ƏDALƏT NƏCƏFOĞLU – PALTAR İPLƏRİ

Ədəbiyyat

yaxud, sözlə verilən dəyərli hədiyyə

Səhər yuxudan oyanıb,

sübh yeməyini yeyib,

işə getməyə hazırlaşırdım ki,

həyətdə bir neçə qonşunun,

həyəcanla danışdığını eşitdim.

Tez həyətə çıxıb,

nə baş verdiyini soruşdum.

Əllərilə bir neçə eyvanı

göstərib, dedilər:

-Paltar iplərini yandırıblar.

Bir ipdə uşaq geyimi

olduğundan,

o ipə od vurulmayıb.

Həmin mənzilin sahibi də

tətil günlərilə əlaqədar

bağ evinə istirahətə getmişdir.

Bu məhlədə cəmi

beş ailə yaşayırdı.

Üç ailə həmyaşıd

olduğundan,

onların uşaqları

birgə məktəbə gedir.

Həyətdə bir yerdə oynayır,

və bir-birilə

məsləhətləşirdilər.

Bu qızlar təhsilə də

çox üstünlük verirdilər.

Onlar bütün fənlərdən

əla qiymətlər alırdılar.

Onlardan birinin atası

hərdən içkili olarkən

evə gələndə

qızını həyətdə

oynayan görəndə

ona evə getməyi

uca səslə deyərdi.

Qız isə

həmyaşıdları arasında

atasının ona

acıqlanmasını

qəbul edə bilmirdi.

Dəfələrlə anasına

bu barədə

şikayət edirdi.

Bir gün atası evə gələndə

qız atasının gəlişini

görüb, qaçır gizlənir.

Atası məhəlləyə çatanda

qızını rəfiqələri arasında

görməyib, soruşur.

Bəs mənim qızım hanı?

Qızlar “bilmirik” deyirlər.

Bu zaman

qızlardan birinin atası

bazardan gəlir.

Əlində paltar ipi görünür.

-Bu ipi neylirsən, qonşu?

-Paltar asmaq üçün almışam.

-Bu ipi mənə versəydin

özümü bu ipdən asardım.

Yaxşı qalın ipdir, qırılmaz.

Bu içkidəndə canım qutarardı.

-Neçə ildir deyirsən

asaram, asaram, qonşu.

Həyət iplə doludur

birini qır, özünü as.

Qızı isə

bütün bu danışıqları

eşidirdi.

Atası da qonşunun

tənbehindən ibrət götürür

və içməyi tərgitməyə fürsət axtarır.

Fikirləşir ki, yaxın günlərdə

qızının ad günüdür.

O gün qızıma söz verib,

içməyi tərgidərəm.

Qız isə bütün eşitdiklərini

anasına söyləyir.

Anası da səbrli olmağı

tövsiyə edir.

Paltar ipləri də boş olan

kimi, yandırılırdı.

Qız rəfiqələrinə bu haqda

danışmışdı.

Atası özünü paltar

ipindən asmaq istəyir.

Ona görə bu ipləri

yandırmaq lazımdır.

Hərə öz eyvanında olan

ipi yandırırdı və heç kim

şübhələnə bilmirdi ki,

bunu bu qızlar edir.

Qızın ad günü yetişir.

Onlar yenə həyətdə

bir yerdə oynayır.

Atası isə qızının

ad günü ilə əlaqədar

evə tez gəlməyi

planlaşdırır.

O, evə gələndə

marketdən

spirtli içki alır.

Məhəlləyə daxil olanda,

qızını rəfiqələrilə

oynayan görür,

yanına çağırır.

Qız isə atasının əlində

içki şüşəsini görüb

utanıdığından başını

aşağı salır.

Fikirləşir ki,

yenə məni danlayacaq.

Atası qızına söyləyir ki,

sənə bu gün belə bir

hədiyyə edirəm.

İçki şüşəsini,

zibil qutusuna ataraq.

Heç vaxt içməyəcəyini

söz verir.

Qız çox sevinir.

Atasına belə söyləyir.

-Ata söz verirsə

övladına bil!

Onun qəm-qüssəsi

dərhal silinir.

Bu söz qiymətlidir,

dəyərli həm hədiyyədir.

Kədər əvəz olundu

sevinclə, görünür.

Qız rəfiqələr içində

ucaldı qəfil.

Ad günü keçirir,

dəvət də edir.

Atasına həm də söyləyir.

Hər işin əvvəli,

həm sonu vardır.

Daha paltar ipləri

yanmayacaqdır.

03.11.2023