“ƏLİ və NİNO” ( roman, XXVl-XXVll FƏSILLƏR) QURBAN SƏİD

Qurban Səid (M.Əsəd Bəy)

Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır.

 

İYİRMİALTINCI FƏSİL

Divanın üstündə oturmuşduq, fil sümüyündən daşları olan, sədəflə bəzədilmiş nərd də aramızda. Ninoya İran nərd oyununu öyrətmişdim, o vaxtdan biz tümənə sırğaya, ömişə və gələcək uşaqlarımızın adına oynayırdıq. Nino uduzurdu, borcunu ödəyib yenidən oynayırdı. Gərginlikdən gözlərinə işıq gəlirdi və barmaqları fil sümüyündən düzəldilmiş daşlara elə toxunurdu ki, sanki onlar ən bahalı zinət əşyaları idi.

— Məni məhv edəcəksən, Əli, — yenicə udduğum səkkiz gümüş tüməni mənə verəndə köksünü ötürüb dedi.

Nərdtaxtanı qırağa itələdim, Ninonun başını dizimin üstünə qoyub fikirli-fikirli tavana baxdım və xəyala daldım. Gözəl gün idi, çünki Nino ürəyincə olan intiqam hissindən məstləşmişdi. Hadisə belə olmuşdu.

Hələ səhər tezdən ev ah-ufla doldu. Ninonun düşməni Yahyaqulu şişmiş yanaqları və əyiş-üyüş sirsifəti ilə içəri girdi.

— Diş ağrısı, — deyib üz-gözünü elə turşutdu ki, elə bil canına qəsd etmək istəyirdi. Ninonun gözlərində zəfər və şənlik oynadı. Xacəni pəncərənin qabağına aparıb onun ağzına baxdı və alnını düyünlədi. Sonra fikirli-fikirli başını buladı. Möhkəm bir sap götürüb onu Yahyaqulunun xəstə dişinə bağladı. İpin o biri ucunu açıq qapının dəstəyinə bərkitdi.

— Belə, — deyib qapıya doğru qaçdı və var gücü ilə onu örtdü. İliyə işləyən bir bağırtı və xacə qorxu içində yerə sərilib qapının dəstəyində gözəlcə qövs cızan dişə baxdı.

— Ona de ki, Əli xan, dişi sağ əlin başala barmağı ilə tə- mizləyəndə bax bu cür olur.

Sözbəsöz tərcümə etdim və Yahyaqulu dişi yerdən qaldırdı.

Ancaq Ninonun intiqam həvəsi bununla sakitləşmədi.

— Ona de ki, Əli xan, hələ gec sağalacaq. Yerinə girib altı saat üzünə isti bağlama qoysun. Və ən azı düz bir həftə şirniyyat yeməsin.

Yahyaqulu baş endirib getdi, ağrıdan azad olmuş və şaşqın.

— Ayıb deyil, Nino, — dedim, — yazığın birini son sevincdən də məhrum etmək?!

 

— Ona haqq olur, — Nino ürəyi daşlaşmış adamlar kimi cavab verib nərdtaxtanı gətirdi. Oyunu uduzduğuna görə ədalət qismən bərpa olundu.

İndi o, tavana baxır və barmaqları çənəmi sığallayırdı:

— Bakı haçan azad olacaq, Əli.

— İki həftə çəkər.

— Ondörd gün, — köksünü ötürdü, — Bakı və türklərin gəlişi üçün darıxmışam, bilirsən, hər şey elə dəyişib ki. Sən özünü burda rahat hiss etdiyin halda mən hər gün təhqir olunuram.

— Necə təhqir olunursan.

— Aləm məni müzakirə edir, bahalı, kövrək bir əşya kimi. Nə qədər bahalı olduğumu bilmirəm, amma nə kövrəyəm, nə də əşya. Dağıstanı yada sal! Orda hər şey başqa cür idi. Yox, bura xoşuma gəlmir. Bakı tezliklə azad olmasa, gərək harasa köçək. Mən bu ölkənin fəxr etdiyi şairlər barədə heç nə bilmirəm, amma onu bilirəm ki, Hüseynin təziyəsində insanlar sinə cırır, xəncərlə başlarını yarır və dəmir zəncirlə kürəklərinə döyür. Bu şəbihdə iştirak etməmək üçün avropalıların çoxu bugün şəhəri tərk edir. Bunların hamısı ürəyimi bulandırır. Mən burda özümü hər an üstümə aşa biləcək hərkiliyin qoynuna atılmış sayıram.

İncə sifəti üzümə zilləndi. Gözləri indiyə qədər bu cür çuxura düşüb torlanmamışdı. Göz gilələri genişlənmişdi,

baxışı mülayim idi və öz içinə yönəlmişdi. Yalnız gözləri hamiləliyindən xəbər verirdi.

— Qorxursan, Nino?

— Nədən? — Səsində birbaşa heyrət vardı.

— Qadınlar var, qorxurlar.

— Yox, — ciddi dilləndi, — qorxmuram. Siçandan, krokodil- dən, imtahandan və xacədən qorxuram. Ancaq ondan qorxmuram. Belə olsaydı, qışda zökəmdən də qorxardım.

Onun sərin göz qapaqlarından öpdüm. Ayağa qalxıb saçlarını geriyə sığalladı.

— İndi ata-anamın yanına gedirəm, Əli xan.

Başımla razılıq verdim, baxmayaraq dəqiq bilirdim ki, Kipianilərin kiçik villasında hərəmxananın heç bir qaydasına əməl olunmur. Knyaz gürcü dostlarını və avropalı diplomatları qəbul edirdi. Nino çay içir, ingilis bişisi yeyir və holland konsulu ilə Ruben

 

və şərq qadınlarının problemləri barədə söhbət edirdi. Getdi, mən də həyətdən çıxan cilalı’ pəncərəli faytonun arxasınca baxdım.

Tək qaldım və yaşıl bayraqlar barədə, bir də məni vətəndən ayıran əlvan kağızların xırda bükümü haqqında düşündüm. Otaq toranlı idi. Ninonun vurduğu ətrin xoş iyi divanın yumşaq balınclarına ilişib-qalmışdı. Döşəməyə çökdüm, təsbehi əlimə götürdüm. Gümüşü Şir divarda qürrələnirdi. Başımı qaldırıb ona baxdım. Gümüş xəncər əzəmətlə bərq vururdu. Məni zəif bir bayıltı hissi çulğadı. Xalq Gəncə çöllərində qan axıtdığı məqamda Gümüşü Şirin qorqulu kölgəsində oturmaq xəcalətli idi. Mən də bahalı, qorunan, kövrək bir əşya idim. Haçansa dəbdəbəli bir saray titulunu qəbul etməyə, səlis klassik dildə səlis duyğuları dilə gətirməyə hazırlaşan bir Şirvanşir. Bu arada isə xalqım Gəncə düzənliyində öz qanını axıdırdı. Məni dərin bir ümidsizlik bürüdü. Gümüşü Şir divardan diş ağardırdı. Araz üzərindəki sınır körpüsü bağlanmışdı və İran məmləkətindən Ninonun qəlbinə yol yox idi.

— Əsəbi-əsəbi təsbeh çevirirdim. Təsbehin ipi sındı, sarı daşlar döşəməyə diyirləndi.

— Uzaqdan tamburun küt zərbələri səsləndi, Gözəgörünməz xəbərdarlıq nişanəsi kimi hədələyərək və çağıraraq. Pəncərəyə yanaşdım. Küçə toz-duman içindəydi və istidən od tutub yanırdı. Günəş Şimranın başı üstündə şaquli dayanmışdı. Nağara səsləri get- gedə yaxınlaşırdı və onun ahəngi min kərə təkrarlanan kiçik qışqırtılarla müşayiət olunurdu: «Şaxsey, Vaxsey — Şah Hüseyn, Vay Hüseyn».

— İnsan axını tinə yaxınlaşdı. Ağır qızıllarla bəzədilmiş üç möhtəşəm bayrağı güclü əllər kütlənin başı üstündə daşıyırdı. Birinin üstündə iri qızıl hərflərlə Allahın yer üzündəki vəlisi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara ipək üzündə açılmış sol əlin, Peyğəmbərin qızı Fatimənin əlinin enli cizgiləri ifadə olunmuşdu — həm xeyir-dua verərək, həm də rədd edərək. Üçüncü bayrağın üstündə sanki göylərin üzünə pərdə çəkən hərflərlə bircə söz yazılmışdı: «Hüseyn», Peyğəmbərin nəvəsi, şəhid və xilaskar.

Kütlə küçə ilə ağır-ağır yeriyirdi. Öndə də qara yas paltarında, açıq kürəklə və əllərində ağır zəncir olan mömin tövbəçilər. Təbilin ahəngində onlar əllərini qaldırır və zəncirlər qansızan, qızarmış kürəklərə çırpılırdı. Onların arxasınca geniş yarım çevrədə — həmişə də iki addım irəliyə, bir addım geriyə ataraq — enlikürək kişilər

 

gedirdi. Onların xırıltılı boğuq səsi küçəyə yayılırdı: «Şaxsey … Vaxsey» və hər qışqırtıda düyünlənmiş yumruqlar sərlə, gumbultu ilə tüklü, çılpaq sinələrə çırpılırdı. Peyğəmbərin xələfləri öz silklərinin yaşıl kəmərində başlarını aşağı salıb onların ardınca yeriyirdi. Onlardan sonra isə əllərində uzun xəncər tutmuş, ağ kəfənə bürünmüş qırxıqbaş məhərrəm şəhidləri. Sifətləri tutqun, qapalı idi, başqa bir aləmə qapılmış kimi. «Şaxsey … Vaxsey». Xəncərlər bərq vurub qırxılmış kəllələrə endi. Şəhidlərin paltarını qan bələdi. Onlardan biri təngildədi və qaçıb özünü yetirən dostları tərəfindən camaatın içindən çıxarılıb-aparıldı. Onun dodaqlarında xoşbəxt bir təbəssüm oynadı.

Pəncərənin qabağında dayanmışdım. İndiyə qədər tanımadığım bir hiss məni bürüdü. Çağırış xəbərdarlıq kimi qəlbimə doldu, fəda ehtirası məni çulğadı. Küçənin toz-tor- pağı içində qan damlaları gördüm və təbil çəkici və özgür səslənirdi. Gözəgörünməzin sirri, xilasın rəhminə aparan iztirabın yolu bu idi. Dodaqlarımı bir-birinə sıxdım. Pəncərənin yanovundan bərk-bərk yapışdım. Hüseynin bayrağı yanımdan ötüb keçdi. Fatimənin əlini gördüm və ətrafımda gözə görünən hər şey itib-getdi. Təbilin boğuq səsini bir də eşitdim, vəhşi bağırtıların ahəngdar səslənişi içimə doldu və qəfildən özüm də bu axının bir parçasına çevrildim. Enlikürək insanların dairəsində addımladım və yumulmuş yumruqlarım açılmış sinəmə çırpıldı. Sonralar məscidin sərin qaranlığını yörəmdə duyub, imamın fəryadlı çağrışını eşitdim. Kimsə əlimə ağır bir zəncir verdi və mən kürəyim- də yandırıcı bir ağrı duydum. Saatlar keçib getdi. Qarşımda enli bir meydan uzanırdı və boğazımdan fəryadlı, vəhşi, qədim qışqırtı çıxdı:

«Şaxsey … Vaxsey», Qarşımda sir-sifəti əyilmiş bir dərviş dayandı. Saralmış dəridən qabırğaları aydın sezilirdi. Dua edənlərin gözləri donuqlaşmışdı. Onlar mahnı oxuyurdular və çulu qana bulaşmış bir at meydan boyu gedirdi. Şəyird Hüseynin atı. Yorğunsifət dərviş qışqırdı, ucadan və səsini uzadaraq. Onun gümüş camı yana uçdu və dərviş özünü atın ayaqları altına atdı. Yerimdə təngildədim. Düyünlənmiş yumruqlar açıq sinəyə çırpılırdı. «Şaxsey, Vaxsey».

 

Kütlə fəryad qopardı. Qana bulaşmış ağ paltarlı bir kişini darta-darta yanımdan apardılar. Uzaqdan saysız yanar lopalar gəlib məni qoynuna aldı. Məscidin həyətində oturmuşdum, yörəmdəki insanların başında uzun dəyirmi papaqlar, gözlərində isə yaş vardı. Kimsə şəyird Hüseyn barədə mərsiyə oxuyur və ağrıdan boğulurdu. Ayağa durdum. Camaat geriyə axışdı. Gecə sərin idi. Biz hökumət binalarının yanından keçib dirəklərdə qara bayraqlar gördük. Lopaların sonsuz sırası ulduzları əks etdirən çaya bənzəyirdi. Donub- qalmış insan fiqurları künc-bucağa boylandı. Konsulluqların darvazaları önündə parıltılı nizəli patrullar dayanmışdı. Evlərin damı insanla dolu idi. Toplar meydanında dəvə karvanı dua edənlərin yanından keçib-getdi. Fəryadlı çağırışlar səsləndi, qadınlar torpağa döşəndi və əzaları solğun ay işığında titrədi. Dəvələrin kəcavələrində müqəddəs şəyirdin ailəsi oturmuşdu. Onun arxasınca qara atın belində üzü zərakən zirehi ilə örtülü qəddar xəlifə Yezid, Müqəddəsin qatili. Meydan boyu daşlar atılır və xəlifənin zirehinə dəyirdi. O, atını çapıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Sabah orda Hüseynin şəbihi başlanmalı idi. Şah sarayının zümrüd darvazasında da dirəyin ortasından qara bayraqlar asılmışdı. Keşikdə dayanan bahadırlar yas libası geyinmişdilər və başlarını aşağı salıb dayanmışdılar. Şah gözə dəymirdi. O özünün Bağışah sarayında qərar tutmuşdu. Camaat Alə-ed-Davleh küçəsinə səpələnmişdi və mən ins- cins gözə dəyməyən qaranlığa qərq olmuş Toplar meydanında təklənib qalmışdım. Pas atmış topların lülələri etinasızlıqla mənə baxırdı. Bədənim min şallaqdan paran-parça olmuş kimi ağrıdırdı. Əlimlə kürəyimi yoxladım və iri bir qan ləkəsi hiss etdim. Başım gicəlləndi, meydanı keçib boş faytonlardan birinə yaxınlaşdım. Faytonçu məni süzdü, tam anlaqlı bir yanımcıllıqla.

— Biraz göyərçin peyini götürüb onu yağla qarışdır. Yaralarını onunla yağla. Çox kömək edir, — bilici adamlar kimi dilləndi. Yorğun-yorğun yumşaq oturacağa çökdüm.

— Şimrana, — bərkdən dedim, — Şirvanşirlər yurduna.

Faytonçu kələ-kötür yolla irəlilədi, hərdən yana çevrilib səsindəki heyranlıqla dedi:

 

— Deyəsən, çox mömin adamsan. Gələn dəfə mənim üçün də dua et. Çünki vaxtım yoxdur və işləməliyəm. Adım Zöhrab Yusufdur.

Ninonun yanağından yaş axırdı. Divanda oturmuşdu, əllərini ümidsizcəsinə çarpazlayıb ağlayırdı, üz-gözünü qapamadan. Cəhəngləri aşağı dartılmış, ağzı açılmış, yanağı ilə burnu arasında dərin çuxur yaranmışdı. Hıçqırırdı və incə bədəni titrəyirdi. Mən kəlmə də kəsmirdim. Onun kirpiklərindən dumduru göz yaşı axıb yanaqlarına tökülür və məsum sifətinə yayılırdı. Keçirdiyi iztirabın axınına qoşularaq qarşısında dayanmışdım. Yerindən tərpənmirdi, göz yaşını silmirdi, dodaqları küləkdə titrəyən payız yarpağı kimi əsirdi. Əllərini ovcumun içinə aldım. Əlləri soyuq, ölgün və yad idi. Nəmli gözlərindən öpdüm, anlaqsız-anlaqsız mənə baxdı.

— Nino, — bərkdən dedim, — Nino, nə olub sənə?

Əlini ağzına apardr ki, onu qapasın. Əlini bir də aşağı salanda dişlərinin izi əlinin arxasında aydınca göründü.

— Sənə nifrət edirəm, Əli xan. — Səsində dərin bir qorxu vardı.

— Sən xəstəsən, Nino!

— Yox, sənə nifrət edirəm.

Alt dodağını dişlərinin arasına aldı, gözləri xətrinə dəyilmiş uşağın gözlərinə bənzəyirdi. Dəhşət içində mənim cırıq-cırıq olmuş paltarıma, çılpaqlaşmış, qan sağılmış kürəyimə baxdı.

— Sənə nə olub, Nino?

— Sənə nifrət edirəm.

Divanın küncünə qısıldı, qıçlarını yuxarı dartıb çənəsini qatlanmış dizinin üstünə qoydu. Gözlərinin yaş leysanı birdən-birə qurudu. Qəmli, lal və yad gözlərlə məni süzdü.

— Neyləmişəm, Nino?

Mənə qəlbini göstərmisən, Əli xan. — Avazsız, astadan, yuxudakı kimi danışırdı. — Atamgildəydim. Çay içirdik və hollandiyalı konsul bizi evinə dəvət etmişdi. Evi Toplar meydanındadır. Bizə Şərqin ən vəhşi mərasimini göstərmək istədi. Pəncərənin qabağında dayanmışdıq və fanatiklər axını qarşımızdan keçib gedirdi. Təbil səslərini eşidib cod sifətlər görürdüm və halım xarablaşdı. «Girovlar orgiyası» deyib konsul pəncərəni bağladı, çünki küçədən tər və çirkab qoxusu gəlirdi. Birdən vəhşi qışqırtılar eşitdik. Bayıra baxıb

 

özünü atın ayaqları altına atan cındır bir dərviş gördük. Və sonra, sonra konsul əlini uzadıb heyrətlə dedi: «Bu ki…» Cümləni tamamlamadı. Mən onun barmağı səmtinə baxıb ağlını itirmiş kütlənin içində üst-başı cırıq- cırıq olmuş, sinəsinə döyən və zəncirlə kürəyini döyəcləyən yerli sakini gördüm. Həmin yerli sakin sən idin, Əli xan! Dırnaqlarımın ucuna qədər xəcalət çəkdim ki, sənin arvadınam, fanatik bir vəhşinin arvadı. Hər bir hərəkətini izlədim və konsulun yanımcıl baxışlarını duydum. Məncə biz sonra çay içdik, ya da xörək yedik. Burasını özüm də bilmirəm. Mən ayaq üstdə zorla dayandım, çünki birdən- birə bizi bir-birimizdən ayıran uçurumu gördüm. İmam Hüseyn bizim bəxtimizi tar-mar etdi, Əli xan. Xurafatçı yaba- nılar içində səni ən yabanı insan sayıram və bir daha səni ayrı gözlə görə bilmərəm.

Susdu. Oturmuşdu yerində, sınmış, iztirab çəkərək, çünki mən Gözəgörünməzdə vətənimi və dincliyimi tapmaq istəmişdim.

— Bəs indi nə olsun, Nino?

— Bilmirəm. Daha xoşbəxt ola bilmərik. Burdan getmək istəyirəm, harasa, Toplar meydanındakı ağılsızlığı görmədən yenidən sənin gözlərinin içinə baxa biləcəyim bir yerə. Burax gedim, Əli xan.

— Haraya, Nino?

— Eh, özüm də bilmirəm, — barmaqları yaralı kürəyimə toxundu, — niyə belə etdin?

— Sənə görə, Nino, fəqət sən bunu başa düşməyəcəksən.

— Yox, — pərişan dilləndi. — Getmək istəyirəm. Yorulmuşam, Əli xan. Asiya ürək bulandırır.

— Məni sevirsən?

— Hə, — şaşqın-şaşqın dillənib əllərini qoynuna qoydu. Onu qolumun üstünə alıb yataq otağına apardım. Soyundurdum və o, qızdırmalı qorxu içində qat-qarışıq kəlmələr işlətdi.

— Nino, — dedim, — bir-iki həftə də gözlə, sonra evə, Bakıya dönərik.

Yorğun-yorğun baş endirib gözlərini yumdu. Alayuxu içində əlimi əlinə alıb qabırğasına söykədi. Xeyli beləcə oturub ürəyinin döyüntüsünü ovcumda hiss etdim. Sonra soyunub yanına girdim.

 

Bədəni od tutub yanırdı və o, uşaq kimi sol böyrü üstə uzanmışdı, dizlərini yuxarı qatlayaraq və başını yorğanın altına soxaraq.

Yuxudan tez oyandı, üstümdən aşıb yan otağa getdi. Xeyli yuyundu, suyu şappıldatdı və məni içəri buraxmadı… Sonra çölə çıxdı və baxışından yayındı. Əlində sürtgüdolu bir piyalə vardı. Suçlu adamlar kimi kürəyimi yağladı.

— Kərək məni döyəydin, Əli xan, — ədəblə dilləndi.

— Bacarmazdım, bütün günü özüm-özümü döymüşdüm və gücüm tükənmişdi.

Sürtgümü qırağa qoydu və xacə çay gətirdi. Çayı ütə- lək-ütələk içib pərt-pərt bağa baxdı. Qəfildən gözlərini israrla gözlərimin içinə zilləyib dedi:

— Xeyri yoxdur, Əli xan. Sənə nifrət edirəm və nəqədər- ki İranda qalacağıq nifrət edəcəm. Dəyişə bilmərəm.

Ayağa qalxdıq, bağa gedib dinməz-söyləməz fəvvarənin yanında oturduq. Tovuz quşu qürrəli-qürrəli yanımızdan ötdü və atamın faytonu səs-küylə kişilər evinin həyətindən tərpəndi. Birdən Nino başını yana əyib hürkək-hür- kək dilləndi.

—  Mən xoşlamadığım ərlə də nərd oynaya bilərəm. Nərdtaxtanı gətirdim və biz qüssəli-qüssəli, şaşqın-

şaşqın oynadıq. Sonra yerdən uzandıq, fəvvarənin üstünə əyilib suda öz əksimizə baxdıq. Nino əlini soyuq suya saldı və sifətimiz kiçik dalğalardan əyildi.

— Qəm yemə, Əli xan. Mən sənə nifrət etmirəm. Bu yad məmləkətə və yad insanlara nifrət edirəm. Günahlardan keçilər o vaxt ki, biz evimizə dönərik, o vaxt ki…

Üzünü suyun səthinə söykədi, bir müddət beləcə qaldı və sonra başını qaldırdı. Yanağından və çənəsindən su damdı.

— Oğlan olacaq, amma hələ yeddi ay var, — sözünü tamamlayıb qürur və təmkinlə qabağa baxdı. Sifətini quruladım, soyuq yanağından öpdüm. Dodağı qaçdı.

Taleyimiz indi Azərbaycanın günəşdən qarşımış dü- zənliyindəki neft buruqlarının qoynunda yerləşən və düşmən tərəfindən zəbt olunmuş qədim Bakı şəhərinə doğru addımlayan alaylardan asılı idi.

Ucadan müqəddəs Hüseynin təziyəsinə çağıran təbilin səsi eşidilirdi. Ninonun əlindən tutdum, onu tələsik evə gətirib pəncərəni bağladım. Qramafonu və ən sərt iynələri çıxartdım. Sonra bir val

 

qoydum və dərin bas səsi qulaqları batıraraq Qunonun «Faust» operasından qızıl ariyanı oxudu. Bu, əlimizin altındakı ən ucadan səslənən val idi və Ni- no qorxa-qorxa mənə sarılanda Mefistonun əzəmətli başı təbilin boğuq zərbələrini və qədim çağırışı batırdı:

«Şax- sey… Vaxsey».

 

İYİRMİYEDDİNCİ FƏSİL

 

— İran payızının ilk günlərində Ənvərin ordusu Bakını tutdu. Xəbər bazarları, çayxanaları və nazirlikləri dolaşdı. Şəhərin son rus müdafiəçiləri, aclıq içində və öz adamları tərəfindən yolları kəsilərək, İran və Türküstanın limanlarına yan aldı. Onlar qədim sitadelin başı üstündə dalğalanan bəyaz ayparalı al bayraqdan danışırdı. Arslan ağa Tehranda türklərin yürüşü barədə Tehran qəzetlərində fantastik təsvirli yazılar çap etdirdi və əmim Əsəd əs- Səltənət həmin qəzetləri qadağan etdi, çünki o, türkləri xoşlamırdı və bununla ingilislərin xoşuna gələcəyini düşünürdü. Atam baş nazirin yanına getdi, o da uzun çək-çevirdən sonra Bakı ilə İran arasında gəmi bağlantısını yenidən bərpa etməyə icazə verdi. Biz Ənzəliyə yollandıq və «Nəsrəddin» buxar gəmisi azad olmuş vətənə dönən qovqunlar toplusunu göyərtəsinə aldı.

— Bakı limanında başlarında şiş dəri papaq olan enlikü- rək əsgərlər dayanmışdı. İlyas bəy qılıncını sivirib bizi salamladı, türk zabiti də yumşaq İstanbul türkcəsini yerli dia- lektimizin sərt səslənişinə uyğunlaşdırmağa çalışdığı bir salamlama müraciəti etdi. Biz viranələşmiş, qarət edilmiş evimizə getdik və Nino bir neçə həftəliyinə evdar qadına çevrildi. Dülgərlərlə danışdı, mebel mağazalarını gəzib dolaşdı və üz-gözündən işgüzarlıq yağaraq otaqlarımızın enini, uzununu ölçüb hesabladı. Arxitektorlarla gizli sövdələşmələr apardı və günlərin birində evimiz fəhlələrin tappıltısı, boya, taxta və çamır iyi ilə doldu.

— Bu məişət dolaşıqlığının mərkəzində Nino dayanırdı, alışıb yanaraq və öz cavabdehliyini tam dərk edərək, çünki o, mebel və divar kağızlarını seçməkdə tam sərbəst idi.

Axşamüstü utana-utana, xoşbəxtcəsinə dilləndi:

— Ninona hirslənmə, Əli xan. Çarpayı sifariş vermişəm, divan əvəzinə əsl çarpayı. Divar kağızları açıq rəngdə olacaq və xalçalar yerə döşənəcək. Uşaq otağı ağ boyanacaq. Burda hər şey İran hərəmxanasından fərqli olmalıdır.

Boynumu qucaqladı və üzünü üzümə sürtdü, çünki vicdan əzabı çəkirdi. Sonra başını yana əydi, nazik dili ilə dodaqlarını yalayıb onu ciddi-cəhdlə burnunun ucuna toxundurmağa çalışdı. Çətin işlərdə,

 

imtahan verərkən, həkimə gedərkən, ya da yas mərasimlərində həmişə belə edərdi. İmam Hüseynin təziyə mərasimi haqqında düşünüb razılığımı verdim, baxmayaraq xalçaları ayaq altına salmaq və Avropa masalarının arxasında oturmaq ağrılı fikir idi. Mənə qalan yalnız evin yastı damı və səhraya baxış idi. Damın dəyişdirilməsini Nino təklif etməmişdi.

Çamır, toz və taqqaturuq evi başına götürmüşdü. Atamla damda oturub başımı yana əymişdim, Nino kimi dilimlə dodaqlarımı yalayırdım və gözlərimdə günahın yuva saldığını hiss edirdim. Atamın baxışlarında kinayə vardı.

— Neyləmək olar, Əli xan. Ev işləri qadının sahəsidir. Nino İranda özünü yaxşı apardı, onun üçün ağır keçsə də. İndi növbə sənindir. Vaxtilə sənə dediklərimi unutma: Bakı avropalaşıb. Həmişəlik! Qapalı otaqların sərin qaranlığı və divardakı qırmızı xalçalar İrana aiddir.

— Bəs sən, ata?

— Mən də İrana aidəm, uşağının dünyaya gəlişini görən kimi ora da gedəcəm. Şimranda öz evimizdə yaşayacam, ağ divar kağızları və çarpayılar dəbə minənə qədər gözləyəcəm.

—  Mən burda qalmalıyam, ata. O, ciddiliklə başını tərpətdi:

— Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Mənə isə bu yeni bayraq, bu yeni şəhərin səs-küyü və şəhərimizin başının üstünü almış allahsızlığın qoxusu mane olur.

— Sakitcə qənşərinə baxdı və bu zaman birdən qardaşı Əsəd əs-Səltənətə bənzədi.

— Yaşlı kişiyəm, Əli xan. Bu yeniliklər ürəyimcə deyil. Sən burda qal. Gəncsən, cəsarətlisən, Azərbaycanın sənə ehtiyacı olacaq.

— Alatoranda şəhərimin küçələri ilə gəzişirdim. Küçələrin tinində türk patrulları dayanırdı, sərt və farağat, qayğısız baxışlarla. Zabitlərlə söhbət edirdim və onlar İstanbulun məscidlərindən, Tatlısuyun yay axşamlarından danışırdı. Keçmiş qubernatorluğun binasında yeni dövlətin bayrağı dalğalanırdı və parlament məktəbdə yerləşdirilmişdi. Qədim şəhər sanki maskalı bir həyat sürürdü. Vəkil Fətəlixan baş nazir idi və qərarlar, sərəncamlar, əmrlər verirdi. Şə- hərdəki rusların hamısını qırmaq istəyən həmin Əsədulla- nın qardaşı Mirzə Əsədulla Xarici İşlər naziri idi və qonşu ölkələrlə müqavilələr bağlayırdı. Dövlət müstəqilliyinin qeyri-adi duyğusu məni də çəkirdi

 

və mən birdən-birə yeni rəmzlərə, mundirlərə, idarəçiliyə və qanunlara vuruldum. Həyatımda ilk kərə özümü öz vətənimdə hiss etdim. Ruslar yanımdan qorxa-qorxa keçir və keçmiş müəllimlərim məni hörmətlə salamlayırdı.

Axşamlar klubda yerli havalar çalınırdı, papağı başdan çıxarmamaq olurdu və İlyas bəylə mən cəbhədən gəlib cəbhəyə gedən türk zabitlərinə qonaqlıqlar verirdik. Onlar Bağdadın mühasirəsindən və Sinay çöllərindəki səhra yürüşlərindən danışırdı. Tripolitaniyanın qum təpəliklərindən, Qallisiyanın palçıqlı yollarından və güney Anadolunun qar uçqunlarından söz açırdılar. Peyğəmbərin buyruqlarına baxmayaraq şampan içir və Ənvərdən, türkqanlı insanların biryerdə yaşayacağı Turan səltənətindən ağızdolusu danışırdılar. Tam heyranlıq və məftunluqla onların çənəsinin altını kəsdirirdim, çünki bunların hamısı unudulmaz, gözəl röya kimi qeyri-adi və dumanlı idi. Böyük parad günü şəhərin küçələrində hərbi musiqi səslənirdi. Paşa at belində sinəsi ulduzlarla bəzəkli cəbhəboyu gəzib yeni bayrağa salam verirdi. Vüqar və minnətdarlıq bizi çulğamışdı, sünnilərlə şiələr arasındakı ayrıntıları unutmuşduq və az qala paşanın həsrətli əlini öpməyə Osmanlı xəlifəsi üçün ölməyə də hazır idik. Yalnız Seyid Mustafa qarışmırdı və üzündə ikrah və nifrət vardı. Paşanın sinəsini örtən ulduz və ayparaların içində o, bolqar hərbi xaçını görüb müsəlmanın döşündəki yad imanın rəmzinə korlanırdı.

Paraddan sonra İlyas, Seyid və mən dəniz sahilində oturmuşduq: ağaclardan payız yarpaqları tökülürdü və dostlarım yeni dövlətin əsas müddəaları barədə qızğın mübahisə edirdi. Hərbi yürüşlərdən və Gəncə ətrafındakı döyüşlərdən, gənctürk zabitləri ilə söhbətlərdən və müharibənin təcrübəsindən İlyas bəy möhkəm bir əminlik qazanmışdı ki, yalnız sürətli Avropa islahatları ölkəmizi yeni rus müdaxiləsindən qoruya bilər.

— Qalalar tikmək, islahatlar aparmaq, yollar çəkmək, bununla belə, yenə yaxşı müsəlman qalmaq olar, — təntənə ilə dilləndi.

Seyid alnını düyünlədi, gözlərində yorğunluq vardı.

— Bir addım da qabağa get, — boz-boz dilləndi, — de ki, şərab içmək, donuz əti yemək, bununla belə, yenə yaxşı müsəlman qalmaq

 

olar. Zira avropalılar çoxdan tapıblar ki, şərab sağlamlığa xeyirdir, donuz əti də qidalıdır. Əlbəttə yaxşı müsəlman qalmaq olar, fəqət cənnətin qapısı ağzında ulu mələk buna inanmaq istəməyəcək.

İlyas güldü:

— Hərbi təlim keçməklə donuz əti yemək arasında çox böyük fərq var.

— Amma donuz əti yeməklə şərab içmək arasında yox. Türk zabitləri aşkarda şampan içir, sinələrində də xaç gəzdirir.

Dostlarımı dinləyirdim.

— Seyid, — soruşdum, — yaxşı müsəlman oiub çarpayıda yatmaq və çəngəl-bıçaqla xörək yemək mümkündürmü?

Seyid az qala səmimi gülümsədi:

— Sən həmişə yaxşı müsəlman olacaqsan. Mən bunu məhərrəmlikdə gördüm.

Susdum. İlyas bəy hərbi papağını düzəltdi.

— Doğrudur ki, evini avropasayağı düzəltdirirsən, müasir mebeli və açıq rəngli divar kağızları ilə?

— Bəli, doğrudur, İlyas bəy.

— Yaxşıdır, — qətiyyətlə bildirdi, — biz indi paytaxtıq. Ölkəyə yabançı elçilər gələcək. Bizə onları qəbul etməyə evlər lazım olacaq və diplomatların arvadları ilə söhbət edə biləcək xanımlara ehtiyacımız olacaq. Sənin buna layiq həyat yoldaşın və evin var. Gərək sən Xarici İşlər Nazirliyində işləyəsən.

Güldüm:

— İlyas bəy, həyat yoldaşım, evim və özüm barəsində elə danışırsan ki, elə bil biz uluslararası anlaşma üçün yarışa buraxılası atlarıq. Elə bilirsən, evimin quruluşunu yalnız beynəlxalq maraqlar baxımından dəyişdirirəm.

— Belə də olmalıdır, — İlyas bəy sərt dilləndi və mən birdən- birə hiss etdim ki haqlıdır, hər şeyimiz günəşin qarsıt- dığı bu kiçik Azərbaycan torpağından boy atmalı olan yeni dövlətimizə xidmət etməlidir.

Evə yollandım və Nino xəbər tutanda ki parket döşəmələrə, divardakı yağlı boya ilə çəkilmiş şəkillərə heç bir etirazım yoxdur, məmnun-məmnun güldü, gözlərinə işıq gəldi, bir vaxtlar Ətəkbulaq meşəsində olduğu kimi.

 

Bu ərəfədə mən tez-tez çöldə at çapırdım. Qana qərq olmuş günəşin qərbdə batmağına tamaşa edib saatlarla narın qumda uzanırdım. Türk hərbi dəstələri yanımdan ötüb gedirdi. Zabitlərin üz- gözünə birdən-birə dalğınlıq və gərginlik çökmüşdü. Şəhərimizin səs-küyü dünya müharibəsində atılan topların uzaq gurultusunu batırmışdı. Fəqət hardasa uzaqlarda, çox-çox uzaqlarda türklərin müttəfiqi olan bolqarların alayları düşmənin hücumu qarşısında gori çəkilirdi.

— Cəbhə yarılmışdır. Onu bir daha bərpa etmək olmaz, — türklər deyirdi və daha şampan içmirdilər.

Sızqa məlumatlar daxil olurdu və ildırım təsiri bağışlayırdı. Uzaq Mudros limanında belibükük bir kişi zirehli Britaniya kreyseri

«Aqamemnon»a mindi. Həmin böyük kişi Hüseyn Reuf Bəy, uca Osmanlı İmperiyasının dəniz qüvvələri naziri, atəşkəs müqaviləsi bağlamaq üçün xəlifənin səlahiyyətli nümayəndəsi idi. O, masaya əyilib bir parça kağızın altında imzasını atdı və şəhərimizdə orduya başçılıq edən paşanın gözləri yaşla doldu.

Bakının küçələrində Turan səltənətinin nəğməsi bir daha səsləndi, fəqət bu dəfə ağı kimi. Yəhərdə şax oturaraq əlinə geydiyi parad əlcəyi ilə paşa ordunun qarşısına çıxdı. Türklərin sifəti donuqlaşmışdı. Müqəddəs Osmanlı soyunun bayrağı yığışdırıldı, təbillər döyəcləndi və paşa əlcəkli əlini alnına apardı. Dəstələr şəhərdən çıxıb İstanbul məscidlərinin və Peyğəmbərin əbasını çiyinlərində daşıyan arıq kişinin, xəlifənin xəyali əksini arxada buraxdı.

Bir neçə gün sonra ingilis işğal dəstələrinin ilk gəmiləri Nargin adasının arxasında peyda olanda mən Dənizkənarı bağda dayanmışdım. Generalın göy gözləri, qısa bığı və iri, güclü əlləri vardı. Yenizelandiyalılar, kanadalılar və avstralivalılar şəhərə axın etdi. Yunion Cək ölkəmizin bayrağı ilə yanaşı dalğalandı və Fətəlixan mənə zəng edib nazirliyə gəlməyimi xahiş etdi.

Yanına getdim, alovlu baxışını üzümə yönəldərək söykənəcəkli dərin kürsüdə oturmuşdu.

— Əli xan, niyə indiyə qədər dövlət qulluğunda deyilsiz?

Bunu mən özüm də bilmirdim. Yazı masasının üstündəki qalın qovluqlara baxıb vicdan əzabı çəkdim.

 

— Bütövlükdə bu vətəninəm, Fətəlixan, ixtiyarım əlinizdədir.

— Eşitdiyimə görə xarici dillərə təbii bir istedadınız var. İngilis dilini nə qədər vaxta tez öyrənərsiniz?

Şaşqın-şaşqın gülümsədim.

— İngilis dilini öyrənməyə ehtiyacım yoxdur. Mən onu çoxdan bilirəm. Başını kürsüyə söykəyib susdu.

— Ninonun kefi necədir? — Qəfildən soruşdu və məni heyrət bürüdü ki, baş nazirimiz ədəb-ərkan qaydalarını büsbütün pozaraq arvadımın halından xəbər tutur.

— Sağ olun, Əlahəzrət, pis deyil.

— O da ingiliscə bilir?

— Bəli.

Susdu və bığını dartışdırdı.

— Əlahəzrət, — astadan dilləndim, — nə istədiyinizi bilirəm. Evim bir həftəyə hazır olar. Ninonun dolabında kifayət qədər bal paltarı var. Biz ingiliscə danışırıq və şampanın pulunu da özüm ödəyəcəm. Bığının altında ani bir təbəssüm oynadı.

— Üzr istəyirəm, Əli xan, — gözləri həlimləşdi, — xətrinizə dəymək istəmirdim. Sizin kimi insanlara ehtiyacımız var. Avropalı xanımları olan, ad-sana sahib, ingilis dilini bilən və mülkü olan insanlar sarıdan ölkəmiz çox kasaddır. Məsələn, mənim heç vaxt pulum olmayıb, o handa da ev ola, ya da avropalı zövcə.

Yorğun görünürdü və qələmə əl atdı:

— Bugündən Siz Qərbi Avropa şöbəsində ateşesiz. Xariciyyə naziri Əsədullanın yanma gedin. İşinizi Sizə başa salar. Və… və… yəqin o saat hirslənməzsiniz… Eviniz beş günə hazır ola bilməzmi? Bu cür xahişlə Sizə müraciət etməkdən özüm də xəcalət çəkirəm.

— Baş üstə, Əlahəzrət, — tam əminliklə dedim və içimdə bir duyğunun baş qaldırdığını hiss etdim, sanki dəyərli və sevimli köhnə dostumdan özümü gizlədib onu itirmişəm.

— Evə getdim. Ninonun barmaqlarına palçıq və boya ya- pışmışdı. Nərdivanda dayanıb şəkli asacağı mismarı divara çalırdı. Ona desəydim ki, bununla o, vətənə qulluq göstərir, çox təəccüblənərdi. Demədim, sadəcə çirkli barmaqlarından öpüb əcnəbilərin şərabını saxlayacaq soyuducunun alınmasına razılıq verdim.