən, arxalıq geymiş yaşlı bir nökər dayanırdı.

Bugün darvazanın ön hissəsində çilçıraq asılmışdı və faytonlar astanada dayananda səkkiz kişi birdən təzim etdi.

Azman həyət alçaq barı ilə iki yerə bölünmüşdü. Hərəmxana o üzdə idi. Orda fəvvarələr pıçıldaşır, bülbül oxuyurdu. Kişilər həyətində içində qızıl balıq olan düzbucaqlı sadə bir hovuz yerləşirdi.

Faytondan endik. Əmim astanaya gəldi. Onun xırda əlləri üzünü örtürdü. Kişi dərindən təzim edib bizi evə apardı. Qızıl suyuna çəkilmiş sütunları və oyma taxta divarları olan böyük zal adamla dolu idi. Burda mən qara qoyun dərisindən papaqlar, çalmalar, tox qonur parçadan enli, nazik libaslar gördüm. Ortada iri qövsiburun, çalsaç və tutaşkirpik ünli bir kişi əyləşmişdi — şahzadə Əlahəzrətləri. Biz içəri girəndə hamı ayağa qalxdı. Əvvəlcə şahzadə ilə, sonra başqaları ilə salamlaşdıq. Yumşaq döşəkçələrə əyləşdik. Zaldakılar da bizim nümunəmizi təkrarladı. Beləcə bir, ya da iki dəqiqə oturduq. Sonra hamımız ayağa qalxıb yenidən bir-birimizin hüzurunda təzim etdik. Nəhayət birdəfəlik əyləşib ədəb-ərkanlı sükuta qərq olduq. Nökərlər göyümsov fincanlarda buğlanan çay gətirdilər. Meyvə səbətləri əldən-ələ gəzdi və şahzadə əlahəzrətləri sakitliyi bu sözlərlə pozdu.

— Mən çox yerlər gəzib çoxlu ölkələr görmüşəm. Heç yerdə İrandakı kimi dadlı xiyar, yaxud şaftalı yoxdur.

Xiyarı soyub üstünə duz səpdi və onu hüzünlü baxışla asta-asta yedi.

— Əlahəzrətləri haqlıdır, — əmim dedi, — mən Avropada olmuşam, həmişə də təəccüblənmişəm ki, kafirlərin meyvəsi necə də xırda və çirkin olur.

— Hər dəfə İrana qayıdanda yeni nəfəs alıram, — İran şahlıq səltənətini Avropa saraylarından birində təmsil edən ağalardan biri dilləndi. — Elə bir şey yoxdur ki, ona görə bizim dünyaya paxıllığımız tutsun. Əslinə qalsa, dünyada yalnız farslar və barbarlar var.

— Uzaqbaşı bura hindlini də daxil etmək olardı, — şahzadə dilləndi. — Neçə il qabaq Hindistanda olanda mən hörmətə layiq sayılan və az qala bizim mədəni səviyyəmizə çatmış adamlar gördüm. Əslində adam tez yanılır, tanıdığım kübar bir hindli axırda yenə barbar çıxdı. Kişinin qonağı idim və təsəvvür edin ki, o, salatın üz qabıqlarını yeyirdi!

 

Oturanları dəhşət götürmüşdü. Qara çalmalı, sallaqya- naq bir molla həzin və yorğun səslə dilləndi:

— Farslarla qeyri-farsların fərqi ondadır ki, təkcə biz gözəlliyə qiymət verməyi bacarırıq.

— Doğrudur, — əmim dilləndi. — Gözəl bir şeir mənə səsli- küylü fabrikdən daha xoşdur. Əbu Seyidin küfrünü ona bağışlayıram, çünki o, ilk dəfə olaraq rübailəri, bizim ən gözəl şeir formamızı ədəbiyyata gətirmişdir.

Boğazını arıtlayıb yarı avazla əzbərdən dedi:

«Te medresse ve minare viran neşud İn kar kalendari bisman neşud Ta iman kafr ve kaft iman neşud Ek bende hakikata musulman neşud».

Məscid və mədrəsələr yerlə viran olmayınca, haqq arayan əməllər yerinə yetməyəcək.

İmanla imansızlıq nəqədərki bir deyil, insan həqiqətdə müsəlman olmayacaq.

— Dəhşətdir, — molla dedi. — Dəhşətdir. Bəs bu avaz! — və nəvazişlə təkrarladı. — Ek bende hakikata musulman neşud.

Yerindən durdu, uzun, dar boğazlı, bəzəkli, gümüş gü- yümü götürüb təngildəyə-təngildəyə otaqdan çıxdı. Birazdan geri qayıdıb aftafanı yerə qoydu. Hamımız qalxıb onu ucadan təbrik etdik, çünki bədəni ağır yükdən boşalmışdı.

Bu arada atam soruşdu:

— Doğrudur ki, Əlahəzrət, baş nazirimiz Vosuğ ed-Dav- leh İngiltərə ilə yeni müqavilə bağlamaq istəyir?

Şahzadə gülümsədi:

— Bunu Əsəd əs-Səltənətdən soruşsanız yaxşıdır. Baxmayaraq bu əslində heç sirr də deyil.

— Elədir, — əmim dilləndi, — çox yaxşı müqavilədir. Zira bu gündən etibarən barbarlar bizim köləmiz olacaq.

— Necə yəni?

— Hə də, ingilislər işi, biz də gözəlliyi sevirik. Onlar davanı, biz isə dincliyi xoşlayırıq. Deməli, birləşirik. Bundan sonra sərhədlərimizin təhlükəsizliyini qorumağımıza ehtiyac qalmayacaq. İngiltərə İranın qorqusunu öz üzərinə götürür, yollar salır, binalar tikir, üstəlik bunun üçün bizə pul da verir. Zira İngiltərə dünya mədəniyyətinin bizə minnətdar olduğunu gözəl bilir.

Əmimin yanındakı cavan kişi əmim oğlu Bəhram xan Şirvanşir idi. O, başını qaldırıb dedi:

— Necə düşünürsünüz, İngiltərə bizi mədəniyyətimizə, yoxsa neftimizə görə qoruyur?

— Hər ikisi dünyanın gözünü qamaşdırır və qorquya ehtiyacı var, — əmim etinasız cavab verdi, — amma biz özümüz əsgər ola bilmərik!

— Niyə ki? — Bu dəfə sualı verən mən idim. -Məsələn, mən xalqımın uğrunda vuruşdum və güman edirəm ki, bundan sonra da vuruşacam.

Əsəd əs-Səltənət gəc-gəc mənə baxdı, şahzadə də əlindəki fincanı yerə qoydu.

— Bilməzdim ki, — kinayə ilə dilləndi, — Şirvanşirlər arasında əsgər də varmış.

— Amma Əlahəzrət! O, zabit olub.

— Eyni şeydir, Əsəd əs-Səltənət. Zabit, — rişxəndlə təkrarlayıb dodaqlarını büzdü.

— Susdum. Tamam unutmuşdum ki, əsgər olmaq kübar farsın gözündə silksizlik sayılır.

— Yalnız əmioğlum Bəhram xan, deyəsən, ayrı fikirdəydi. Hələ çox gənc idi. Şahzadənin yanında oturmuş kübar şərafət sahibi Muşir əd-Davleh ona ətraflı dərs keçdi ki, Allahın hifz etdiyi İranın dünyaya nur saçmaq üçün qılınca ehtiyacı yoxdur. İran keçmişdə öz övladlarının şücaətini sübut edib.

— Şahənşahın xəzinəsində, — əlavə etdi, — qızıldan bir qlobus var. Üstündə bütün ölkələr müxtəlif daş-qaşla təsvir olunub. Yalnız İran ərazisi xalis zümrüdlə örtülüb. Bu, rəmzdən də böyük bir şeydir. Gerçəklikdir.

— Mən ölkəni əsarətdə saxlayan əcnəbi əsgərləri və Ənzəli limanında cındırından cin hürkən polis işçilərini düşündüm. Bura Avropa qarşısında tərki-silah olmuş Asiya idi, özünün avropalaşmasından qorxan Asiya. Şahzadə əsgərlik peşəsinə nifrət edirdi və buna baxmayaraq zəfərlə Tiflisə yürüş etmiş həmin o ulu babamın vəliəhdi idi. O vaxtlar İran öz simasını itirmədən silaha sarılmağı bacarırdı. Zəmanə dəyişmişdi. İran sənət vurğunu Səfəvilər dövründəki kimi çürüyüb-tökülmüşdü. Şahzadəyə şeir pulemyotdan üstün görünürdü, bəlkə ona görə ki, şeirdən başı daha yaxşı çıxırdı. Şahzadə yaşlı idi, əmim də. İran ölürdü, fəqət təmtəraqla ölürdü.

— Ömər Dəyəçinin1 bir şeiri yadıma düşdü:

— Gecə-gündüz — iri şahmat taxtası.

— Fələk insanlarla oyun oynayar.

— Bu taxtada o, «şah» deyib mat qoyar,

— Sonra da hər insanı öz yerində oturdar.

Heç hiss etməmişdim ki, ağlıma düşən bu şeiri ucadan söyləmişəm. Şahzadənin gözlərinə işıq gəldi.

— Siz yəqin təsadüfən əsgər olmusunuz, — mərhəmətlə dilləndi.

— Siz ki savadlı insansızmış. Taleyinizi özünüz seçməli olsaydınız, doğrudanmı əsgər peşəsini seçərdiniz?

Təzim etdim:

— Özüm nəyi seçərdim, Əlahəzrət? Yalnız dörd şeyi: yaqut rəngli dodaqları, tar səsini, müdrik kəlamları və al şərabı.

Dakikinin məşhur şeiri mənə iştirakçıların rəğbətini qazandırdı.

Hətta sallaqyanaq molla da məhrəmliklə gülümsədi.

Yemək otağının qapısı açılanda gecədən xeyli ötmüşdü. İçəri keçdik. Xalçaların üstünə iri bir süfrə salınmışdı. Əllərində çıraq tutmuş nökərlər künclərdə farağat dayanmışdılar. Süfrəyə iri, ağ yuxalar qoyulmuşdu. Ortadakı iri mis nimçəyə plov qalaqlanmışdı. Yanlarına irili-xırdalı çoxlu piyalə düzülmüşdü. Əyləşib çeşidli piyalələrdən dürlü- dürlü xörəklər yedik, hər kəs ürəyi istədiyindən, sırası ilə. Adətimizin buyurduğu kimi xörəyi tez-tez yedik, zira yemək iranlının tezləşdirdiyi yeganə şeydir. Molla qısa bir dua verdi.

Əmioğlum Bəhram xan yanımda oturmuşdu. Azca yeyib maraqla mənə baxdı:

— İran xoşuna gəlir?

— Bəli, lap çox.

— Burda nə qədər qalmaq istəyirsən?

— Türklər Bakını azad edənə qədər.

— Sənə qibtə edirəm, Əli xan.

Səsində bir məftunluq vardı. Yuxanı dürmələyib içini isti düyü ilə doldurdu.

Pulemyotun arxasında oturub düşmənlərinin göz yaşını görmüsən. Amma İranın qılıncı qınında paslanıb. Biz Firdovsinin min il öncə yazdığı şeirə aludə olmuşuq və Dakikinin şeirini səhv etmədən Rudakinin şeirindən seçə bilirik. Amma avtomobil yolunu salmağı, ya da bir alaya başçılıq etməyi heç birimiz bacarmırıq.

— Avtomobil yolu, — təkrarlayıb ay işığına qərq olmuş Mərdəkan yolunu xatırladım. Asiyada avtomobil yolunu salmağı heç kimin bacarmaması gözəl idi. Yoxsa Qarabağ atı Avropa avtomobilinə heç vaxt, heç zaman çata bilməzdi:

— Avtomobil yolu nəyinə lazımdır, Bəhram xan?

— Əsgərləri yük maşınında daşımağa. Nazirlərin bizə əsgər gərək deyil demələrinə baxmayaraq. Amma əsgərə ehtiyacımız var! Pulemyota, məktəbə, xəstəxanaya, nizamlı vergi sisteminə, yeni qanunlara və sənin kimi insanlara ehtiyacımız var. Bizə ən az gərək olan kif atmış şeirlərdir ki, onların da naləli səslənişində İran çökür. Amma digər şeirlər də var. Gilanlı şair Əşrəfin şeirindən xəbərin var?

Aşağı əyilib astadan söylədi:

«İzirab və niskil vətəni bürüyüb. Qalx ayağa, İranın tabutunun arxasınca get. İran gəncliyi cənazənin arxasındakı insan qatarında qanına qəltan edildi. Onun qanından göydəki ay, yerdəki çöllər, dağlar, dərələr al rəngə boyandı».

Şahzadə buna iyrənc qafiyələr deyərdi, zira bu şeir onun sənət anlamını tam alt-üst edərdi.

— Bundan da gözəl bir şeir var, — Bəhram xan israrla davam etdi, — müəllifi Mirzəağa xandır. Fikir ver: «Yağı düşmənin ağalıq etdiyi İrana bu tale nəsib olmasın. Gəlin İran bəy rusun yatağına girməsin. Onun yerüzəri gözəlliyi ingilis lordunun nəşəsinə xidmət etməsin».

— Pis deyil, — deyib gülümsədim, çünki yeni İran köhnəsindən ilk növbədə pis şeiri ilə seçilirdi. — Bir şeyi de görüm, Bəhram xan, nəyə nail olmaq istəyirsən?

O, qırmızımtıl xalçanın üstündə çəpəki oturmuşdu və sözə başladı:

— Sipeh meydanında olmusan? Orda pas atmış yüz ədəd köhnə top qoyulub, lülələri dörd cəhətin dördünə də tuşlanıb. Bilirsənmi ki, ölməkdə olan nəslin toz basmış bu mənasız mirasından başqa bütün İranda bircə dənə də olsa top yoxdur? Bircə dənə qala, bircə  dənə  də  hərb  gəmisi,  rus  kazaklarından,  ingilis mühafizəçilərindən və saray mühafizəsinin dördyüz yekəqarın bahadırından başqa bircə nəfər əməlli əsgər? Öz əminə, yaxud şahzadəyə, ya da təmtəraqlı ləqəblə bütün bu şərafət sahiblərinə nəzər yetir. Güssəli gözlər və gücdən düşmüş əllər, Sipeh meydanın- dakı köhnəlib pas atmış toplar kimi günləri çoxdan sananıb. Taxtdan düşmələrinin vaxtı çoxdan yetişib. Taleyimiz uzun müddət şahzadə və şairlərin yorğun əllərində olub. İran qocalıb əldən düşmüş dilənçinin açılmış əlinə bənzəyir. İstəyirəm, bu qartımış əl cavanın düyünlənmiş yumruğuna çevrilsin. Qal burda, Əli xan. Haqqında bəzi şeyləri öyrənmişəm: son ana qədər pulemyotun dalında oturub Bakının qədim divarını qoruduğunu; gecə ay işığında düşmənin boğazını dişinlə üzdüyünü. Burda qədim divarı qorumaqdan daha çox şeyləri qorumağa ehtiyac var və sənin pulemyotdan savayı çox şeyin olacaq. Bu, hərəmxanada oturmaqdan, ya da bazarın zinətləri içində eşələnməkdən yaxşıdır.

Susurdum, xəyallar içində. Tehran! Dünyanın ən qədim şəhəri. Babilistan camaatı ona Roqa-Rey deyərdi. Roqa- Rey, padşah şəhəri. Qədim əfsanələrin tozu, çökmüş sarayların solğun qızılı, zümrüd darvazanın şəbəkəli sütunları, qədim xalçaların rəngi solmuş xətləri və müdrik rübailərin sakit ritmi — bunların hamısı önümdə dayanmışdı, keçmişdə, indilikdə, gələcəkdə!

— Bəhram xan, — dedim, — əgər məqsədinə çatıb asfalt yollar çəksən, qalalar yapdırıb zəif şairləri çağdaş məktəblərə yerləşdirsən, Asiyanın ruhu harda qalacaq?

Asiyanın ruhu? — Gülümsədi. — Toplar medanının qurtaracağında böyük bir bina tikəcəyik. Asiyanın ruhunu orda dəfn edəcəyik: məscidlərin başı üstündə dalğalanan bayraqları, şairlərin əl yazmalarını, miniatür rəsmləri və əyləncə gədələri, zira Asiyanın ruhuna onlar da daxildir. Girəcəkdə gözəl kufi xətlə «muzey» sözünü yazarıq. Sənin Əsəd əs-Səltənət əmin də muzeyin gözətçisi, şahzadə Əlahəzrətləri də muzey direktoru olar. Bu gözəl binanı tikməkdə bizə kömək etmək istəyirsənmi?

— Gərək fikirləşəm, Bəhram xan.

Yemək sona yetdi. Qonaqlar sərbəst qruplar halında zalda oturmuşdu. Yerimdən qalxıb açıq eyvana çıxdım. Bağdan İran qızılgülünün ətri gəlirdi. Oturub gecəni seyr etdim. Bazarın lehmə qübbəsinin arxasında Şimran yerləşirdi. Orda balınc və xalıların qoynunda mənim Ninom uzanmışdı. Yəqin yatırdı, dodaqları bir- birindən azca aralı, göz qapaqları göz yaşından şişmiş. Məni dərin bir nisgil bürüdü. Onun gözlərinə təbəssüm qondurmaq üçün bazarın bütün naz-neməti yetərli olmadı.

İran! Burda qalım? Xacə və şahzadələr, dərviş və dəlilər arasında? Asfalt yollar çəkim, ordu qurum, Avropanı bir addım da Asiyanın içərisinə gətirməyə yardımçı olum?

Və qəfildən hiss etdim ki, Ninonun gözlərindəki təbəssümdən başqa dünyada heç nə, heç nə mənə belə əziz deyil. Bu gözlər axırıncı kərə haçan gülüb? Haçansa Bakıda, kövrək qala divarının yanında. Toz basmış divar və Nargin adasının arxasında batan günəş gözlərim önündə canlandı. Qurd dərəsində ağzını aya tutub ulayan çaqqalların səsini eşitdim. Səhranın qumu Bakı ətrafındakı step- ləri örtmüşdü. Neft hopmuş yağlı torpaq sahil boyu uzanıb gedirdi, qız qalasının yanında alverçilər çərçilik edirdi və Nikolay küçəsi ilə müqəddəs kraliça Tamar liseyinə gedilirdi. Liseyin həyətindəki ağacların altında Nino dayanmışdı, məktəbli dəftəri əlində, iri, heyrətdolu gözləri ilə. İran qızılgüllərinin ətri birdən-birə yoxa çıxmışdı. İçim vətən deyə hayqırdı, uşaq anası üçün hayqırdığı kimi və dumanlı şəkildə xatırladım ki, bu vətən daha yoxdur. Bakının dumduru çöl havasını və dənizin yüngül qoxusunu, qum və neft iyini burnumda duydum. Allahın məni dünyaya bəxş etdiyi bu şəhəri heç vaxt unuda bilməzdim. Mən bu qocaman təbiətə zincirlənmişdim, it öz daxmasına zincirləndiyi kimi. Səmaya baxdım. İran ulduzları şah tacının daş-qaşları kimi iri və uzaq idi. Başqa cür olmağım duyğusu mənə heç vaxt bu cür aydın olmamışdı. Mən Bakının bir parçasıyam. Kölgəsində Ninonun gözlərinin gülümsəyərək parladığı qədim qala divarının.

Bəhram xan çiynimə toxundu:

— Əli xan, deyəsən, xəyala dalmısan? Dediklərimi götür-qoy etdin, yeni İranın binasını ucaltmaq istəyirsənmi?

— Əmioğlu, — dedim, — sənə qibtə edirəm: zira vətənin nə olduğunu yalnız qovqunlar bilər. Mən İranı qura bilmərəm. Mənim qılıncım Bakının qala divarının daşlarında ov- xarlanıb.

Qəmli-qəmli mənə baxdı.

 

— Məcnun, — ərəbcə dedi, bunun da anlamı eyni zamanda həm vurğun, həm də ağılsız deməkdir.

Qanı qanımdan idi və sirrimi anlamışdı. Yerimdən qalxdım. Böyük zalda ad-san sahibləri ayağa durmuş Şahzadənin önündə baş əymişdi. Mən onun uzun, qurumuş barmaqlarına, dırnaqları qırmızı boyanmış arıq əlinə baxdım. Xeyr, mən bura bunun üçün gəlməmişdim, Firdovsinin şeirlərini, Hafizin sevgi hıçqırtılarını və Səədinin müdrik kəlamlarını əzəmətli muzey binasında qorumaq üçün.

Zala keçib şahzadənin əlinə doğru əyildim. Gözləri qəmli və iştiraksız idi, qorxunc bir yamanlığın önduyumu ilə dopdolu. Sonra Şimrana yollandım və faytonda pas atmış topların yerləşdiyi meydan, Şahzadənin yorğun gözləri, Ninonun itaətkar susqunluğu və qaçınmaz çöküşün müəmması haqqında düşündüm.

 

İYİRMİBEŞİNCİ FƏSİL

Xəritə divanın üstünə sərilmişdi, mən də əlimdəki rəngli bayraqlarla onun qarşısında oturmuşdum. Xəritənin rəngi parlaq idi və bir-birinə qarışmışdı. Məkanların, dağ və çayların adları qoyun- qoyuna girmişdi və oxunaqsız idi. Yanımda açıq bir qəzet vardı, onun sütunlarında məkanların, dağ və çayların adı əlvan xəritədəki kimi çap olunmuşdu. Hər ikisinin üstünə əyilib qəzetin səhvlərini xəritənin oxunmazlığı ilə uzlaşdırmağa çalışdım. Kiçik çevrəyə yaşıl bayraq sancdım. Onun yanında «Yelizavetpol» (Gəncə) yazılmışdı. Son beş hərf Zonquldağ dağ silsiləsinin üstünə düşürdü. Qəzetin məlumatına əsasən vəkil Fətəlixan Xoylu Gəncədə azad Azərbaycan Respublikasını yaratmışdı. Yaşıl bayraqların sırası Gəncədən şərqdə Ənvərin ölkəmizin xilasına göndərdiyi qoşunları bildirirdi. Sağ tərəfdə Nuru Paşanın alayları Ağdaş şəhərinə yaxınlaşırdı. Solda Mürsəl Paşa İlusu dərələrini tuturdu. Ortada azərbaycanlı kö- nüllülərin batalyonları vuruşurdu. Türklərin həlqəsi rusların zəbt etdiyi Bakını asta-asta qapayırdı. Yaşıl bayraqların daha bir neçə tərpənişi və düşmənin qırmızı bayraqları «Bakı» yazılmış böyük ləkənin üstünə sıxışdırılacaqdı.

Xacə Yahyaqulu arxamda dayanıb qurduğum bu qəribə oyunu həyəcanla izləyirdi. Əlvan kağız üstündə mənim bayraq əkməyimə, deyəsən, qadir bir ovsunçunun müəmmalı cadugərlik sənəti kimi baxırdı. Bəlkə də səbəbi nəticə ilə dəyişik salırdı və düşünürdü ki, fövqəl qüvvələrin köməyi ilə şəhərimi kafirlərin əlindən qoparmaq üçün yaşıl bayraqları «Bakı» yazılmış qırmızı ləkənin üstünə qoymağa ehtiyacım var. Bu sirli əməldə o mənə mane olmaq istə- mədi və təbii, yeknəsəq, ciddi səsi ilə vəzifəsinə aid olan məlumatı verdi:

— Xan sağ olsun, mən Nino xanımın dırnaqlarını qırmızı həna ilə boyamaq istədikdə piyaləni yerə çırpıb üz-gözümü cırmaqladı, baxmayaraq ki tapa bildiyim ən bahalı həna idi. Səhər tezdən onu pəncərənin qabağına apardım, başını tam ustufla əllərimin arasına alıb istədim ki, ağzını açsın. Xan sağ olsun, onun dişinə baxmaq mənim vəzifə borcumdur axı. Amma o geri atdanıb sağ əlini qaldırdı və sol üzümə bir şillə vurdu. O qədər də ağrıtmadı, amma bu, təhqiramiz idi. Qulunu bağışla, xan, onun bədənindəki tükləri yolmağa ürək eləmirəm. Qəribə qadındır. Həmayıl taxmır və körpəsini qorumaq üçün ilac qəbul etmir. Mənə acığın tutmasın, xan, qızınız olarsa, Nino xanıma acıqlanın. Deyəsən, onun içinə şeytan girib, çünki mən ona toxunan kimi əsim-əsim əsir. Əbdulhəşim məscidinin yanında yaşlı bir qadın yaşayır. Cin-şəyatini insanın canından qovmağı bacarır. Onu çağırıb gətirmək pis olmazdı. Bilirsənmi, xan, Nino xanım əl-üzünü buz kimi soyuq su ilə yuyur ki, dərisini korlasın. Adamlar sağ əlinin şəhadət barmağını ətirli yağa batırıb onunla dişlərini yuduğu halda o, dişlərini qaba fırça ilə yuyur, nəticədə də diş əti qanayır. Yalnız şeytan bu cür fikirləri onun ağlına sala bilər.

Ona, demək olar, qulaq asmırdım. Az qala hər gün otağıma gəlib yeknəsəq xəbərlərini mənə çatdırırdı. Peşəkar qayğı gözlərindən əskik olmurdu, çünki işinə can yandıran adam idi və gələcək körpəmiz üçün özünü cavabdeh sayırdı. Nino ona yastıq atıb qovur, çadra örtmədən evin barısı üstündə gəzişir, həmayilini pəncərədən çölə atır, otağının divarlarını gürcü qohumlarının şəkilləri ilə bəzəyirdi. Bütün bunların hamısını xacə mənə qüssə və qorxu içində çatdırırdı və axşamlar Nino qarşımda, divanın üstündə oturub səhərki günün döyüş planını tökürdü.

Necə fikirləşirsən, Əli xan, — deyib dalğın-dalğın çənəsini ovuşdururdu, — gecə nazik su şlanqını onun üzünəmi tuşlayım, yoxsa sabah üstünə pişikmi atım? Yox, başqa şey edəcəm. Hər gün fəwarənin yanında idman etdirə- cəm, çünki çox piylənir.

Yuxuya gedənə qədər qisas planları cızırdı və ertəsi gün xacə dəhşət içinclə xəbər verirdi:

— Əli xan, Nino xanım fəvvarənin yanında dayanıb qolları və ayaqları ilə qəribə hərəkətlər edir. Qorxuram, ağa. Bədənini qabağa, dala əyir, sanki heç sümükləri yoxdur. Bəlkə bununla hansısa naməlum bir illaha sitayiş edir. İstəyir, mən də onun hərəkətlərini təkrarlayım. Amma mən mömin müsəlmanam, xan və yalnız Allahın hüzurunda özümü toz-torpağa atıram. Mən onun sümükləri və öz ru- humun dincliyi sarıdan çox narahatam.

Xacəni işdən qovmağın mənası yox idi. Onun yerinə bir başqası gələcəkdi, çünki ev işlərini xacəsiz təsəvvür etmək mümkün deyildi. Evdə çalışan qadınlara ondan başqa heç kim göz yetirə, ondan başqa heç kim evin haqq-hesabını apara və xərcləri yoxlaya bilməzdi.

 

Ona görə də susub bayraqların Bakını qapamaqda olan yaşıl xəttinə baxdım…

Xacə peşəsinə uyğun içini arıtladı:

— Əbdülhəşim məscidindəki qarını çağırtdırım?

— Nəyə, Yahyaqulu?

— Cin-şəyatini Nino xanımın canından qovmağa. Köksümü ötürdüm, çünki Əbdülhəşim məscidinin alim qarısı Avropanın cin-şəyatini ilə çətin bacarırdı.

— Ehtiyac yoxdur, Yahyaqulu. Özüm onların öhdəsindən gələrəm. Hər şeyi yoluna qoyaram. Amma mənim ovsun gücümü indilikdə bu bayraqlar zəbt edib.

Xacənin gözlərində qorxu və maraq baş qaldırdı:

— Yaşıl bayraqlar qırmızıları sıxışdırıb-çıxaranda vətənin azad olacaq? Elə deyil, xan?

— Elədir, Yahyaqulu.

— Elə indi yaşıl bayraqları lazımi yerə qoya bilməzdin?

— Bacarmaram, Yahya, gücüm çatmaz. Qayğılı-qayğılı məni süzdü:

— Allaha yalvar, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm ayında Allaha yalvarsan, sənə güc verər.

Xəritəni qatladım, yorğun, şaşqın, həm də qəmli idim. Uzun müddət xacənin zəvzəkliyinə qulaq asmaq dözülməz idi. Nino evdə deyildi. Ata-anası Tehrana gəlmişdi, Nino da vaxtının çoxunu knyaz ailəsinin məskunlaşdığı kiçik villada keçirirdi. Orda gizli şəkildə digər avropalılarla görüşürdü; mənim bundan xəbərim vardı və susurdum, çünki ona yazığım gəlirdi. Xacə buyruq gözləyərək qımıldanmadan dayanmışdı. Seyid Mustafanı düşündüm. Dostum qısa zamana Məşhəddən Tehrana gəlmişdi. Onu az-az görürdüm, çünki günlərini məscidlərdə, müqəddəslərin qəbri başında və cır- cındır içində yaşayan dərvişlərlə alimanə söhbətlərdə keçirirdi.

— Yahyaqulu, — axır ki dilləndim, — Seyid Mustafanın yanına get. O, Sepahlezar məscidində olur, xahiş et, zəhmət çəkib mənə dəysin.

Xacə getdi. Tək qaldım. Yaşıl bayraqları Bakıya yerləşdirməyə gücüm çatmadı. Hardasa vətənimin çöllərində türk batalyonları, onlarla yanaşı da Azərbaycanın yeni bayrağı ilə könüllülər dəstəsi vuruşurdu. Bayraqdan, hərbi dəstələrin sayından və vuruşlardan xəbərim vardı. Könüllülərin sırasında İlyas bəy də döyüşürdü. Tər şəbnəmin səhər nəfəsi ilə dolu döyüş meydanının həsrətini çəkirdim. Fəqət cəbhənin yolu bağlanmışdı. Sərhədləri ingilis və rus hərbi dəstələri qoruyurdu. İranı müharibə meydanı ilə birləşdirən enli Araz körpüsü indi tikanlı məftillərlə, pulemyot və əsgərlərlə həlqələnmişdi: İran məmləkəti çanağına çəkilmiş ilbiz kimi sürünüb özünün qorqulu dincliyinə girmişdi. Nə bir insan, nə bir siçan, nə də bir milçək döyüşən, qapanmış və az şeir qoşulan bağlı əraziyə keçə bilməzdi. Bunun əksinə olaraq Bakıdan çoxlu qaçqın gəlmişdi, onla- rın arasında da üz-gözündən narahatlıq yağan gəvəzə gədə Arslan ağa. O, çayxanalarda vurnuxub məqalələr yazır və həmin məqalələrdə türklərin qələbələrini İsgəndərin zəfər yürüşləri ilə müqayisə edirdi. Məqalələrdən biri yasaqlandı, çünki İsgəndərin tərənnümündə senzor bir vaxtlar İsgəndərin zəbt etdiyi İrana qarşı gizli bir eyham duymuşdu. Bundan sonra Arslan ağa özünü öz düşüncəsinin şəhidi adlandırdı. O mənə baş çəkib Bakının müdafiəsində göstərdiyim şücaətlərdən ağızdolusu və yerli-yataqlı danışdı. Onun fantaziyasında düşmən legionları gülləyə tuş gəlmə- mək üçün mənim pulemyotumdan yan ötməyə çalışırlarmış. Onun özü döyüş zamanı gününü mətbəənin zirzəmisində, heç yerdə çap olunmamış vətənpərvər çağırışların yazılmasında keçirmişdi. Həmin çağırışları mənə oxuyub xahiş etdi ki, igidin yaxın döyüşdə keçirdiyi hissləri ona danışım. Şirniyyatı ağzına tıxayıb onu çölə çıxartdım. Otaqda mətbəə boyasının iyini və yaxın döyüşdə keçirdiyim hissləri yazmalı olduğum təptəzə, qalın bir dəftər qoyub-getdi. Ağ vərəqlərə baxıb Ninonun qəmli, laqeyd baxışlarını düşündüm, özümün dolaşıq həyatım barədə fikirləşib qələmi əlimə götürdüm. Xeyr, qəhrəmanın yaxın döyüşdə keçirdiyi hissləri yazmaq üçün yox, Nino ilə məni Şimranın ətirli bağına gətirmiş və onun gözlərindən təbəssümü didərgin salmış həmin yolu çəkmək üçün.

Oturdum, qədlənmiş İran bambuq qələmi ilə yazdım. Hələ məktəbdə oxuyarkən başladığım boş qeydlərin yerini doldurdum və keçmiş gözlərim önündə canlandı. Seyid Mustafa içəri girib çopur üzünü kürəyimə sıxan ana qədər.

 

— Seyid, — dedim, — həyatım dolaşığa düşüb. Cəbhəyə gedən yol bağlanıb. Ninonun gülüşü perik düşüb, mən də qan əvəzinə mürəkkəb tökürəm. Neyləyim, Seyid Mustafa?

Dostum sakitcə, israrla məni süzdü. Əynində qara libas vardı, sir-sifəti arıqlayıb solmuşdu. Çöpə dönmüş bədəni batilliyin ağırlığından sanki əyilmişdi. Oturub sözə başladı:

— Əllə heç nəyə nail olamazsan, Əli xan. Fəqət insanın yalın əldən ayrı başqa şeyləri də var. Əynimdəki libasa baxsan, nəyi nəzərdə tutduğumu bilərsən. İnsanlar üzərində hökm batillik aləminə aiddir. Batilliyə təmas etsən, həmin hökmdən sənin də payına düşəcək.

— Səni anlamıram, Seyid. Qəlbim ağrıyır və mən zülmətdən çıxmağa yol axtarıram.

— Sən yersəl şeylərə tuşlanmısan, Əli xan, və yersəl şeyləri yönəldən batili unudursan. Hicri tarixinin 680-ci ilində imanın düşmənləri tərəfindən təqib olunan peyğəmbər nəvəsi Hüseyn qətlə yetirildi. O, xilaskar həmin batillik varidatı idi. Külliqadir batan və doğan günəşi onun qanı ilə boyadı. Oniki imam şiə icmasına, biz şiələrə rəhbərlik etdi: onların birincisi Hüseyn, sonuncusu da qiyamət gününün imamı, bugünün özündə də şiə camaatına rəhbərlik edən gözəgörünməz idi. Bu batil imam hər yerdə öz əməli ilə görünəndir, fəqət əlçatmazdır. Mən onu günəşin doğmasında, toxumun möcüzəsində, dənizin fırtınasında görürəm. Onun səsini pulemyotun şaqqıltısında, qadının fəryadında, küləyin əsməsində eşidirəm. Və Gözəgörünməz buyurur: Yas şiəliyin taleyidir! Hüseynin Kərbala çölünün qumunda. axıdılan qanının yası. İlin bir ayı həmin yasa həsr edilir. Məhərrəm ayı. Kimin dərdi varsa, yas ayında ağlasın. Şiəliyin yas taleyi məhərrəm ayının onunda gerçəklə- şir, zira bu, şəhidin ölüm günüdür… Şəyird Hüseynin öz üzərinə götürdüyü iztirab… Bu iztirab möminlərin çiyninə yüklənməlidir. Həmin iztirabın bir hissəsini öz üzərinə götürən kəsə rəhmdən bir pay düşür. Ona görə də məhərrəm ayında mömin özünü döyür və həmin döyülmənin ağrısında rəh yolu və xilasın nəşəsi yolazmışın önündə açılır.

Seyid, — yorğun və ehtizaslı dilləndim, — səndən soruşuram, sevinci evimə necə qaytarım, çünki məni küt bir qorxu bürüyür, sən isə mənə din dərsindən müdrik şeylər danışırsan. Məscidlərə gedib dəmir zəncirlə kürəyimə döyüm? Mən möminəm və təriqətin buyruqlarına əməl edirəm. Gözəgörünməzin batilliyinə inanıram, amma ağlım kəsmir ki, xoşbəxtliyimə aparan yol müqəddəs Hüseynin şəbihindən keçir.

— Mənsə inanıram, Əli xan. Sən məndən yolu soruşdun, mən də onu sənə göstərirəm. Ayrısını bilmirəm. İlyas bəy Gəncə döyüşlərində qan axıdır. Ona görə də aşurada qanını səndən tələb edən Gözəgörünməzi öz qanınla müqəd- dəsləşdirməlisən. Demə ki, müqəddəs qurbanın mənası yoxdur, iztirab aləmində heç nə mənasız olmur. Məhərrəmlikdə vətən üçün vuruş, İlyas Gəncə ətrafında vuruşduğu kimi.

Susdum. Cilalı şüşəsi olan fayton həyətə girdi və şüşənin arxasında dumanlı şəkildə Ninonun sifəti göründü. Hərəmxana bağının qapısı açıldı və Seyid Mustafa birdən-birə əl-ayağa düşdü.

— Sabah Sepahlezar məscidinə yanıma gəl. Söhbətimizi orda davam etdirərik…

 

Ardı var.

 

Qiymət