Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır. Bu fəsil sonuncudur.
OTUZUNCU FƏSİL
Gəncənin böyük məscidinin divarı yanında oturmuşam. Şorba kasası qabağındadır və əzalarından yorğunluq yağan əsgərlər həyətdə uzanıb. Çay tərəfdən pulemyotların şaqqıltısı gəlir. Onların acıqlı ulartısı məscidin həyətinə dolur və Azərbaycan Respublikasının ömrünə cəmi bir neçə gün qalıb.
Böyük həyətin bir kənarında oturmuşam. Dəftərim qar- şımdadır və mən onu keçmişi bir daha tutub saxlamalı olan ütələk sətirlərlə doldururam.
O vaxt necə olmuşdu, səkkiz gün bundan qabaq, Gəncədəki balaca mehmanxana otağında?
— Ağlını itirmisən, — İlyas bəy dedi.
Gecə saat üç idi və Nino yan otaqda yatırdı.
— Ağlını itirmisən, — İlyas bəy təkrarladı.
Mən masanın arxasında oturmuşdum və İlyas bəyin fikri mənim üçün yer üzündə ən önəmsiz bir şey idi:
— Mən burda qalıram. Könüllülər gəlir. Biz döyüşəcəyik. Öz ölkəmdən qaçan deyiləm.
Astadan danışırdım, yuxudakı kimi. İlyas bəy ayaq saxlayıb qəmli-qəmli, höcət-höcət mənə baxdı.
— Əli xan, biz məktəbə birlikdə getmişik və böyük tənəffüsdə ruslarla əlbəyaxa olurduq. Sən Naxararyanın maşınının dalına düşəndə atımı sənin arxanca sürürdüm. Ninonu atımın tərkində evə mən gətirdim və biz Sisianaşvili alaqapısında bərabər vuruşduq. İndi isə çıxıb getməlisən. Nino- ya görə, özünə görə, bəlkə sənə haçansa bir daha ehtiyac duyacaq bu torpağa görə.
— Sən qalırsan, İlyas bəy, mən də qalıram.
— Mən qalıram ona görə ki, əsgərlərə başçılıq etməli və iki zəfər yürüşündən qazandığım təcrübəni bu ölkəyə verməliyəm. Sənsə İrana get, Əli xan.
— Mən nə İrana, nə də Avropaya gedə bilərəm. Pəncərəyə yaxınlaşdım. Aşağıda lopalar yanır və dəmir cingildəyirdi.
— Əli xan, respublikamızın cəmi bir həftəlik ömrü qalıb.
Etinasızlıqla baş endirdim. Pəncərənin qabağından insanlar ötüb- keçirdi və mən onların əlində silah görürdüm.
Yan otaqda addım səsləri eşidib üzümü ora çevirdim. Nino gözlərindən yuxu tökülərək qapıda dayanmışdı.
— Nino, — dedim, — Tiflisə axırıncı qatar iki saatdan sonra yola düşür.
— Elədir, gedək, Əli xan.
— Yox, uşaqla sən gedirsən. Mən sonradan gələrəm. Mən hələ burda qalmalıyam. Amma gərək sən gedəsən. İndi vəziyyət o vaxt Bakıda olduğu kimi deyil. Hər şey dəyişib və sən burda qala bilməzsən. Nino, indi sənin uşağın var.
Mən danışırdım, bayırda lopalar yanırdı və İlyas bəy başını aşağı salıb otağın küncündə dayanmışdı.
Yuxu Ninonun gözlərindən çəkildi. Ağır-ağır pəncərəyə gedib çölə baxdı. İlyasa nəzər saldı və İlyas onun baxışından yayındı. Nino otağın ortasına gəlib başını yana əydi:
— Körpəmiz, — dedi, — sən də bizimlə getmək istəmirsən?
— Bacarmaram, Nino.
— Ulu baban Gəncə körpüsündə həlak oldu. Bunu mər tarix fənni üzrə buraxılış imtahanından bilirəm.
Nino qəfil bir fəryadla yerə çökdü, yaralı heyvan ölürrı ayağında olduğu kimi. Gözlərindən yaş çıxmırdı, bədən titrəyirdi. Səsi otağı başına götürmüşdü və İlyas özünü bayıra atdı.
— Arxanca gələcəm axı, Nino. Mütləq gələcəm, bir-ik; günə.
Səsini kəsmək bilmirdi və insanlar aşağıda ölməkdə olan respublika haqqında tükürpədici mahnı oxuyurdu.
Nino qəflətən səsini kəsib donuq gözləri ilə irəliyə baxdı. Sonra yerindən qalxdı. Çamadanı götürdüm. Bələkdəki körpə qucağımda idi və biz dinmədən mehmanxananın pillələri ilə aşağı endik. İlyas bəy arabada gözləyirdi. İnsanlarla dolu küçələrlə vağzala getdik.
— Üç, dörd gün, Nino, — İlyas deyirdi, — yalnız üç, dörd gün və Əli xan yanınızdadır.
— Bilirəm, — Nino sakitcə başını tərpətdi. — Əvvəlcə Tiflisdə qalarıq, sonra da Parisə gedərik. Bağlı-bağatlı bir ev alarıq və o biri uşağımız oğlan olacaq.
— Elə olacaq, Nino, necə demisən elə.
Səsim aydın və inandırıcı çıxdı. Nino əlimi sıxıb uzaqlara baxdı.
Relslər uzun ilanlara bənzəyirdi və qatar hirsli əjdaha kimi qaranlıqdan çıxdı.
Nino məni ötəri öpdü.
— Sağlıqla qal, Əli xan. Üç gündən sonra görüşərik.
— Əlbəttə, Nino, sonra da Parisə.
Gülümsədi, gözləri ipək kimi yumşaq idi. Quruyub vağzalda qaldım, tərpənməyə gücüm çatmadı, sanki quru asfalta mıxlanmışdım. İlyas bəy onu kupeyə apardı. Nino pəncərədən çölə baxdı, balaca, hürkək quş kimi kirmiş və itkin idi.
Şəhərə qayıtdıq. Bir neçə gün ömrü qalmış respublikamızı düşündüm.
Səhər açılırdı və şəhər silah anbarını xatırladırdı. Kəndlilər hər yandan axışıb gəlir və gizli saxladıqları pulemyot və sursatı özləri ilə gətirirdi. Çayın o biri sahilində, erməni məhəlləsində tək-tük atəş açılırdı. O üz, demək olar, Rusiya idi. Qırmızıların süvari qoşunu axıb ölkəyə yayılmışdı və şəhərdə tutaş qaşlı, qartalburun, çuxurgöz bir kişi peyda oldu: Şahzadə Mansur Mirzə Qacar. Onun kimliyini və hardan gəldiyini heç kəs bilmirdi. Şah soyu qacar lardan idi və papağında İranın Gümüşü Şiri bərq vururdu. Böyük Ağa Məhəmmədin varisinə xas bir özəlliklə rəhbərliyi əlinə aldı. Rus batalyonları Gəncəyə doğru yürüş edirdi və şəhər Bakıdan gələn qaçqınlarla dolmuşdu. Onlar güllələnmiş nazirlərdən, həbs olunmuş deputatlardan və daşa bağlanıb Xəzər dənizinin dərinliklərinə atılan cəsədlərdən danışırdı.
«Təzə Pir məscidini kluba çevriblər və Seyid Mustafa qala divarının yanında namaz qılmaq istəyəndə ruslar onu əzişdirdi. Kişini bərk-bərk bağlayıb ağzına donuz əti soxdular. Sonradan o, İrana, Məşhəddəki əmisinin yanına qaçdı. Atasını isə ruslar öldürdü».
Bu xəbəri gətirən Arslan ağa qarşımda dayanmışdı və camaata payladığım silahlara baxırdı.
— Mən də döyüşmək istəyirəm, Əli xan.
— Sən?! Sən, əli mürəkkəbli donuzcuq?
— Mən donuzcuq deyiləm, Əli xan. Mən də hər kəs kimi torpağımı sevirəm. Atam Tiflisə qaçıb. Mənə silah ver.
Üz-gözündə ciddilik vardı, gözləri səyriyirdi.
Ona silah verdim və o, körpünün üstünə apardığım dəstəyə qoşulub addımladı. Rus əsgərləri körpünün o üzündəki küçələri tutmuşdu. Biz yaxın döyüşdə üz-üzə gəldik, günəşli günortanın tozu içində. Enli sifətlər, bərq vuran üçkünc nizələr gözümdən yayınmadı. Çılğın bir hirs məni bürüdü.
— İrəli! — Kimsə qışqırdı və biz nizələri endirdik. Qanla tər bir-birinə qarışdı. Tüfəngin qundağını qaldırdım, güllə çiynimi silib- keçdi. Rusun kəlləsi qundağın zərbəsindən paran-parça oldu. Bozumtul beyin küçənin tozuna qarışdı. Siyirmə qılıncla başqa bir düşmənin üstünə atıldım və bu zaman Arslan ağanın qılıncı rus əsgərinin gözünə soxduğunu gördüm.
Uzaqdan təbilin metal cingiltisi eşidildi. Tinin birində uzanıb erməni evlərinə doğru kor-koranə atəş açırdıq. Gecə sürünüb geri körpüyə qayıtdıq və İlyas bəy burda oturub pulemyotları yerləşdirdi. Məscidin lıoyotiım qutdik v« ul duzların gəyənliyində İlyas mənə uşaq vaxtı bir dəfə dənizdə çimməyindən, bu zaman burulğanın onu qoynuna alıb aparmasından və az qala boğulacağından danışdı. Sonra biz duru xörəyimizi qaşıqladıq, şaftalı yedik, Arslan ağa da qarşımızda çöməlmişdi və tökülmüş dişlərinin yeri qanayırdı. Gecə yanıma süründü, bütün bədəni əsim-əsim əsirdi.
— Qorxuram, Əli xan, çünki qorxağam.
— Onda silahı qoy yerə, üzünü tut bu çöllərlə Pula çayı na, Gürcüstana.
— Bacarmaram, döyüşmək istəyirəm, çünki hər kəs kimi mən də öz ölkəmi sevirəm, lap qorxağın biri olsam da.
Susdum, yenidən səhər açıldı. Uzaqdan silahlar guruldadı, İlyas bəy qacarlar soyunun şahzadəsi ilə yanaşı əlindəki səhra drubini ilə minarədə dayanmışdı. Şeypur fəryadla, çağırışla səsləndi, minarədə bayraq dalğalandı və kimsə Turan səltənətinin nəğməsini oxumağa başladı.
Müəllif Ömər Xəyyamı əsərdə Omar der Zeltmacher kimi verir. Xəyyam təxəllüsünün «xeyme» («dəyə») ismindən olduğunu bilən və «xəyyam» sözünü «xeyməçi» («dəyəçi») anlammda işlətmiş müəllifin «etimoloji dəqiqliyini» gözləmək xatirinə biz də Ömər Dəyəçi deyimini saxlamağa üstünlük verdik.
— Bəzi şeylər eşitmişəm, — gözlərindən kədər yağan, üz- gözündən doyunca ağladığı hiss olunan bir kişi dilləndi. — İranda bir kişi payda olub, adı Rzadır, əsgərləri başına toplayıb düşmənləri qovur. Kamal Ankarada oturub. Ətrafına qoşun yığılıb. Biz havayı vuruşmuruq. İyirmibeş min adam yardımımıza gəlir.
— Yox, — dedim, — iyirmibeş min yox, ikiyüzəlli milyon. Bütün dünyanın müsəlmanları. Amma yalnız o bir Allah bilir ki, onlar vaxtında gəlib çatacaqlarmı.
Körpüyə yollandım. Pulemyotun arxasına keçdim, patron darağı barmaqlarımın arasından şütüyüb keçirdi, sanki təsbeh idi. Arslan ağa yanımda oturub qonşuma patron darağı verirdi. Sifəti ağarmışdı və gülümsəyirdi. Rus cəbhəsində tərpəniş duyuldu, pulemyotum dəlicəsinə şaqqıldadı. O üzdə şeypur hücuma səslədi. Hardasa erməni evlərinin arxasından Budyonnı marşının sədaları gəldi. Aşağı boylandım və quru, nəhəng çay yatağını gördüm. Ruslar meydan boyu qaçır, yerə yatır, nişan alıb atəş açırdılar və onların güllələri körpünü silib-keçirdi. Mən çılğın bir atəşlə cavab verirdim. Ruslar marionetlər kimi yerə sərilir və hər dəfə arxalarınca yeni sıralar peyda olurdu ki, onlar da körpüyə can atır və çay sahilindəki torpağı qucurdular. Onların sayı minlərcə idi və tənha pulemyotun şaqqıltısı Gəncə körpüsündə gücsüz səslənirdi.
Arslan ağa qışqırdı, ucadan və fəryadlı, körpə bir uşaq kimi. Gözümü qıyıb o tərəfə baxdım. Arslan körpünün üstündə uzanmışdı və açılmış ağzından qan axırdı. Pulemyotun düyməsini basdım. Atəş yağışı rusların üstünə ələndi və şeypur yenidən hücuma səslədi.
Papağım çayın içinə düşdü, ya güllə dəymişdi, ya da sifətimə döyəcləyən külək alıb aparmışdı.
Yaxalığımı, sonra da sinəmi açdım, mənimlə düşmən arasında Arslan ağa uzanmışdı. Demək adam qorxaq olarmış, amma bununla belə vətən yolunda qəhrəman kimi ölərmiş.
O üzdə şeypur geri çəkilməyə çağırdı, pulemyot susdu və tər içində, ac-susuz körpüdə oturub əvəz olunmamı gözlədim.
Əvəz də gəldi: ağır, pəndəm insanlar Arslanın cəsədini pulemyotun qabağına çəkdilər. Mən şəhərə yollandım.
İndi oturmuşam burda, məscid divarının kölgəsində və şorbamı qaşıqlayıram. Orda, məscidin girəcəyində şahzadə Mansur dayanıb və İlyas bəy xəritənin üstünə əyilir. Ağır bir yorğunluq məni bürüyür. Bir neçə saatdan sonra yenə körpüdə olacam və Azərbaycan Respublikasının ömrünə az qalıb.
Yetər. Yatmaq istəyirəm, şeypur məni sahilində babam İbrahim Xan Şirvanşir xalqın azadlığı yolunda canını qoyduğu çaya səsləyənə qədər…
Əli xan Şirvanşir altıya onbeş dəqiqə işləmiş həlak oldu, Gəncə körpüsündə, pulemyotun arxasındakı postunda. Cəsədi quru çay yatağına düşdü. Onu gizlətmək üçün gecə aşağı endim. Ona səkkiz güllə dəymişdi. Bu dəftəri cibindən tapdım. Allahın izni ilə onu həyat yoldaşına çatdıracam. Onu səhərin erkən çağında məscidin həyətində torpağa tapşırdıq, ruslar son hücuma keçməzdən azca əvvəl. Respublikamızın ömrü Əli xan Şirvanşirin həyatı kimi sona yetdi.
Rotmister İlyas bəy, Bakı ətrafındak Binəqədi
kəndindən Zeynal ağanın oğlu
SON.