“ƏLİ və NİNO” (XVl-XX fəsillər)

Qurban Səid (M.Əsəd Bəy)

Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını hissələrlə diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır. Əsər demək olar ki, bütün qitələrdə dəfələrlə nəşr edilmişdir. Təkcə 1970-ci ildə ABŞ-da o beş dəfə çap olunmuş və uzun illər ölkənin bestsellerləri siyahısında yer almışdır. İndiyədək roman 18 dilə tərcümə olunmuş, 50-dən artıq ölkədə işıq üzü görmüşdür.

Davamı

ONALTINCI FƏSİL

Böyük knyazın qoşunları Trabzonda dayanmışdı. Onlar Ərzurumu zəbt edib Kürdüstan dağları üzərindən Bağdada doğru sürünürdü. Böyük knyazın digər hərbi dəstələri Tehranda, Təbrizdə, hətta müqəddəs şəhər Məşhəddə yerləşmişdi. Nikolay Nikolayeviçin kölgəsi bütün Türkiyənin və İranın yarısının üstünə düşürdü. O, gürcü zadəganlarının iclasında bəyan etmişdi: «Çarın əmrinə tabe olaraq mən Bizans xaçını yeni parlaqlıqda Aya Sofiya qübbəsinin başı üstündə bərqləndirənə qədər dinclik nə olduğunu bilməyəcəm».

Ayparanın məmləkətlərinin halı xarablaşmışdı. Osmanlıların qüdrətindən və Ənvər paşanın yengili qılıncından yalnız qoçu və hamballar öz qapılarının çənətində danışırdılar. Daha İran yox idi. Tezliklə heç Türkiyə də olmayacaqdı.

Atam tam kirmişləmişdi və tez-tez evdən çıxıb harasa gedirdi. Hərdən müharibə haqqında xəbərlərin və xəritələrin üstünə əyilib itirilmiş şəhərlərin adlarını dodaqaltı pıçıldayırdı, sonra saatlarla qımıldanmadan otururdu, kəhrəba təsbeh də əlində. Mən zərgər dükanlarına, gül və kitab mağazalarına gedirdim. Ninoya daş-qaş, gül və kitab göndərirdim. Onları görəndə bir neçə saatlığına müharibə də, Böyük knyaz da, hədə altında olan Aypara da unudulurdu.

Günlərin birində atam dedi:

— Axşam evdə ol, Əli xan. Evimizə adamlar gələcək və vacib işlərdən danışılacaq. — Səsində biraz pərtlik vardı və o, üzünü çevirib yana baxdı. Hər şeyi başa düşüb ona ta- xındım:

— Sənə and içmədimmi ki, ata, heç vaxt siyasətlə məşğul olmayacam.

— Öz xalqının qayğısını çəkmək hələ siyasətlə məşğul olmaq deyil. Zaman elə gətirir ki, Əli xan, xalq haqqında düşünmək insanın borcu sayılır.

Həmin axşam Nino ilə operaya getməyi razılaşdırmışdım. Şalyapin qastrol səfərinə gəlmişdi. Bir neçə gün idi ki, Nino bu gecənin sevinci ilə yaşayırdı. Telefona gedib İlyas bəyə zəng vurdum:

— İlyas, mən bugün məşğulam. Nino ilə operaya gedə bilərsənmi? Biletləri çoxdan almışam.

Boğuq bir səs cavab verdi:

— Hara getmək fikrindəsən? Axı mən öz başımın ağası deyiləm. Bugün gecə növbəsindəyəm, Mehmet Haydarla birlikdə.

Seyid Mustafaya zəng elədim:

— Mən doğrudan da gedəmmərəm. Axund Hacı Məqsu- da söz vermişəm. O cəmi bir neçə günlüyə İrandan gəlib.

Naxararyana zəng vurdum. Səsində böyük bir utancaqlıq vardı:

— Özün niyə getmirsən, Əli xan?

— Qonaqlarımız var.

— Erməniləri qətlə yetirmək üçün məşvərət. Elədir? Xalqımın qanına qəltan olduğu bir vaxtda əslində gərək mən teatra getməyəm. Ancaq dostluğumuzun xatirinə. Bir də ki, Şalyapin doğrudan da gözəl oxuyur.

Axır ki. Əsl dost özünü darda göstərir. Mən Ninonu razı salıb evdə qaldım.

Qonaqlar saat yeddidə gəldi. Məhz gözlədiyim adamlar. Qırmızı xalı döşənmiş yumşaq taxtlı böyük zalımız saat səkkizin yarısında özündə yarımmilyard rubl hifz edirdi. Daha doğrusu, hamısı birlikdə yarım milyarddan çox pula malik olan insanlar. Onların sayı çox deyildi. Hamısını illər- di ki, tanıyırdım.

İlyas bəyin atası Zeynal ağa birinci gəldi. O, beli bükük yeriyirdi. Sulanan gözləri torlaşmışdı. Kişi taxtın üstündə oturmuşdu, çəliyi də yanında və asta-asta, ləzzətlə pətəkli türk balı yeyirdi. Ondan sonra otağa iki qardaş daxil oldu: Əli Əsədulla və Mirzə Əsədulla. Rəhmətlik ataları Şəmsi onlara 10-15 milyon pul qoyub getmişdi. Oğlanları irsən atalarının zəkasını götürmüşdülər, üstəlik həm də yazıb- oxumağı öyrənmişdilər. Bu yolla da öz milyonlarını bir neçə dəfə artırmışdılar. Mirzə Əsədullanın sevdiyi şey pul, ağıl və əmin-amanlıq idi. Qardaşı isə Zərdüştün oduna bənzəyirdi. Yanırdı, ancaq yandırmırdı. Dinc otura bilmirdi. Savaşı, macəranı və təhlükəni sevirdi. Ölkədə bir çox qanlı olayların, deyilənə görə, qəhrəmanı o idi. Onun yanında oturan qaşqabaqlı Bünyadzadənin macəra ilə arası yox idi, əvəzində daha çox sevgiyə meyilliydi. Aramızda yeganə kişi idi ki, bir-birilə çəngələşən dörd arvadı vardı. Bu işindən xəcalət çəkirdi, amma xasiyyətini dəyişə bilmirdi. Uşaqlarının sayını soruşanda yayğın-yayğın cavab verərdi: «15, ya da 18, mən yazıq hardan bilim». Milyonlarının sayını soruşanda da eyni cavabı verərdi.

Zalın o biri başında oturan Yusifoğlu ona ikrahla və kinayəli baxırdı. Onun vur-tut bircə, necə deyərlər, çox da gözəl olmayan arvadı vardı. Qadın ona toy günü demişdi: «Toxumunu başqa qadınlara xərcləsən, həmin qadınların qulağını, burnunu, döşünü kəsəcəm. Sənin başına hansı oyunu açacağımı isə deyə bilmərəm». Arvadı döyüşkən bir tayfadan idi. Bu, boş hədə deyildi. Odur ki, yazıq kişi şəkil toplayırdı.

Saat səkkizin yarısında otağa girən kişi bapbalaca, aparıq bir adam idi və nəcib əlləri, qırmızı boyanmış’dırnaqları vardı. Hamımız yerdən qalxıb təzim etdik, faciəsinə hörmət əlaməti olaraq. Yeganə oğlu İsmayıl bir-iki il öncə rəhmətə getmişdi. Oğlunun xatirinə kişi Nikolay küçəsində əzəmətli bir bina tikdirmişdi. Binanın girişində iri, qızıl hərflərlə «İsmayıl» sözü yazılmışdı. Binanı o, İslam xeyriy- yəçiliyinə bağışladı. Kişinin adı Ağamusa Nağıyev idi və onun 200 milyon pulunun gücü dairəmizə yol açmağa səbəb olmuşdu. Çünki daha müsəlman deyildi. Asi Babın, Nəsrəddin şahın edam etdirdiyi kafirin təriqətinə uymuşdu. Babın nə istədiyini bizlərdən bilənlər çox az idi. Əvəzində onu bildirdik ki, Nəsrəddin babçıların dırnağının altına közərmiş mismar yeritdirib, onları tonqalda yandırtdırıb və şallaqla ölüncəyə qədər döydürüb. Bu cür cəzaları öz üzərinə çəkib gətirən bir təriqət pis şeyləri təlim etməli olarmış.

Saat səkkizdə bütün qonaqlar yığışmışdı. Neft bəyləri oturub çay içir, şirniyyat yeyir və çiçəklənməkdə olan işlərindən, evlərindən, atlarından, kazinonun yaşıl masası arxasında uduzduqları pullardan danışırdılar. Saat doqquza qədər beləcə söhbət etdilər, qiyamın bütün qayda-qanunlarına əməl edərək. Sonra nökərlər çay süfrəsini yığışdırt- dırıb qapını örtdülər və atam dilləndi:

— Xalqımızın taleyi barədə Şəmsi Əsədullanın oğlu Mirzə Əsədullanın müəyyən fikirləri var. Gəlin, onu dinləyək.

Mirzə Əsədulla yaraşıqlı, biraz da düşüncəli sifətini qaldırıb dedi:

— Böyük knyaz müharibəni udsa, yer üzündə bir dənə də müsəlman dövləti qalmayacaq. Çarın əli ağır olacaq. Və heç vaxt bizə toxunmayacaq, çünki pulumuz var. Amma məscid və mədrəsələri bağlayacaq və doğma dilimizi yasaq edəcək. Yadlar dəstə-dəstə ölkəmizə axışacaq, çünki peyğəmbər ümmətini daha heç kəs qorumayacaq. Bizim üçün yaxşı olardı ki, Ənvər qalib gəlsin, lap azca qalibiyyət qazanmış olsa belə. Amma, az da olsa, biz bu yolda nəsə edə bilərikmi? Mən yox deyirəm. Bizim pulumuz var, ancaq çarın pulu daha çoxdur. Bizim insan gücümüz var, ancaq çarınkı daha çoxdur. Nə edə bilərik? Pulumuzun və adamlarımızın bir parasını çara vermiş olsaq, bir divizion yaradıb onu təchiz etmiş olsaq, çarın əli müharibədən sonra bəlkə də ağır olmaz. Bəlkə başqa bir yol var?

Susdu. Qardaşı Əli dikəlib dedi:

— Çarın əli ağırdır. Fəqət kim bilir, bəlkə müharibədən sonra heç çarın əli də olmayacaq.

— Elə onda da, qardaşım, ölkədə kifayət qədər rus olacaq.

— Onların sayını azaltmaq olar, qardaşım.

— Hamısını qırmaq olmaz, Əli.

— Olar, Mirzə.

Hər ikisi susdu. Axırda Zeynal ağa qocalıq zəifliyi ilə lap astadan, ifadəsiz dilləndi:

— Lövhi-məfhuzda nə yazıldığını heç kim bilmir. Böyük knyazın yengisi hələ yengi deyil, hətta İstanbulu tutmuş olsa belə. Xoşbəxtliyimizin açarı İstanbulda deyil. Qərbdədir. Orda da türklər qalib gəlir, adları alman olsa da. Ruslar Trabzonu, türklər Varşavanı tutur. Ruslar? Əslində onlar ruslardırmı? Eşitdiyimə görə çarı bir rus mujiki, gərəkki adı Rasputin olsun, idarə edir, çar qızlarını sığallayır və çari- çaya «mama» deyə müraciət edir. Çarı devirmək istəyən böyük knyazlar var. Adamlar var ki, üsyana qalxmaq üçün sülhün gəlişini gözləyirlər. Müharibədən sonra hər şey tamam başqa cür olacaq.

— Elədir, — gözləri alaşıb-yanan uzunbığ, şişman kişi dilləndi, — böyük müharibədən sonra hər şey tam başqa cür olacaq.

Bu, vəkil Fətəlixan Xoylu idi. Həmişə xalqın dərdini çəkirdi.

— Bəli, — ürəkdən təkrarladı, — və hər şey tam başqa cür olacağına görə biz heç kəsin mərhəmətini diləməməliyik. Bu müharibədən kim qalib çıxsa, zəifləyəcək, döyüşdən ağır yaralarla çıxacaq və zəifləməmiş, yaralar almamış biz onda diləmək əvəzinə tələb edə bilərik. Biz müsəlman, şiə ölkəsiyik və Romanov sülaləsindən də, Osman sülaləsindən də eyni şeyi gözləyirik: bizə aid olan bütün məsələlərdə müstəqillik. Müharibədən sonra qüdrətli dövlətlər nə qədər zəifləsələr, azadlığımıza bir o qədər yaxınlaşacağıq. Həmin azadlıq bizə ehtiyat gücümüz, pulumuz və neftimiz sayəsində nəsib olacaq. Zira unutmayın ki, dünyanın bizə daha çox ehtiyacı var, nəinki bizim dünyaya.

— Otağa toplaşmış milyard özündən çox razı idi. Gözləmək, bu, gözəl söz idi. Türkün, yaxud rusun qələbə çalacağını gözləmək. Bizim neftimiz var, qalib gələn ölkə mərhəmətimizi diləməli olacaq. Bəs ona qədər? Xəstəxanalar, yetimxanalar, dinimizdən olan müharibə əlilləri üçün korlar evi tikdirmək. Gərək heç kəs düşüncə darlığımızı başımıza qaxmasın.

— Mən güncdə oturmuşdum, nisgil içində susaraq. Əli Əsədulla zalboyu yeriyib yanımda oturdu:

— — Bu işlərə Siz nə deyirsiz, Əli xan? — Cavabımı gözləmədən aşağı əyilib pıçıldadı. — Ölkəmizdəki rusların hamısını qırmaq yaxşı olmazdımı? Özü də təkcə rusları yox. Fərqli danışan, fərqli ibadət edib fərqli düşünən bütün yabançıları. Əslinə qalsa, hamımız bunu istəyirik, lakin yalnız mən onu dilə gətirməyə ürək edirəm. Sonrası nə olacaq? Mənə qalsa, hakimiyyətə Fətəli gələr. Baxmayaraq ki, Ənvərin tərəfdarıyam. Amma əvvəlcə gərək yadları kürüyüb ataq.

— «Kürüyüb ataq» sözünü elə incə bir həsrətlə dedi ki, sanki

«sevək» deyirdi. Gözləri alışıb-yanırdı, üzündə cüvəllağı uşaqlara xas bir təbəssüm oynayırdı. Susdum. İndi babçı Ağamusa Nağı danışırdı. Onun çuxura düşmüş xırda gözlərinə işıq gəlmişdi.

— Mən günü keçmiş bir insanam, — dedi, — gördüklərim, eşitdiklərim məni qəm dəryasına batırır. Ruslar türkləri yer üzündən silirlər, türklər erməniləri, ermənilər də bizi qazı- yıb atmaq istəyirlər, biz də rusları. Bilmirəm, bu, yaxşıdır, yoxsa pis. Zeynal ağanın, Mirzənin, Əlinin və Fətəlinin xalqımızın barəsində düşündüklərini dinlədik. Anladıq ki, dərdi-sərləri məktəbdir, dildir, xəstəxanadır, azadlıqdır. Amma məktəbdə boş-boş şeylər tədris olunursa, onun nə faydası, əgər xəstəxanada bədən müalicə olunur və ruh yerli-dibli unudulursa, o xəstəxananın mənası nədir!? Ruhumuz Allaha can atır. Fəqət hər xalq düşünür ki, onun ayrı allahı var. Mən isə düşünürəm ki, Öz kəlamlarını müdriklərin səsi ilə eyni Allah vəhy edir. Elə buna görə də İsaya da, Konfusiyə də, Buddaya da, Məhəmmədə də ehtiramım var. Hamımız tək Allahdan gəlirik və Babın vasitəçiliyi ilə Ona da dönəcəyik. Bunu gərək camaata çatdıraq. Nə ağ var, nə də qara, zira ağda qara bərqərardır, qarada da ağ. Ona görə də məsləhətim budur: Yer üzündə kiməsə zərər toxundura bilən heç nəyə əl atmayaq, çünki hər kəsdə biz varıq, bizdə də hər kəs.

— Quruyub qaldıq. Deməli, Babın asiliyi bu imiş.

— Böyrümdə səsli bir hıçqırıq qopdu. Heyrətlə yörəmə baxındım və Əli Əsədullanın yanağından göz yaşının sel kimi axdığını və üz-gözünün qüssədən əyildiyini gördüm.

— Aman Allah, — deyib kişi hıçqırdı, — nə qədər də haqlısız. Sizə qulaq asmaq necə də böyük bir xoşbəxtlikdir, ey qüdrət sahibi! İnsanların hamısı bu cür dərin idraka çatmış olsalardı!

Göz yaşını quruladı, bir neçə kərə də hıçqırıb xeyli təmkinlə əlavə etdi:

— Şübhəsiz ki, ey mənim ləyaqətlim, Allahın əli bütün əllərin üstündədir, amma buna görə o da düzgün deyil ki, ey müdriklik çeşməsi, adam Ucalar Ucasının mərhəmətli nuruna mütləq arxayın olmalıdır. Biz, olsa-olsa, insanıq və nurlanma yox olan yerdə çətinlikləri aradan qaldırmaq üçün çıxış yolunu özümüz tapmalıyıq.

Ağıllı kəlam idi, göz yaşları da ağıllı idi. Mirzənin qardaşına heyrətlə baxdığını hiss etdim.

Qonaqlar ayağa qalxdı. Nərmənazik əllər salam əlaməti olaraq tutqun alınlara toxundu. Bellər əyildi və dodaqlar mızıldandı:

— Allah üstünüzcə olsun. Təbəssüm üzünüzdən əskik olmasın, arkadaş.

Yığıncaq sona yetdi. Milyard küçəyə tökülüşdü, sağollaşaraq, bir- birinin əlini sıxaraq, bir-birinə baş endirərək. Saat onbirin yarısı idi. Otaq boşalmışdı və havası ağırlaşmışdı. Məni tənhalıq çulğadı. Üzümü nökərə tutdum:

— Biraz gəzişim. Qışlaya gedirəm. İlyas bəy gecə növ- bəsindədir.

Ninogilin evinin yanından keçib dəniz sahilinə, böyük qışlaya yollandım. Keşik odasının pəncərəsindən işıq süzülürdü. İlyas bəylə

Mehmet Haydar nərd oynayırdılar. İçəri keçdim. Dinmədən başları ilə məni salamladılar. Axır ki oyun qurtardı. İlyas bəy zərləri bir qırağa atıb yaxasını düymələdi.

— Necə keçdi? — Soruşdu. — Əsədulla yenə rusların hamısını qırmağa and içdi?

— Təxminən o cür. Müharibədən nə səs-soraq var?

— Müharibədən, — pəndəm-pəndəm dilləndi, — almanlar Polşanı tam tutublar. Böyük knyaz ilişib-qalıb qarda, yaxud Bağdadı da tutacaq. Türklər də bəlkə Misiri tutdular. Hardan bilim? Yer üzü tamam cansıxıcı olub.

Mehmet Haydar daz qırxılmış zül kəlləsini ovuşdurdu:

— Heç də cansıxıcı deyil, — dedi, — atımız, əsgərimiz var, yaraqla davranmağı bacarırıq. Kişiyə bundan artıq nə lazımdır? Hərdən dağlara çəkilib səngərə girmək və qarşımda düşmən görmək istəyirəm. Düşmənin də gərək əməllicə əzələləri olsun, dərisi tər qoxusun.

— Onda cəbhəyə yazıl, — dedim.

Mehmet Haydarın dar alnının altındakı gözləri qəmli- qəmli və şaşqın baxdı:

— Mən müsəlmana güllə atan kişilərdən deyiləm. Lap sünni olsalar da. Amma hərbi and içmişəm və fərarilik edə bilmərəm. Bizim məmləkətdə gərək hər şey ayrı cür olaydı.

Mən ona sevgidolu bir nəzər saldım. Bu enlikürək, güclü, donuq sifət gənc oturub yerindən tərpənmir və az qala döyüş həsrətindən boğulurdu:

— Cəbhəyə getmək də istəyirəm, getməmək də, — qayğılı- qayğılı dilləndi.

— Ölkəmizə neyləmək olar? — Ondan soruşdum. Susub alnını düyünlədi. Düşünmək onluq deyildi. Axır ki, dilləndi:

Ölkəmizə? Məscidlər tikmək . Torpağa su vermək. Torpağımız susuzluqdan yanır. O da xoşuma gəlmir ki, istənilən əcnəbi ölkəmizə gəlib bizi axmaq adlandırır. Axmağıq, hər nəyik, öz işimizdir. Bir də ki: mənə qalsaydı, böyük bir tonqal çatıb ölkədəki bütün neft buruqlarını odlamaq gözəl olardı. Gözəl bir mənzərə alınardı, biz də yenidən kasıblaşardıq. Onda heç kəsə lazım olmazdıq, əcnəbilər də bizi dinc buraxardı. Neft buruqlarının yerində mən gözəl məscidlər tikdirərdim, mavi kaşılı; kəlləri gətirib neft çöllərində taxıl əkərdik.

Gələcəyin xəyallarına qapılıb susqunlaşdı. İlyas bəy ləzzətlə güldü:

— Sonra da oxuyub-yazmağı yasaq edərdik, şam işığına keçərdik və ən axmaq kişini ölkəyə padşah seçərdik.

Mehmet Haydar kinayəni qulaqardına vurdu.

— Heç də pis olmazdı. İndiyə baxanda qədimlərdə daha çox axmaq olub. Həmin axmaqlar neft yataqlarının əvəzinə su kanalları çəkiblər, əcnəbiləri soyublar, daha bizi soymayıblar. Əvvəllər daha çox xoşbəxt insan olub. Bu keyqulunu qucaqlayıb öpmək istədim.

Pəncərənin çılğın döyülüşü məni yerimdən oynatdı. Bayıra baxdım. Tutqun, çopur bir sifət mənə zillənmişdi. Qapıya qaçdım. Seyid Mustafa özünü içəri saldı. Başındakı çalma əyilib tərli alnına sürüşmüşdü. Belindəki yaşıl kəmər açılmışdı, boz əbası toza bulaşmışdı. O, kətillərdən birinə çöküb tövşüyə-tövşüyə dedi:

— Naxararyan Ninonu qaçırdı. Yarım saat qabaq. Mərdəkana getdilər.

 

ONYEDDİNCİ FƏSİL

Mehmet Haydar ayağa sıçradı. Gözləri tam balacalaşmışdı.

— Mən atları yəhərləyim!

Bayıra atıldı. Sifətim od tutub yanırdı. Qan gicgahlarıma vurmuşdu, qulağım uğuldayırdı və mənə elə gəldi ki, hansısa qeyib bir əl çomaqla başıma döyəcləyir. İlyas bəyin səsini sanki yuxuda eşidirdim:

— Özünü ələ al, Əli xan, təmkinli ol. Təmkinini onlara çatanda itirərsən.

Qarşımda  dayanmışdı.  Uzunsov  sifəti  sapsarı  saralmışdı.

Dümdüz Qafqaz xəncərini belimə bağladı.

— Al, — deyib ovcuma bir tapança basdı. — Özünü ələ al, Əli xan. Hirsini Mərdəkan yoluna saxla.

Silahı mexaniki olaraq cibimə soxdum. Seyid Mustafanın çopur sifəti mənə doğru əyildi. Koppuş dodaqlarının tərpəndiyini gördüm və kəsik-kəsik sözlər eşitdim:

Evimizdən çıxıb üləma Molla Hacı Maksudun yanına getmişdim. Zati-Nurlarının qaldığı yer teatrın yanındadır. Saat onbirdə onun yanından çıxdım. Qəbahət oyunu təzəcə qurtarmışdı. Ninonu Naxararyanın müşayiətində maşına minən gördüm. Maşın yerindən tərpənmədi. Söhbət edirdilər. Naxararyanın üz-gözü xoşuma gəlmədi. Gizlicə yaxınlaşıb qulaq verdim. Nino deyirdi, «Yox, mən onu sevirəm». «Mən isə Sizi daha çox sevirəm», Naxararyan deyirdi,

«bu ölkədə daş daş üstündə qalmayacaq! Mən Sizi Asiyanın caynağından qurtararam». «Yox», Nino dilləndi, «məni evə aparın». Naxararyan motoru işə saldı. Mən arxadakı barxana yerinə hoppandım. Maşın Kipianinin evinin yanına qədər getdi. Yolda nə danışdıqlarını eşidə bilmədim. Amma çox danışdılar. Avtomobil evin qabağında dayandı. Nino ağlayırdı. Birdən Naxararyan onu qucaqlayıb üzündən öpdü. «Siz bu vəhşilərin əlinə keçməməlisiniz!» ucadan bağırıb sonra nəsə pıçıldadı və axırda yalnız bir cümlə eşitdim: «Gedək bizə, Mərdəkana, kəbinimizi Moskvada kəsdirərik, sonra da İsveçə gedərik». Ninonun onu itələdiyini gördüm. Bu vaxt motor işə düşdü. Tərpənib getdilər. Mən də gücüm gəldikcə qaçdım ki…

Sona qədər danışmadı, ya da mən sona qədər dinləmədim.

Mehmet Haydar qapını itələyib açdı.

— Atlar yəhərlənib, — ucadan dilləndi.

Həyətə qaçdıq. Bədirlənmiş ayın işığında atları gördüm. Astadan imrənib ayaqlarını yerə döyürdülər.

— Budur, — Mehmet Haydar dilləndi.

Məni atın yanına apardı. Ata baxıb yerimdə dondum. Qarabağın al-qızılı möcüzəsi, rota komandiri Melikovun atı!

Mehmet Haydarın baxışında bir tutqunluq vardı.

— Komandir cin atına minəcək. Bu atı indiyə qədər onun özündən başqa heç kim minməyib. Yel kimi qaçır. Ata qızırğalanma. Tez çatarsan.

Yəhərə sıçradım. Martağım atın yambızına toxundu. Azman bir sıçrayış və mən qışlanın həyətindən çıxdım. Dəniz sahili ilə çapdım. Nifrətimdən atı matraqladım. Evlər sanki rəqs edə-edə yanımdan ötüb-keçirdi və mən atın nalından qopan qığılcımları gördüm. Məni amansız bir hirs çulğadı. Yüyəni çəkdim. At yumaq kimi yığılıb irəli atdandı. Axırıncı palçıq daxmalar, axır ki, arxada qaldı. Gözlərim önündə ay işığına qərq olmuş xırlar və Mərdəkana gedən ensiz torpaq yol uzanmışdı. Gecənin havası məni sərnitdi. Solda və sağda qarpız-qovun bostanları baş alıb gedirdi. Yumru yemişlər qızıl külçələrinə bənzəyirdi. Atın çapışı paçalı, yaylı, cazibəli və ahəngdar idi. Lap irəliyə, atın qızılı yalmanına əyilmişdim.

Deməli, belə də olurmuş! Hər şeyi apaydın gözlərim önündə görürdüm… Dilə gətirdikləri hər kəlməni eşidirdim.

— Yağının dedikləri birdən-birə yaxınlaşıb qavramlı oldu: Ənvər Kiçik Asiyada döyüşür. Çarım taxtı laxlayır. Böyük kn- yazın ordusunda erməni batalyonu. Cəbhə yarılan kimi Osmanlı qoşunları Ermənistana, Qarabağa və Bakıya yeriyəcək. Naxararyan nəticələri hiss edir. Qızıl külçələri, ağır erməni qızılı İsveçə axır. Qafqaz xalqlarının qardaşlaşmasına son qoyulur. Onların hər ikisini teatrın lojasında görürəm.

— «Prinses, Şərqlə Qərb arasında körpü ola bilməz, hətta sevgi körpüsü belə».

— Nino susur. Sadəcə qulaq asır.

— Biz, Osmanlı qılıncının hədəsi altda olan biz, əl-ələ ver- məliyik. Avropanın Şərqdəki elçiləri olan biz. Mən Sizi sevirəm, prinses. Biz bir-birimiz üçün yaranmışıq. Stokholmda həyat sadə və asandır. Ora Avropadır, Qərbdir.

— Və sonra, sanki sözlər mənim yanımda söylənilir:

— «Bu ölkədə daş daş üstdə qalmayacaq».

— Lap axırda da:

— «Öz taleyinizi özünüz həll edin, Nino. Müharibədən sonra Londona köçərik. Bizi kral sarayında qarşılayarlar. Avropalı öz taleyini özü qurmalıdır. Əli xanı mən də qiymətləndirirəm, ancaq o, barbardır, çölün ağuşundan ömürlük qopa bilməyən barbar».

— Ata bir qamçı çəkirəm. Vəhşi bir qışqırtı. Ay işığını görəndə səhra canavarı bu cür ulayır. Uzun-uzadı, ucadan, fəryadla. Qışqırtı bütün gecəni sarır. Tamam irəli əyilirəm. Boğazım qovuşur. Mərdəkana gedən aylı yolda niyə belə qışqırıram? Hirsimi hələlik boğmalıyam. Xəzri sifətimə çırpılır. Axan göz yaşım küləkdəndir, başqa şeydən yox. Mən ağlamıram, hətta birdən-birə öyrənəndə ki Şərqlə Qərb arasında körpü yoxdur, üstəlik heç sevgi körpüsü də yoxdur, yenə ağlamıram. İşvəli, qaynar gürcü gözləri! Bəli, köküm çöl canavarına, türklərin bo* qurduna gedib-çıxır. Gör necə də gözəl fikirləşib:

— «Kəbini Moskvada kəsdirərik, sonra da İsveçə gedərik».

— Stokholmda mehmanxana, tər-təmiz, isti, dümağ yorğan- döşək. Londonda villa. Villa? Sifətim atın qızılı dərisinə toxunur. Birdən dişimi onun boğazına keçirirəm. Ağzım duz tamlı qanla dolur. Villa? Naxararyanın Mərdəkanda villası var. Vadidəki meyvə bağlarının tən ortasında. Bakının bütün varlıları kimi. Ağ mərmərdən, dəniz sahilində, Korinf1 sütunları ilə. Görəsən, avtomobilmi yeyin gedər, yoxsa Qarabağ atımı? Villanın yerini bilirəm. Çarpayı qırmızı ağacdandır, al qırmızı və enli. Ağ mələfələr, Stokholmdakı kimi. O, bütün gecəni çərənləməyəcək. O dinc … əlbəttə dinc durmayacaq. Çarpayı, həzz və dəhşətdən toranlaşmış gürcü gözləri gözlərim önündən çəkilmir. Dişlərim atın canına yeriyir. Heyvan götürülür. İrəli, irəli! Onları haqlayana qədər hirsini boğ, Əli xan.

— Yol dardır. Birdən gülmək məni tutur. Asiyada, geriqalmış, sivilləşməmiş çılğın Asiyada olmağımız nə böyük xoşbəxtlik imiş.

Avtomobil yolu əvəzinə Qarabağ atlarının boyuna biçilmiş kələ- kötür cığırları olan Asiyada. Görəsən bu yollarda avtomobil hansı sürətlə və Qarabağ atı hansı ye- yinliklə gedir?

— Yol qırağındakı qarpız-qovun mənə baxırdı, elə bil onların da üz-gözü vardı.

— «Çox pis yoldur», qarpız-qovun sanki dilə gəlir, «İngil- tərədən gəlmə avtomobillərə yaraşmır. Təkcə Qarabağ atlarının malıdır».

— Bu sürüşdən sonra atın bağrı çatlamayacaq ki? Yəqin ki yox. Melikovun sifəti gözüm önünə gəlir, o vaxt Şuşada qılıncını cingildədib deyirdi:

— «Bu atı yalnız çar döyüşə səsləyəndə minirəm».

— İşə bax! Qarabağlı yaşlı kişi qoy atını ağlasın. Daha bir matraq, sonra da biri. Külək sifətimə döyəcləyir, sanki onun yumruğu var. Döngə. Yol qırağında yabanı bir kol baş qaldırır və, axır ki, uzaqdan motor səsi eşidirəm. Yola işıq düşür. Avtomobil! Kələ-kötür yolda ağır-ağır irəli sürünür. Asiya yolları üçün düzəldilməyib. Daha bir matraq zərbəsi! Sükanın arxasındakı Naxararyandır. Bəs Nino?! Nino büzüşüb bir küncə qısılıb. Atın ayaq səslərini niyə eşitmirlər? Məgər o, gecəyə qulaq vermir. Avropadan gəlmə avtomobilində, Mərdəkan yolunda özünü arxayın hiss edir. Qoy dayansın bu laklanmış qutu. Bu saat, yerindəcə! Əlim tapançanı dabana çəkir. Belə, belçikalı gözəl alət. Öz işini gör görək. Çaxmağı çəkirəm. Nazik alov zolağı yolda bir anlığa parlayır.

Atı saxlayıram. Yaxşı atdın, yaxşı dəydin, belçikalı gözəl alət. Avtomobilin sol təkəri qəfil boşalan tuluq kimi yerə yatır. Laklı qutu dayanır! Atı yaxına sürürəm və qan gicgahlarıma vurur.

Silahı qırağa atıram, daha nə elədiyimi də dəqiq bilmirəm. İki sifət üzümə zillənir, gözlər tanınmaz bir qorxu içində bərəlir. Titrək, yad bir əl tapançanın dəstəyindən yapışır.

Deməli, Avropa avtomobilinin içində də əminlik yoxmuş. Piy basmış barmaqlar yə iri brilliantlı üzük gözümdən yayınmır. Tərpən, Əli xan! İndi hövsələdən çıxa bilərsən. Xəncəri sivirirəm. Titrək əl atəş aça bilməz. Xəncər ahəngdar bir səslənişlə havada uçur. Xəncər atmağı harada öyrənmişəm? İrandamı? Şuşadamı? Heç yerdə! Xəncərin hansı uçuş xəttini- edəcəyi barədəki bilgi qanımdadır, damarlarımda dövrə vurur. Ulularımdan keçib. Hindistana yürüş edib Dehlini diz çökdürən ilk Şirvanşirdən gəlir. Qadınsal, uca, qəfil bir qışqırtı. Piy basmış əlin barmaqları açılır. Qan zolağı biləyə doğru axır. Mərdəkan yolunda düşmən qanı ləzzət verir. Tapança yerə dü- şür. Və birdən piyli qarının sürətlə sürünmə hərəkətləri. Bircə sıçrayış və o, yolu keçib qıraqdakı yabanı kolun dalına sinir. Hoppanıb atdan enirəm. Xəncəri yerdən qaldırıb qınına qoyuram. Nino avtomobilin yumşaq oturacağında dümdüz əyləşib. Sifəti sərt və hərəkətsizdir, daşdan yonulmuş kimi. Yalnız gövdəsi əsim-əsim əsir, gecə savaşının kabusundan lərzəyə gələrək. Aralıda at ayağının tappıltısını eşidirəm. Kolluğa sıçrayıram. Sərt budaqlar məni qamarlayır, sanki gözəgörünməz düşmənin əlləridir. Ayağım altında yarpaq xışıldayır, quru budaqlar əllərimi doğrayır. Qısnanmış heyvan

— Naxararyan aralıda tövşüyə-tövşüyə nəfəs alır. Stokholmda mehmanxana! Piyli, koppuş dodaqlar Ninonun yanaqlarında!

Onu görürəm. Təngildəyib piyli əlləri kolu sındırır. İndi qarpız- qovun bostanından dənizə qaçır. Tapançanı xeyli əvvəl harasa atmışam. Tikanlı kol-kosun cırdığı əllərimdən qan axır. Budur, birinci qovun. Yumru sifət, kömkök və kemkey. Onu ayaqlayıram, dabanım altında səs salıb partlayır. Bostan boyu qaçıram. Sifətinə ölüm çökmüş ay mənə doğru boylanır. Qovun bostanının başı üstündə soyuq, qızılı işıq seli. Qızıl külçələrini İsveçə aparmayacaqsan, Naxararyan.

Budur. Kürəyindən yapışıram. Arxaya qanrılır, kötük kimi dayanıb, gözlərində cinayət üstündə tutulmuş insanın nifrəti. Zərbə — yumruğu çənəmə ilişir. Və birini də — düz mədəmin başına. Yaxşıdır, Naxararyan, yumruq davasını Avropada öyrənmisən. Başım fırlanır. Bir-iki anlığına nəfəsim durur. Mən, olsa-olsa, asiyalıyam, Naxararyan. Öldürücü zərbə sənətini heç vaxt bacarmamışam. Yalnız səhra canavarı kimi coşmağı bilirəm. İrəli şığıyıram. Gövdəsindən yapışıram, sanki ağac kötüyüdür. Ayaqlarım onun qar- nına dirənir, əllərim yoğun boynuna dolanır. O, vəhşicəsinə məni döyəcləyir. Qorunuram və biz yerə yıxılırıq. Bostanda eşələnirik. Birdən mən alta düşürəm. Naxararyanın əlləri məni boğur. Əyişmiş sifətindəki ağzı daha da əyilib sallanır. Ayaqlarım onun qarnına döyəcləyir. Dabanım piy basmış cəmdəyə yeriyir. Çılpaq boğazı bir anlığına gözümə sataşır. Cırılmış yaxalığı boğazından aralanmışdır. Boğaz ağappaqdır. İçimdən boğuq bir hayqırtı çıxır. Dişlərim onun piyli, ağ boğazına sancılır. Hə, Naxararyan, Asiyada biz bax belə edirik. Öldürücü zərbə endirmədən. Boz qurdun fəndi. Damarlarının titrəyişini hiss edirəm.

Kəmər yerində yüngül bir tərpəniş duyuram. Naxarar- yanın əli xəncərimdən yapışır. Davanın qızğınlığında onu tamam unutmuşam. Polad tiyə gözlərim önündə bərq vurur. Qabırğamda kəskin ağrı duyuram. Qanım necə də istidir. Zərbə qabırğama dəyib ötür. Onun boğazını buraxıb xəncəri yaralı əlindən çıxarıram. İndi o, altımdadır, üzü aya doğru. Xəncəri qaldırıram. Bu vaxt o, zildən, uzun-uzadı qışqırır, başını arxaya atır. Sifəti vur-tut yeganə ağızdan ibarətdir — ölüm qorxusunun geniş açılmış qaranlıq darvazası. Stokholmda mehmanxana. Manqal üstündəki piyli donuz. Mərdəkan yaxınlığında qovun bostanı!

Nə durmuşam? Arxamdan bir səs:

— Sox getsin, Əli xan, sox getsin! — Mehmet Haydarın səsidir.

— Ürəyinin başından, üstdənaşağı.

Səs kəsilir. Ölüm nöqtəsini dəqiq bilirəm. Yalnız bircə an da.

Düşmənin fəryadlı səsini bir daha eşitmək istəyirəm.

Sonra xəncəri yuxarı qaldırıram. Əzələlərim gərilib. Ürəyin üst nahiyəsində xəncərim düşmənin bədəni ilə qovuşur. Düşmən üşürgəyir, bir dəfə, bir dəfə də. Ağır-ağır yerdən qalxıram. Paltarımda qan. Mənimmi qanım? Onun- mu qanı? İndi fərqi yoxdur.

Mehmet Haydar dişlərini şaqqıldadır:

— Nə gözəl, Əli xan. Sənə ömrüm boyu səcdə edəcəm.

Qabırğam ağrıyır. Mehmet Haydar qoluma girir. Biz kolluqdan çıxıb yenidən laklı qutunun yanında dayanırıq, Mərdəkan yolunun üstündə. Dörd at. İki süvari. İlyas bəy salamlayaraq əlini qaldırır. Seyid Mustafa yaşıl çalmasını boynunun ardına çəkib. Ninonu bərk- bərk qucub yəhərdə saxlayır. Nino susur.

— Qadının işi necə olsun? Onu doğramaq istəyirsənmi, yoxsa bunu mənmi edim?

Seyid Mustafa ağır-ağır və astadan danışır. Gözlərini yarı yumaraq, yuxudakı kimi.

— Öldür getsin, Əli xan. — Bu dəfə dillənən Mehmet Hay- dardır. Əlindəki xəncəri mənə uzadır.

İlyas bəyə baxıram. O, başı ilə razılıq verir. Sifəti taba- şir kimi ağarıb:

— Cəsədi dənizə atarıq.

Ninoya yaxınlaşıram. Gözləri böyüyüb hədəqəsindən çıxıb… Tənəffüsdə o həmişə bizə doğru gələrdi, göz yaşı içində,

məktəbli çantası da əlində. Haçansa partasının altında gizlənib pıçıldamışdım:

«Böyük Karl 800-cü ildə Axen şəhərində taxta çıxıb».

Nino niyə susur? Niyə ağlamır, o vaxt böyük tənəffüsdə olduğu kimi? Böyük Karlın taxta haçan çıxmasını bilmədiyinə heç nə edə bilməzdi axı. Atının boynunu qucub qıza baxıram. Baxışlarımız toqquşur. Gözləri susur. Seyidin yəhərində gözəl görünür, ay işığına qərq olaraq, gözlərini xəncərdən çəkmədən. Gürcü qanı, dünyanın ən yaxşı qanı. Gürcü dodaqları, Naxararyan bu dodaqlardan öpüb. İs- veçdə qızıl külçələri — o, qızı öpüb.

— İlyas bəy, yaralıyam. Nino xanımı evə apar. Soyuq- dur. Üstünə bir şey sal. Xanım evə sağ-salamat dönməsə, səni öz əllərimlə öldürərəm, İlyas bəy. Eşidirsən, İlyas bəy, bu, mənim dönməz iradəmdir. Mehmet Haydar, Seyid Mustafa, çox üzgünəm. Məni evə aparın. Mənə dayaq durun, qanım kəsmək bilmir.

Qarabağ atının yalmanından yapışıram. Mehmet Haydar ata qalxmağıma kömək edir. İlyas bəy yaxınlaşıb ehmalca Ninodan yapışır və onu özünün kazak yəhərinin yumşaq döşəyi üstünə qoyur… Əynindəki pencəyi çıxarıb ustufla qızın çiyninə salır. Sifətindəki ağlıq hələ də çəkilməyib. Mənə qısa bir baxış atıb başını tərpədir. Ninonu evə sağ-salamat çatdıracaq. O, irəlidə gedir. Biz bir xeyli gözləyirik. Mehmet Haydarla Seyid Mustafa məndən aralana bilməzlər. Mən onlara arxayınam. Mehmet Haydar yəhərə qalxır:

— Qəhrəmansan, Əli xan. Gözəl döyüşdün. Borcunu yerinə yetirdin.

Mənə dayaq durur. Seyidin gözləri yerə dikilib. Dillənir:

— Qadının həyatı sənə məxsusdur. Onu əlindən ala bilərsən. Bağışlaya da bilərsən. Şəriət belə buyurur.

Qayğılı-qayğılı gülümsəyir. Mehmet Haydar yüyəni əlimə verir.

Dinib-danışmadan gecəni yarıb atları sürürük. Bakının işıqları həlim və çəkicidir.

 

ONSƏKKİZİNCİ FƏSİL

Dərənin qırağında darısqal daş yol. Sapsarı qayalar, çılpaq, bozumtul, ağacsız. Daşlar, iri-iri, kələ-kötür, səliqəsizliklə bir-birinin üstünə qalanmış. Daxmalar dərənin yaxasından aşağı sallanır, bir- birinin yanında, sıx-sıx, dörd- künc, zövqsüz. Daxmalardan birinin yastı damı üstdəki daxmanın həyətini təşkil edir. Aşağıda dağ çayı guruldayır, apaydın havada qayalar bərq vurur. Dar cığır daş-qayanın boynuna dolanıb dərədə itir. Aul — Dağıstanda dağ kəndi. Daxmadakı otaq qaranlıqdır, həsirlə döşənmiş. Bayırda iki ağac dirək dama dayaq verir. Qartal qanadlarını gərib hey- kəltək səmanın sonsuzluğundan asılmışdır.

Həyətdə uzanmışam, sulu qəlyanın kəhrəba müştüyü də ağzımda. Sərin tüstünü ciyərlərimə çəkirəm. Gicgahlarım sərniyir, göyümsov tüstü yox olur, zəif mehin təsiri altında. Yanımcıl bir əl həşiş dənələrini tütünə qatır. Gözlərim dərəyə baxır və axan dumanda çeşidli sifətlər görür. Tanış cizgilər peyda olur. Bakıdakı otağımın divarından asılmış xalçadakı döyüşçü Rüstəmin sifəti.

Haçansa orda uzanmışdım, qalın ipək yorğanın altında. Qabırğamın ağrısı kəsmək bilmirdi. Sarğı yumşaq və ağ idi. Yan otaqda asta addım səsləri. Xısın-xısın kəlmələr. Dinşədim. Kəlmələr ucadan səsləndi. Atamın səsi:

— Çox təəssüf, cənab komissar. Oğlumun harda qaldığını mən də bilmirəm. Gümanım ona gəlir ki, İrana, əmisinin yanına qaçmış olar. Çox təəssüflənirəm.

Komissarın səsi gurultulu çıxdı:

— Qətlə görə oğlunuza cinayət işi qaldırılıb. Həbs əmri artıq verilib. Onu İranda da taparıq.

Buna görə Sizə sağol deyərəm. İstənilən məhkəmə oğluma bəraət qazandırar. Beyin qızğınlığından törədilən hərəkət, olaylara baxsaq, haqq qazandırmaqdan da biraz artıq. Bir də ki…

Şax pulların xışıltısını eşitdim, ya da mənə elə gəldi ki, eşitdim.

Sonra söhbət kəsildi. Və yenidən komissarın səsi:

— Hə, hə. İndiki gənclər. O saat xəncər. Mən yalnız vəzifə adamıyam. Amma dərdinizə şərikəm. Çalışın, oğlan daha şəhərdə görünməsin. Hər halda həbs əmrini gərək İrana göndərəm.

Addım səsləri uzaqlaşdı. Yenidən dərin bir sükut. Xalçanın üstündəki quyrumlu yazı dolanbaca bənzəyir. Gözüm hərflərin sırası ilə axıb quyrumlu «N» hərfində dayanır.

Üstümə sifətlər əyilir. Dodaqlar nəsə anlaşılmaz bir şey pıçıldayır. Sonra çarpayıda otururam, sarğı içində, dirsəklənərək, İlyas bəylə Mehmet Haydar qarşımda dayanmışlar. Hər ikisi gülümsəyərək, hər ikisi hərbi səhra mundirində.

— Sağollaşmağa gəlmişik. Bizi cəbhəyə göndərirlər.

— Necəə?

İlyas patrondaşını qurdalayır.

— Ninonu evə apardım. Yol boyu bir kəlmə də danışmadı. Sonra geri, qışlaya qayıtdım. Bir-iki saatdan sonra hər şey bəlli oldu. Alay komandiri Melikov qapını arxadan bağlayıb hirsini içkinin üstünə tökdü. Atı görmək belə istəmirdi. Onu axşamüstü güllələtdirdi. Sonra cəbhəyə yazıldı. Hərbi məhkəmə məsələsini atam birtəhər yoluna qoya bildi. Ancaq bizi cəbhəyə yazdılar. Lap ön sıralara.

—  Məni bağışlayın. Buna bais mənəm. Hər ikisi kəskin etiraz etdi.

— Yox, sən igidsən, kişi kimi hərəkət etdin. Səninlə fəxr edirik.

— Ninonu görmüsüz?

Hər ikisi donuq sifətlə durub qaldı.

— Yox, görməmişik.

Çox soyuq səsləndi. Qucaqlaşdıq.

—  Bizə görə qəm yemə. Cəbhədə baş çıxararıq. Təbəssüm, sağollaşma. Qapı bağlandı.

Gözlərimi xalçanın çeşnilərinə zilləyərək balıncların içində uzanmışdım. Yazıq dostlar. Günah məndədir. Qəribə ayıq yuxulara dalırdım. İndiyə aid nə vardısa, hamısı yox olmuşdu. Ninonun sifəti duman içində üzürdü, gah gülərək, gah da ciddi. Yad əllər mənə toxundu. Kimsə farsca dedi:

— Həşiş qəbul etsin. Vicdan ağrısına çox kömək edir.

Kimsə müştüyü ağzıma qoydu və ayıq yuxunun qəlpələri arasından qulağıma sözlər doldu:

— Möhtərəm xan. Qol-qanadım sınıb. Nə murdar rüsvayçılıq. Razıyam, qoy qızım oğlunuzun arxasınca getsin. Onlar təcili evlənməlidir.

— Knyaz, Əli xan evlənə bilməz. O indi qanlıdır1, Naxa- raryanların qan intiqamına tapşırılıb. Onu İrana göndərmişəm. Həyatı hər saat təhlükədədir. Sizin qızınıza tay deyil.

— Zəfər xan, yalvarıram. Uşaqları qoruyarıq. Qoy çıxıb getsinlər. Hindistana, İspaniyaya. Qızım rüsvay olub. Onu yalnız evlənmək xilas edə bilər.

— Bunun günahı Əli xanda deyil, knyaz. Bir də ki, rusdan, ermənidən biri tapılar.

— Yalvarıram Sizə. Məkrsiz gecə gəzintisi. Bu cür bürküdə anlaşılandır. Oğlunuz tələskənlik edib. Tamam yanlış bir şübhə. İndi işi gərək yoluna qoysun.

— Hər necə olsa da, knyaz, Əli xan qanlıdır, evlənə bilməz.

— Axı mən də atayam, Zəfər xan.

Səslər kəsildi. Tam sakitlik. Həşiş dənələri yumrudur və qarışqaya bənzəyir.

Axır ki sarğı açıldı. Çapığımı yoxladım — bədənimdə ilk namus nişanı. Sonra yataqdan qalxdım. Ayaqlarımı sürüyə-sürüyə otaqda gəzdim. Nökərlər qorxu içində baxışdılar. Qapı açıldı. Atam içəri girdi. Ürəyim bərk-bərk döyündü. Nökərlər otaqdan çıxdı.

Atam xeyli susdu. Otaqda var-gəl etdi. Sonra ayaq saxladı.

— Hər gün polis gəlir, özü də təkcə polis yox. Bütün Na- xararyanlar səni axtarır. Beşi artıq İrana yollanıb. Evi iyirmi adama qorutdururam. Üstəlik Melikovlar da sənə qan davası elan edib. Ata görə. Dostların cəbhəyə gedəsi oldu.

Susub başımı yerə dikdim. Atam əlini çiynimə qoydu. Səsi mülayim çıxdı:

— Səninlə fəxr edirəm, Əli xan, çox fəxr edirəm. Mən də belə edərdim.

— Razı qalmısan, ata?

— Demək olar, tam. Amma bir şeyi de, — məni qucaqlayıb düz gözlərimin içinə baxdı, — qadına niyə dəymədin?

— Bilmirəm, ata. Yorğun idim.

— Amma yaxşı olardı, oğul. Daha gecdir. Ancaq sənə heç nəyi irad tutmaq niyyətində deyiləm. Hamımız, bütün nəslimiz səninlə fəxr edir.

— Bəs axırı necə olsun, ata?

Yenə var-gəl edib qayğılı-qayğılı köks ötürdü:

— Hə, burda qala bilməzsən. İrana da gedəmməzsən.  Polis və iki böyük nəsil səni axtarır. Yaxşısı budur, Dağıstana gedəsən. Aulda səni heç kim tapammaz. Oraya nə erməni ürək edər, nə də polis.

— Nə vaxta qədər, ata?

— Uzun müddətə. Polis olayı unudana və düşmən nəsillər bizimlə barışana qədər. Yanına gələcəm.

Gecə yola düşdüm. Maxaçqalaya, ordan da dağlara. Dar cığırlarla, uzunyalman, xırda atların belində. Amansız dərənin qırağındakı uzaq aula.

Budur, indi burdayam, Dağıstan qonaqpərvəliyinin təhlükəsiz himayəsində. İnsanlar mənə «qanlı» deyib anlaşıq- la üzümə baxırdı. İncə əllər həşişi tütünə qatırdı. Çox çəkirdim. Görüntülərdən əzab çəkərək susurdum. Atamın dostu, qonaqpərvərliyinin kölgəsini üstümə salmış Qazi Molla məni qoruyurdu. Çox danışırdı və kəlmələrinin qəlpələri ay işığına qərq olmuş kənd yolunun qızdırmalı xülyalarını doğram-doğram edirdi.

— Xəyaldan ayıl, Əli xan, fikir etmə, Əli xan. Məni dinlə. Andalal əhvalatını eşitmisən?

— Andalal, — etinasız dilləndim.

Andalalın nə olduğunu bilmirsən? Gözəl bir kənd olub, altı əsr qabaq. Orda xoşxasiyyət, ağıllı və cəsur bir bəy hökmran imiş. Amma camaat bu qədər yaxşılığı sinirə bilməyib. Ona görə bəyin yanına gəlib deyiblər: «Səndən bıkmışıq, bizi tərk et». Bəy göz yaşı töküb, atına süvar olub qohum-əqrəbası ilə vidalaşıb və baş götürüb İrana gedib. Orda böyük bir adam olub. Şah onun sözü ilə oturub- durarmış. Həmin bəy ölkələr, şəhərlər zəbt edib. Amma Andalın dərdi ürəyindən çıxmıyıb. Ona görə də deyib: «Andalal dərələrində külli miqdarda daş-qaş və qızıl var. Gedək, o ölkəni zəbt edək». Böyük bir qoşunla şah dağlara yürüş edib. Andalal camaatı isə deyib:

«Siz çoxsunuz, amma aşağıda oturubsunuz. Biz isə sizdən azıq, ancaq yüksəkdə oturmuşuq. Ən yüksəkdə isə tək və hər ikimizdən qüdrətli olan Allahdır». Beləcə camaat döyüşə girib. Kişilər, qadınlar və uşaqlar. Öndə bəyin ölkədə qalmış oğulları vuruşub. Farslar məğlub olub. Əvvəlcə şah qaçıb, axırda da onu Andalala gətirən satqın bəy. Aradan on il ötüb. Bəy qocalıb və vətənin həsrətini çəkib. Tehrandakı sarayını tərk edib və vətənə üz tutub. Sakinlər düşmən qoşununu ölkəyə gətirmiş satqını tanıyıblar. Tüpürüb qapını onun üzünə bağlayıblar. Bəy bütün günü kənddə at sürüb və özünə həmdəm tapa bilməyib. Onda qazinin yanına gedib və deyib:

«Günahımı yumaq üçün vətənə dönmüşəm. Şəriətin hökmü ilə mənim işimə bax». «Əl-qolunu bağlayın», qazi deyib, «Ata-baba qanunlarına görə kişini diri-diri basdırmaq lazımdır» və camaat qışqırıb: «Qoy olsun». Ancaq qazi ədalətli adam imiş. «Özünü müdafiə üçün nə deyə bilərsən?», soruşub və bəy cavab verib: «Heç nə. Günahkaram. Burda ata-baba qanunlarına hörmət edilməsi çox yaxşıdır. Amma bir qanun da var ki, o da buyurur: ataya qarşı döyüşən öldürülməlidir. Haqqımı tələb edirəm. Oğullarım mənə qarşı döyüşüb. Gərək onların başı mənim qəbrimin üstündə vurulsun». «Olsun», deyib qazi camaatla birlikdə ağlayıb. Çünki bəyin oğulları dəyərli və hörmətli kişilərdən imiş. Fəqət qanun yerinə yetirilib. Beləliklə satqın bəy diri-diri torpağa basdırılıb və ölkənin ən yaxşı igidləri olan oğullarının boynu onun qəbiri üstündə vurulub.

— Boş cəfəngiyyat, — mızıldandım, — bundan yaxşısını bilmirsən? Sənin qəhrəmanın bu ölkədə son adam olub və altı əsr bundan qabaq ölüb, özü də satqın olub.

Qazi Molla pərt-pərt fısıldadı.

— İmam Şamildən xəbərin var?

— Hər şeyi bilirəm.

O vaxtan əlli il keçib. Şamilin rəhbərliyində xalq xoşbəxt idi, nə şərab vardı, nə də tütün. Oğrunun sağ əli kəsilərdi, ancaq, demək olar, heç oğru da yox idi. Ruslar gələnə qədər. Bu vaxt Peyğəmbər imam Şamilin yuxusuna girib və qazavatı, müqəddəs savaşı buyurub. Dağ camaatının hamısı qorxunc andla Şamilə bağlanıb. Çeçen xalqı da. Lakin ruslar güclü olub. Onlar çeçenlərə basqı yapıb, kəndlərini oda qalayıb, tarlalarını viranə qoyublar. Bu vaxt ağsaqqallar Darqoya, imamın iqamətgahına gəlib, ona yalvarıblar ki, verdikləri anddan onları azad etsin. Lakin onunla üz-üzə gələndə danışmağa ürək etməyiblər. Bundan sonra xanımın, imamın anasının yanına gediblər, çünki o çox ürəyiyumşaq imiş. Xanım çeçenlərin dərdinə göz yaşı axıdıb. «İmama deyərəm, sizi anddan azad etsin». Xanım sözükeçən qadın imiş. İmam da yaxşı övlad. O haçansa deyibmiş:

«Lənət o kəslərə ki, analarını dərdə salırlar». Xanım məsələni danışanda imam buyurub: Quran satqınlığı yasaqlayır. O həm də ananın sözünü yerə salmağı qadağan edir. Ağlım daha bəs eləmir. Namaz qılıb oruc tutmaq istəyirəm, bəlkə Allah fikrimi nurlandırdı». İmam üç gün, üç gecə oruc tutub. Axırda camaatın hüzuruna çıxıb və deyib: «Allah mənə buyruq göndərdi: mənimlə xəyanət barədə danışan ilk adama yüz şallaq vurulsun. Xəyanət barədə ilk danışan xanım oldu, mənim anam. Onu yüz şallaq zərbəsinə məhkum edirəm». Xanımı gətiriblər. İgidlər onun çadrasını üzündən alıblar, qadını məscidin pillələri üstünə uzadıb şallaqlarını göyə qaldırıblar. İmamın anasına yalnız bircə zərbə endirilib. Bu bir zərbədən sonra imam diz çöküb, ağlayıb və ucadan deyib: «Qüdrət sahibinin qanunları dəmir kimidir. Onları heç kəs qaldıra bilməz. Mən özüm də. Ancaq Quran bir şeyə də icazə verir. Uşaqlar ata-anaya verilən cəzanı öz üzərilərinə götürə bilərlər, odur ki, cəzanın qalanını öz üzərimə götürürəm». İmam soyunub bütün camaatın gözü qarşısında məscidin pillələrinə uzanıb və deyib: «Məni döyün və mən gerçək imam olduğum üçün görsəm ki, vurulan zərbələr tam gücü ilə en- dirilmir, başınızı üzdürəcəm». İmama doxsandoqquz şallaq vurulub. O, qan içində uzanıb qalıb. Dərisi pqra-para olub, xalq bu mənzərəyə dəhşətlə baxıb. Bundan sonra xəyanət barədə söhbətə heç kim ürək etməyib. Dağlar bu yolla idarə olunub. Əlli il qabaq. Xalq da xoşbəxt yaşayıb».

Susmuşdum. Göydəki qartal yox olmuşdu. Qaranlıq düşürdü. Qazi Molla namaz xalçasını sərdi və biz üzümüzü qibləyə çevirib namaz qıldıq. Ərəb duaları qədim savaş nəğmələri kimi səsləndi.

— İndi isə get, Qazi Molla. Yaxşı dostsan. Yatmaq istəyirəm.

O, məyus-məyus mənə baxdı. Köksünü ötürüb həşiş dənələrini qarışdırdı. Sonra çıxıb-getdi və mən onun qonşuya dediklərini eşitdim:

—  Qanlı bərk xəstədir. Qonşu da cavab verdi:

— Dağıstanda heç kim uzun zaman xəstə qala bilməz.

 

ONDOQQUZUNCU FƏSİL

— Qadınlar və uşaqlar qaz yerişi ilə kəndin içi ilə irəliləyirdi. Sifətlərində yorğunluq vardı, gərginlikdən isə əsər- əlamət yox idi. Uzaqdan gəlirdilər. Əllərində torpaq və peyinlə dolu kiçik torbalar vardı. Torpağı tutya kimi sinələrinə sıxmışdılar. Onu uzaq-uzaq vadilərdən alıb əvəzində qoyun, gümüş sikkə və parça vermişdilər. Yurdlarının sərt qayalarını bu qiymətli torpaqla örtmək istəyirdilər ki, bərəkətsiz məmləkət xalqı yedirmək üçün taxıl bitirsin.

— Əkin yerləri dərədən üzüaşağı sırtda yerləşirdi. Bellərinə çatı bağlayıb insanlar bu kiçik sahəyə enirdi. Ustuflu əllər gətirilən torpağı ehtiyatla daşlı sahəyə səpirdi. Seyrək məhsulu küləkdən və uçqundan qorumaq üçün gələcək tarlaların üst tərəfindən yöndəmsiz bir hasar çəkilmişdi. Dağıstanın diş-diş solğun qayalarının tən ortasındakı əkin sahələri beləcə yaranmışdı. Üç addım eni, dörd addım uzunu. Kişilər sübh tezdən tarlaya gedərdi. Bəhrəli torpağın üstünə əyilənə qədər kəndli uzun-uzadı dua edərdi. Külək bərk əsəndə qadınlar yorğanlarını gətirib bu qiymətli torpağın üstünə sərərdi. İncə qonur əlləri ilə sünbülü sığallayıb-oxşayır və xırda dəryazlarla sısqa taxılı biçərdilər. Sünbülü əllərində ovub dənini çıxarar və uzunsov fətir bişirərdilər. Birinci yapılan çörəyin içinə dəmir pul qoyulardı, bərəkət möcüzəsinə xalqın minnətdarlığı kimi.

— Mən xırda əkin sahələrinin birinin hasarının yanı ilə gedirdim. Yuxanda, qayalar üstündə qoçlar ləngərlənirdi. Başında iri, ağ keçə papaq olan bir kəndli ikitəkərli arabasının üstündə mənə doğru gəlirdi. Təkərlər qışqırtısı ələmi götürən südəmər kimi səs salırdı. Bu qulaqdeşən səs lap uzaqdan eşidilirdi.

— Qardaşım, — dedim, — Bakıya məktub yazacam ki, sənə yağ göndərsinlər. Arabanın oxlarını yağlamaq lazımdır.

Kəndli dişlərini ağartdı:

— Mən sadə bir adamam, heç kimdən də gizlənmirəm. Qoy hər kəs arabamın yaxınlaşdığını eşitsin. Ona görə də oxları yağlamıram. Bunu yalnız əbrəklər edir.

— Əbrəklər?

— Bəli, əbrəklər, eldən çıxarılar.

— Əbrəklər yenə də varmı?

— Kifayət qədər. Qaçaqlar, qatillər. Bəziləri xalqının xatirinə qətlə qurşanır. Bəziləri də öz xeyrinə. Amma onlardan hər biri qorxunc bir and içməlidir.

— Nə anddır elə?

Kəndli arabasını saxlayıb yerə endi. Tarlasının hasarına söykəndi. Duzunu yemiş pendir çıxarıb onu uzun barmaqları ilə iki yerə böldü. Bir parçasını mən götürdüm. Pendirin içində qara-qara qoyun tükü vardı. Yedim.

— Əbrəklərin andı. Xəbərin yoxdur? Gecə yarısı əbrək məscidə gedib and içir: səcdə etdiyim müqəddəs torpağa and içirəm ki, bugündən eidənçıxarı olacam. İnsan qanı tökəcəm və heç kəsə rəhm etməyəcəm. İnsanlara aman verməyəcəm. Onların qəlbi, vicdanı, namusu üçün dəyərli olan hər şeyi onlardan qoparacağıma and içirəm. Körpəni anasının döşündə qılıncdan keçirəcəm, fəqirin son komasını oda qalayacam və indiyə qədər sevincin hökm sürdüyü hər yana qüssə-kədər gətirəcəm. Əgər bu andımı pozsam, sevgi, yaxud mərhəmət qəlbimə yol tapsa, qoy atamın qəbri üzünə həsrət qalım, qoy su susuzluğumu, çörək də aclığımı yatırmasın, qoy cəsədim düzün ortasında qalsın və itlər onun üstündə təbii ehtiyaclarını ödəsinlər.

Kəndlinin səsində bir ciddiyyət və təntənə vardı. Üzü günəşə doğru idi.

— Bəli, — dedi, — əbrəyin andı belədir.

— Bu cür andı kim içir axı?

— Çox-çox haqsızlıq görmüş insanlar.

Susdu. Evə döndüm. Aulun dördkünc komaları zərə bənzəyirdi. Günəş şaxırdı. Əbrək idimmi, eldənçıxarı, bu amansız dağların qoynunda qovqun? Yoxsa mən də Dağıstan dağlarının qaçaqları kimi həmin qanlı andı içməliy- dim? Kəndə girdim. Həmin tutqun kəlmələr qulaqlarımda çəkici səslənirdi. Komanın qabağında üç dənə yəhərli yad at gördüm, biri gümüş yüyənli. Eyvanda kəmərinə qızıl xəncər taxmış onaltıyaşlı şişman bir oğlan oturmuşdu. Bu mənimlə bir məktəbdə oxuyan Arslan ağa idi. Atasının nefti aşıb-daşırdı, oğlunun isə sağlamılığı yerində deyildi. Buna görə də tez-tez Kislovodskiyə kurorta gedirdi. Onu az tanıyırdım, çünki məndən xeyli uşaq idi. Burda, dağ kəndinin tənhalığında onu qardaşım kimi bağrıma basdım. Qürurdan qıpqırmızı qızarıb dedi:

— Nökərlərimlə kəndin yanından keçib-gedirdim və səni yoxlamağı qərara aldım.

Əlimi onun kürəyinə vurdum.

— Qonağım olun, Arslan ağa. Bu günü vətənin şərəfinə bayram edək. — Sonra üzümü komaya tutub ucadan səsləndim. — Qazi Molla bayram tədarükü gör. Bakıdan qonağım var.

Yarım saatdan sonra Arslan ağa qarşımda oturub qoyun ətindən kabab və şirniyyat yeyir və məstlik içində əriyirdi.

— Sizi görməyimə elə şadam ki, Əli xan. İgid kimi yaşa- yırsız, kənddə, qan düşmənlərinizdən gizlənərək. Tam arxayın ola bilərsiniz. Yerinizi heç kəsə deyən deyiləm.

Arxayın ola bilərdim. Görünür, harda qaldığımı bütün Bakı bilirdi.

— Burda olduğumu necə öyrəndiniz?

— Seyid Mustafa dedi. Mən də öyrəndim ki, kəndiniz yolumun üstündədir, o da Sizə baş çəkməyi məndən xahiş etdi.

— Hara gedirsiz ki, Arslan ağa?

— Kislovodskiyə, kurorta. Bu iki nökər də məni müşayiət edir.

— Deməli, belə. — Gülümsədim. Utanıb başını aşağı saldı. — Deyərsizmi, Arslan ağa, niyə birbaşa qatarla getmədiniz?

— Vallah, bir balaca dağ havası almaq istədim. Maxaç- qalada düşüb birbaşa Kislovodskiyə yol aldım.

Ağzını şirniyyatla doldurub ləzzətlə çeynədi.

— Amma birbaşa yolla buranın arası üçgünlük yoldur. Arslan ağa bərk heyrətləndi:

— Hə? Onda mənə düzgün məlumat verməyiblər. Ancaq buna baxmayaraq sevinirəm, çünki ən azı Sizə dəydim.

Bu heyvərə, görünür, yolundan ona görə çıxıb ki, məni gördüyünü evdə danışa bilsin. Deyəsən, Bakıda xeyli məş- hurlaşmışdım.

Şərab süzdüm və o, iri qurtumlarla içdi. Axırda ürəkləndi:

— Bu arada daha kimisə öldürmüsünüzmü, Əli xan. Lüt- fən, lütfən deyin, heç kimə danışan deyilən.

— Hə, on-onbeş nəfər.

— Yox, nə danışırsız!

Çaşıb-qalmışdı və içirdi. Yenidən ona şərab süzdüm.

— Ninonu alacaqsız? Şəhərdə buna mərc qoşurlar. Deyirlər ki, onu hələ də sevirsiniz. — Məmnun-məmnun gülüb içməyinə davam etdi. -Bilirsiz, hamımız heyrət içindəydik. Günlərlə bundan başqa heç nədən danışmırdıq.

— Hə, hə. Bakıda daha nə yenilik var, Arslan ağa?

— Eh, Bakıda? Heç nə. Təzə bir qəzet təsis ediblər. Fəhlələr tətil edir. Məktəbdə müəllimlər deyirlər ki, Siz həmişə tez hirslənən olmusunuz. Zəhmət olmasa, deyin, necə bacardınız?

— Əzizim Arslan, dəyərli dost, soruşduğun bəsdir. İndi sıra mənimdir. Ninonu görmüsüz? Yaxud Naxararyanlar- dan kimi isə? Kipianilər neyləyir?

Şirniyyat yazığın boğazında qaldı.

— Eh, heç nə bilmirəm, heç nə. Heç kimi görməmişəm. Evdən az-az hallarda çölə çıxırdım.

— Niyə ki, dostum? Xəstəydiniz?

— Hə, hə. Xəstəydim. Özü də bərk xəstəydim. Difteriya- ya tutulmuşdum. Təsəvvür edirsiz, gündə beş dəfə klizma qəbul edirdim.

— Difteriyaya qarşı?

— Hə.

— İçin, Arslan ağa. Cana çox xeyri var. — İçdi. Sonra ona doğru əyilib soruşdum. — Dəyərli dost, axırıncı kərə həqiqəti dilinizə haçan gətirmisiniz?

Məsum gözlərini mənə zilləyib səmimiyyətlə bildirdi:

— Məktəbdə. Üç kərə üçün neçə elədiyini öyrənəndə.

Gerçəkdən də tam sərxoş idi bu gözəl oğlan. Mən onu

dindirişə çəkdim. Şərab xeyli şirin idi, Arslan ağa da yetərincə cavan. Boynuna aldı ki, onu bura çəkib-gətirən cılxa maraq olmuşdur, etiraf etdi ki, difteriyaya-zada tutulmayıb və Bakıdakı dedi-qoduların hamısından xəbəri vardı.

— Naxararyanlar səni öldürəcək, — kəkələdi, — ancaq əlverişli məqam gözləyirlər. Tələsmirlər. Hərdən Kipianigilə gedirdim. Nino xeyli xəstə yatdı. Sonra onu Tiflisə apardılar. İndi qayıdıb, Bakıdadır. Onu şəhər dumasının keçirdiyi balda gördüm. Bilirsən, şərabı elə içirdi, elə bil sudur və bütün axşamı güldü. Yalnız ruslarla rəqs edirdi. Ata-anası Moskvaya göndərmək istəyir, amma o istəmir. Hər gün şəhərə gəzməyə çıxır, bütün ruslar ona vurulub. İlyas bəy

orden alıb, Mehmet Haydar da güllə yarası. Naxararyanların villasını yandırıblar, eşitdim ki, sənin dostların od vurub. Hə, bir şey də qaldı. Nino özünə bir it alıb və hər gün onu amansızcasına döyür. Heç kim bilmir, itin adını nə qoyub, bəziləri deyir «Əli xandır», başqaları da deyir, «Naxarar- yandır». Məncə onun adını «Seyid Mustafa» qoyub. Atanızı da görmüşəm. Dedi ki, bir də çənəmi boş qoysam, məni əzişdirəcək. Kipianilər özlərinə Tiflisdən ev alıblar. Bəlkə büsbütün ora köçdülər.

Mən həyəcanlaona baxdım.

—  Arslan ağa, senin axırın nə olacaq? Məlallı-məlallı taxıb cavab verdi:

— Padşah.

— Nə?

— Gözəl bir məmləkətdə çoxlu süvarisi olan padşah olmaq istəyirəm.

— Bəs sora?

— Ölmək.

— Necə yəni?

—  Düşmənlər padşahlığımı zəbt etmək istədikdə! Güldüm və o, yaman pərtləşdi.

— Əclaflar məni karserə salmışdılar, üç gün.

— Məktəbdə?

— Hə, tap görüm, niyə. Çünki mən növbəti kərə qəzetə məqalə yazmışdım. Orta məktəblərdə uşaqlara qarşı pis davranış barədə. Vallah, əsl tamaşa idi.

— Amma, Arslan, abırı olan kəs qəzetə yazı yazmır axı.

— Baxma, geri qayıdanda sənin də barəndə yazacam. Adını tutmadan. Ağzı bütöv adamam, həm də sənin dostunam. Təqribən belə: «Qan düşmənlərindən qaçış, ya da xalqımızın təəssüf doğuran adəti…»

Şüşəni axıradək boşaltdı, həsirin üstünə sərilib həmin an yuxuya getdi. Nökəri içəri gəldi və gəc-gəc mənə baxdı, sanki demək istəyirdi: «Bu körpəni belə içirməkdən xəcalət çəkmirsiz, Əli xan?!»

Bayıra çıxdım. Bu Arslan ağa necə cılız, soysuzlaşmış bir varlıqdır. Çox güman ki, söylədiklərinin yarısı yalan idi. Nino iti niyə döysün ki? Allah bilir, heyvana hansı adı qoyub!

Kənd yolu ilə üzüaşağı enib hardasa kəndin qurtaracağında yerə oturdum. Qayalar aydaki ləkələr kimi baş-başa verib qəmli-qəmli göz döyürdü. Onlar gerçəkliyimi, yoxsa röyanımı xatırladırdı? Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarına bənzəyirdi. Minlərlə işıq zolağı sonsuzluqdan baş alıb bəbəklərimdə qovuşurdu. Beləcə bir saat, bəlkə də biraz çox oturub səmaya baxdım.

«Deməli, ruslarla rəqs edir», düşündüm və birdən məndə həmin gecə sərsəriliyini sona çatdırmaq üçün şəhərə gönmək arzusu baş qaldırdı. Yanımda quru xışıltı ilə bir kərtənkələ süründü. Onu tutdum. Ölüm qorxusunu duyan ürəyi əlimdə döyündü. Soyuq dərisini sığalladım. Xırda gözləri qorxudan, yaxud müdriklikdən donuqlaşmışdı. Onu üzümə yaxınlaşdırdım. Canlanmış daş kimi idi, qəpqədim, cadar-cadar, solğun dərili.

— Nino, — deyib səslədim və it haqqında düşündüm. — Nino, mən də səni əzişdirim? Bəs kərtənkələni necə əzişdirirlər?

Heyvan birdən ağzını açdı. Xırda, sivri dili görüntüyə gəldi və elə həmin an da yox oldu. Güldüm. Dil hərəki və çevik idi. Ovcumu açdım və kərtənkələ gözdən itdi.

Yerimdən qalxıb evə döndüm. Arslan hələ də yerdə uzanıb yatırdı. Başı qayğılı nökərin dizi üstündə uyuyurdu.

Dama qalxıb namazın vaxtına qədər həşiş çəkdim.

 

İYİRMİNCİ FƏSİL

Necə olduğunu heç özüm də bilmirəm. Bir gün gözümü açıb Ninonu qarşımda gördüm.

— Yatağan olmusan, Əli xan, — deyib həsirimin yanında əyləşdi, — həm də xoruldayırsan, belə yaramaz.

Yatağımdan durdum və, qəribə də olsa, heyrətlənmədim.

—  Xoruldamağım həşişdəndir, — qaş-qabaqlı dilləndim. Nino başı ilə təsdiqlədi.

— Onda həşiş çəkməyin tərkini qılırsan.

— İti niyə döyürsən, a yazıq?

— İti? Hə də! Sol əlimlə boynundan yapışıb sağ əlimlə dalıma atıram, zingildəyənə qədər.

— Bəs adını nə qoymusan?

— Adını? Klimancaro, — həlim dilləndi.

Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərim önündə aydınlaşdı: Naxararyan, Qarabağ atı, ay işığına qərq olmuş kənd yolu və Seyidin yəhərindəki Nino.

— Nino, — bağırıb ayağa sıçradım, — sən hara, bura hara?

— Arslan ağa şəhərdə danışıb ki, məni öldürmək istəyirsən. Eşidən kimi qalxıb gəldim.

Üzü mənə doğru əyildi. Gözlərində yaş gilələnmişdi.

— Sənin üçün yaman darıxmışam, Əli xan.

Əlim saçlarına yeridi. Onu öpdüm, dodaqları bir-birin- dən aralandı. Ağzının nəm hərarəti məni məst etdi. Onu həsirin üstünə uzadıb bədənini örtən əlvan paltarı cırdım. Dərisi yumşaq və ətirli idi. Nəvazişlə sığalladım. Tez-tez nəfəs almağa başladı. Gözlərimin içinə baxırdı və xırda döşü ovcumda titrəyirdi. Onu qucdum və kəlbətin ağuşumda zarımağa başladı. Dərinin altında qabırğalar görünürdü, napnazik, ipincə. Üzümü sinəsinə söykədim.

— Nino, — dedim və sanki bu sözdə əldən pırtıb-çıxan sirli bir güc vardı. Görünən və var olan şeylərin hamısı birdən-birə yoxa çıxdı. Yalnız bir cüt nəm gürcü gözləri vardı ki, onlar da hər şeyi əks etdirirdi: qorxunu, sevinci, marağı və qəfil, kəsici ağrını.

Ağlamırdı. Amma birdən yorğandan yapışıb isti qu tükünün altına girdi. Üzünü sinəmdə gizlətdi və incə bədəninin hər əzası yağışın həsrətini çəkən torpağın harayına bənzədi. Yorğanı ustufla aşağı çəkdim. Zaman donub qaldı…

Susurduq, yorğun və xoşbəxt. Birdən dilləndi:

— Belə, indi geri dönürəm, çünki görürəm, məni heç də öldürməyəcəksən.

— Tək gəlmisən?

— Yox, Seyid Mustafa gətirib. Dedi ki, gətirməyinə gətirir, ancaq səni məyus etsəm, məni özü öldürəcək. Əlində tapanca bayırda oturub. Səni məyus etmişəmsə, çağır gəlsin.

Çağırmadım. Ninonu öpdüm .

— Elə bundan ötrü gəlmisən?

— Xeyr, — etiraf etdi.

— Danış, Nino.

— Nəyi?

— O gecə niyə susurdun, Seyidin atının yəhərində?

— Qürurdan.

Əlini əlimə alıb çəhrayı dırnaqları ilə oynadım.

— Bəs Naxararyan?

— Naxararyan, — uzada-uzada dedi, — düşünmə ki, məni iradəmin əksinə qaçırmışdı. Neylədiyimi bilirdim və bunu düzgün sayırdım. Amma yanlış idi. Suç məndəydi və ölüm də mənə düşürdü. Ona görə də susurdum, buraya da ona görə gəlmişəm.

Hərarətli ovcundan öpdüm. Həqiqəti deyirdi, baxmayaraq ölən başqasıydı və bu həqiqət onun üçün qorxulu idi. Ayağa qalxıb otağa nəzər saldı və tutqun-tutqun dilləndi:

— İndi isə gedirəm evə. Mənimlə ailə qurmağına lüzum yoxdur. Moskvaya gedirəm.

Qapıya gedib onu bir çapıq araladım. Çopur çöldə oturmuşdu, bardaş quraraq, əlində də tapança. Yaşıl kəməri bərk-bərk çəkib belinə bağlamışdı.

— Seyid, — dedim, — bir molla, iki şahid çağır. Bir saatdan sonra evlənirəm.

— Mollaya ehtiyac yoxdur, — dedi, — yalnız iki şahid çağı- racam. Kəbini özüm kəsəcəm. Buna səlahiyyətim çatır.

Qapını bağladım. Nino çarpayıda oturmuşdu, qara saçları çiyninə tökülmüşdü. Gülürdü.

— Əli xan, neylədiyini fikirləş. Sən üstünə ləkə düşmüş bir qızla evlənirsən. — Yanına uzandım və bədənlərimiz bir- birinə sıxıldı. — Doğrudanmı mənimlə evlənmək istəyirsən? — Soruşdu.

— Əgər sən qəbul edərsənsə, axı qanlıyam, düşmənlərim məni axtarır.

— Bilirəm. Amma bu yerlərə gəlməzlər. Sadəcə burda qalarıq.

— Nino, burda qalmaq istəyirsən? Bu dağ yuvasında, evsiz, nökərsiz, qaravaşsız?

— Hə, — dedi, — istəyirəm, çünki sən burda qalmalı olubsan. Ev işlərinə baxaram, çörək bişirərəm və sənə yaxşı arvad olaram.

— Darıxmayacaqsan?

— Yox, — dedi, — axı hər işdə həmrəy olacağıq.

Qapı döyüldü. Geyindim. Nino kürkə büründü. Başına yenicə yaşıl çalma bağlamış Seyid Mustafa içəri girdi. Arxasınca iki şahid. Yerdən oturdu. Kəmərindən içində mürəkkəb və qələm olan tunc bir qab çıxartdı. Qabın üstündə yazılmışdı: «Yalnız Allah rizası üçün». Bir parça kağızı sol ovcuna qoyub sığalladı. Sonra qələmi mürəkkəbə batırdı. İncə xətlə yazdı: «Acıyan və bağışlayan Allahın adından».

Sonra üzünü mənə tutdu:

— Adınız, cənab?

— Əli xan, Şirvanşir nəslindən Zəfər xanın oğlu.

— Dininiz?

— Müsəlman, şiə təriqətindən, İmam Cəfər məzhəbindən.

— İstəyiniz nədir?

— İstəyim bu qadını özümə övrət etməkdir.

— Adınız nədir, xanım?

— Prinses Nino Kipiani.

— Dininiz?

— Yunan-pravoslav.

— İstəyiniz nədir?

— Bu kişinin övrəti olmaq.

— Öz dininizdə qalmaq, yoxsa ərinizin dinini qəbul etmək fikrindəsiniz?

Nino tərəddüd etdi, sonra başını qaldırıb qətiyyətlə bildirdi:

— Öz dinimdə qalmaq fikrindəyəm.

Seyid yazdı. Kağız parçası ovcunda sürüşərək gözəl haşiyəli ərəb yazısı ilə doldu. Kəbin kağızı hazır oldu.

— Qol çəkin, — Seyid dilləndi.

Mən adımı kağızın altında yazdım.

— Mən hansı soyadımı yazmalıyam? — Nino soruşdu.

— Yeni soyadınızı.

O, qələmi bərk-bərk basıb yazdı:

— Nino xanım Şirvanşir.

İndi növbə şahidlərin idi. Seyid Mustafa adı yazılmış möhürünü çıxarıb kağıza basdı. Möhürdə gözəl kufi xətlə yazılmışdı: «Hafis Seyid Mustafa Məşədi, Aləmlər Rəbbinin qulu». Sənədi mənə verdi. Sonra məni qucaqlayıb farsca dedi:

— Mən yaxşı adam deyiləm, Əli xan. Ancaq Arsan ağa dedi ki, sən Ninosuz dağlarda məhv olacaqsan və içkiyə qurşanacaqsan. Bu da günahdır. Nino onu bura gətirməyimi xahiş etdi. Dediyi doğrudursa, onu sev. Doğru deyilsə, sabah öldürək.

— Artıq doğru deyil, Seyid Mustafa, amma bununla belə onu öldürməyəcəyik.

— Şaşqın-şaşqın baxıb güldü.

— Bir saatdan sonra həşiş qəlyanı təntənəli şəkildə dərəyə yuvarlandı.

— Bununla toy mərasimi bitdi.

— Gözlənilmədən həyat yenidən gözəlləşməyə başladı. Özü də həddən artıq. Mən yolla gedəndə kənd gülümsəyirdi, mən də ona təbəssümlə cavab verirdim, çünki xoşbəxt idim. Özümü çox gümrah hiss edirdim. İndiyəqədərkindən qat-qat çox. Bütün həyatımı can- başla burda, bu damlı həyətimizdə keçirərdim. Əynində alqırmızı şalax Dağıstan şalvarı olan incə ayaqlı Nino ilə birlikdə. Davranışında heç nə demirdi ki, auldakı digər qadınlardan fərqli yaşamağa, fərqli düşünməyə və fərqli hərəkət etməyə haçansa vərdiş- li olub.

— Kənddə heç kimin nökəri, qaravaşı yox idi, Nino da qa- ravaş tutmaqdan imtina etdi. Xörəyi özü hazırlayır, qonşu qadınlarla söhbət edir və kəndin xırda-xuruş dedi-qodularından mənə danışırdı.

Mən də at çapır, ova gedir, vurduğum heyvanı evə gətirir və Ninonun təxəyyülünün məhsulu olan, onun zövqüncə hazırlanmış əcaib xörəklərdən yeyirdim.

Gündəlik yaşamımız bu cür keçirdi. Səhər tezdən əlindəki saxsı bardaqla Ninonun bulağa ayaqyalın getdiyinə baxırdım. Yaş ayaqlarını çıxıntılı daşlara ehtiyatla qoya-qoya geri qayıdırdı. Su bardağını sağ çiyninə alırdı. İncə əli var gücü ilə qabdan yapışırdı. Yalnız bir kərə, lap başlanğıcda büdrəyib bardağı yerə salmışdı. Bu rüsvayçılığa acı- acı göz yaşı tökmüşdü. Qonşu qadınlar ona təskinlik vermişdi. Kəndin digər qadınları ilə hər gün su gətirirdi. Onlar qaz yerişi ilə dağı üzüyuxarı qalxırdılar, mən də uzaqdan Ninonun yalın ayaqlarına və ciddiliklə düzünə dikilmiş baxışlarına göz atırdım. O mənə baxmırdı, mənim baxışlarıma da onun yanından ötüb keçirdi. Dağların qanununu Nino gələn kimi götürmüşdü. Heç vaxt, heç bir vəchlə başqalarının yanında öz sevgini büruzə verməmək. O, komaya girər, qapını bağlayar və bardağı yerə qoyardı. Sonra mənə su verərdi. Küncdən çörək, pendir və bal çıxarardı. Aul camaatı kimi biz də əllə yeyərdik. Yerdən oturardıq, Nino bardaşın çətin incəliklərini çox tez öyrənmişdi. Yeməkdən sonra barmaqlarını yalayardı, bu zaman ağ, parlaq dişləri görünərdi.

— Buranın adətinə görə, — deyərdi, — indi gərək sənin ayağını yuyam. Amma biz təkcə özümüz olduğumuzdan və mən bulağa gedib-gəldiyimə görə sən mənim ayağımı yuyacaqsan.

Onun ayaq adlandırdığı xırda, məzəli oyuncaqları suya salardım və ayaqlar suda çappıldayıb su dənələrini üzümə çırpardı. Sonra biz dam həyətinə gedərdik. Mən yastıqların üstündə, Nino da ayaq ucumda oturardı. Hərdən mahnı zümzümə edər, hərdən susardı, madonna sifətini mənə doğru çevirərək.

— Xoşbəxtsən, Əli xan? — Bir dəfə soruşdu.

— Çox. Bəs sən? Bakıya getmək istəmirsən?

— Yox, — ciddi dedi, — göstərmək istəyirəm ki, mən də Asiya qadınlarının bacardığını bacara bilərəm: öz ərinin qulluğunda durmaq.

Neft çırağı sönəndə Nino yanımda uzanıb gözlərini qaranlığa dikər və müşahidələrini dilə gətirərdi: qoyun ətinin qızartmasına bu qədər sarımsaq qatmağa doğrudanmı lüzum var; şair Rustavelinin kraliça Tamarla yaxın münasibəti olubmu; birdən bu kənddə dişi ağrısa, nə edər; qonşu qadın dünən ərini süpürgə ilə niyə döyüb, görəsən.

Həyatın o qədər bilməcələri var ki, — qayğılı-qayğılı dillənib yuxuya gedərdi. Gecə yuxudan durar, dirsəyimə toxunub vüqar və təntənə ilə mızıldanardı: — Mən Ninoyam, — sonra təzədən yuxuya gedərdi, mən də çiyinlərini yorğanla örtərdim.

«Nino», düşünərdim, «əslində sən Dağıstanın bu kəndində yaşamaqdan daha yaxşı şeylərə layiqsən».

Bir dəfə yaxınlıqdakı Xunzax şəhərinə getdim. Mədəniyyət işartıları ilə geri döndüm: bir ədəd neft çırağı, bir ədəd saz, bir dənə qramofon və bir dənə ipək şal. Qram- mofonu görəndə Ninonun gözlərinə işıq gəldi. Təəssüf ki, o boyda Xunzaxda yalnız ikicə val tapa bildim. Biri dağlı rəqsi, biri də «Aida» operasından ariya. Onları növbə-növbə çaldırdıq, səslərini bir-birindən ayırmaq mümkün olmayana qədər.

Hərdən Bakıdan sızqa xəbərlər gəlirdi. Ninonun ata- anası yalvarırdı ki, hansısa sivil bir ölkəyə köçək, ya da hədələyirdilər ki, bizi xeyir-duadan məhrum edəcəklər. Ninonun atası cəmi bircə kərə yanımıza gəldi. Qızının komasını görəndə cin atına mindi.

— Allahı sevərsiz, indicə çıxıb-gedin. Bu xarabalıqda Nino xəstəlik tapar.

— Mən heç vaxt indiki kimi sağlam olmamışam, ata, — Nino dilləndi, — gedə bilmərik. Mən bu tezliklə dul qalmaq istəmirəm.

— Axı Naxararyanların əli çatmadığı neytral ölkələr də var. Məsələn, İspaniya.

— Amma, ata, İspaniyaya indi necə getmək olar?

— İsveç üzərindən.

— Mən İsveç üzərindən getmərəm, — Nino hirslə cavab qaytardı. Knyaz çıxıb-getdi və hər ay pal-paltar, şirniyyat və kitab göndərdi. Nino kitabların bir hissəsini özündə saxlayıb qalanını yerlilərə bağışladı. Bir gün atam da gəldi. Nino onu hürkək təbəssümlə qarşıladı. Məktəbdə bir neçə məchulu olan tənliyin qarşısında da belə gülümsəyirdi. Tənlik tez həll olundu:

— Sən xörək bişirirsən?

— Bəli.

— Su da gətirirsən?

— Bəli.

— Yoldan gəlmişəm, yorğunam, ayağımı yuya bilərdinmi? Nino ləyən gətirib onun ayaqlarını yudu.

— Sağ ol, — deyib atam əlini cibinə saldı. Çəhrayı incili uzun bir boyunbağı çıxarıb Ninonun boynundan asdı. Sonra çörəyini yeyib axırda hökmünü verdi:

— Yaxşı arvadın var, Əli xan, ancaq aşpaz kimi bir şeyə yaramır. Sənə Bakıdan aşpaz göndərəcəm.

— Lütfən etməyin, — Nino özündən asılı olmayaraq səsini qaldırdı, — ərimə özüm qulluq etmək istəyirəm.

Kişi güldü və sonralar şəhərdən iri brilyantlı bir cüt sırğa göndərdi.

Kəndimizdə dinclik hökm sürürdü. Yalnız bircə kərə Qazi Molla qaça-qaça gözlənilməz bir xəbər gətirdi: kəndin qırağında yad bir adam tutublar. Deyəsən, ermənidir, silahlı. Kənd bir-birinə dəydi. Mən aulun qonağı idim. Mənim ölümüm hər bir kəndçinin şərəfinin əbədi tapdanışı olardı. Kişiyə baxmaq üçün mən də evdən çıxdım. Erməni idi. Amma heç kim onun Naxararyanlardan biri olub-olma- dığını bilmirdi. Kənd ağsaqqalları gəldilər, məşvərət keçirib hökmlərini çıxartdılar: kişini əzişdirib kənddən qovmaq. Naxararyanlardan biri olardısa, bu, başqaları üçün xəbərdarlıq olardı. Onlardan biri olmazdısa, Allah kəndçilərin xoş niyyətini bəyənib onların günahından keçərdi.

Hardasa başqa bir planetdə müharibə tüğyan edirdi. Bizim ondan xəbərimiz yox idi. Dağlara Şamil çağlarının nağılları hakim kəsilmişdi. Müharibə barədə məlumatlar bizə gəlib-çatmırdı. Hərdən dostlar qəzet göndərirdi. Mən heç vaxt onları oxumazdım.

— Dünyada müharibənin olduğunu hələ unutmamısan ki? — Bir dəfə Nino soruşdu.

Güldüm:

— Doğrudan da, Nino, az qala unutmuşam.

Xeyr, bundan gözəl həyat ola bilməzdi, lap bu, keçmişlə gələcək arasında bir oyun olmuş olsa belə. Allah-taalanın Əli xan Şirvanşirə təsadüfi armağanı.

Bu vaxt bir məktub gəldi, qan-tər içində üzən atın belində çaparaq gəlmiş bir atlının gətirdiyi məktub. Nə atamdan, nə də Seyiddən. Məktubun üstündə «Arslan ağadan Əli xana» yazılmışdı.

— Nə istəyir? — Nino heyrətlə soruşdu. Çapar dedi.

— Yolda Sizə çoxlu poçt var. Arslan ağa mənə xeyli pul verdi ki, xəbəri birinci ondan öyrənəsiniz.

«Auldakı həyat başa çatdı», düşünüb məktubu açdım. Oxudum:

* * *

«Allahın adından. Səni salamlayıram, Əli xan. Kefin- əhvalın necədir, atlarının, xanımının, qoyunlarının və səninlə olan insanların? Mənim özümün də, atlarımın, arvadımın və adamlarımın əhvalı yaxşıdır. Bil: şəhərimizdə böyük-böyük işlər olub. Dustaqlar həbsxanadan çıxıb, indi şəhərin küçələrini dolaşırlar. Qulağıma gəlir ki, soruşursan: «Bəs polis hara baxır?» Amma bil: polis indi əvvəllər dustaqların oturduğu yerdə oturur. Dəniz kənarındakı dus- taqxanada. Bəs əsgərlər? Əsgər-zad yoxdur. Görürəm, dostum, başını bulayıb öz-özünə deyirsən ki, necə olur, qubernator belə şeylərə yol verir. Onda xəbərin olsun: Ağıllı qubernatorumuz dünən qaçıb aradan çıxdı. Bu cür pis adamlara rəhbər olmaqdan bezdi. Bir neçə şalvarını və bir dənə də köhnə papağını şəhərdə qoyub əkildi. İndi gülürsən, Əli xan, özü də fikirləşirsən ki, yalan danışıram. Heyrətlən, dostum, yalan demirəm. Görürəm, soruşursan: «Yaxşı, niyə çar yeni polis və yeni qubernator göndərmir?» Onda bil: Daha çar-mar yoxdur. Ümumiyyətlə daha heç nə yoxdur. Hələ özüm də bilmirəm, bütün bunlara nə ad qoyaq, amma dünən məktəb direktorumuzu əməllicə əzişdirdik, heç kəs də bizə mane olmadı. Mən sənin dostunam, Əli xan, ona görə də istəyirəm, bunu birinci məndən öyrənəsən, baxmayaraq bugün bu şəhərdən çoxları sənə yazır. Onda xəbərin olsun: Naxararyanların hamısı öz yurdlarına dönüb, daha polis də yoxdur. Salamat qal, Əli xan. Dostun və nökərin Arslan ağa».

Başımı qaldırıb baxdım. Nino birdən-birə saralmışdı.

— Əli xan, — dedi və səsi titrədi, — yol açıqdır, gedirik, gedirik, gedirik!

Görünməmiş bir ekstaz içində yalnız bu kəlməni təkrarlayırdı. Boynuma sarılıb hıçqırdı. Yalın ayaqları səbirsizliklə həyətin qumunu eşələyirdi.

— Hə, Nino, əlbəttə gedirik.

Həm şən, həm də qəmli idim. Dağlar çılpaq qayaların sarımtıl əzəmətində alışıb-yanırdı. Komalar arı səbətlərinə bənzəyirdi və kiçik minarə özünün lal xəbərdarlığında adama gəl-gəl deyirdi.

Auldakı həyata son qoyulmuşdu…

SONU VAR