«NOP World Culture Score Index” (İngiltərə) dünyada ən çox kitab oxunan ölkələrin siyahasını tərtib edib.
1-ci yerdə Hindistan durub. Dünyada ən çox kitab nəşr olunan Hindistanda orta hesabla bir adam həftədə 10 saat 42 dəqiqə kitab oxuyur
İkinci yerdə Tayland, adambaşına həftədə orta kitab oxuma vaxtı 9 saat 24 dəqiqə, üçüncü yerdə Çin, insanlar oxumağa həftədə 8 saat ayırır.
4.Filippin (7 saat 36 dəqiqə); 5.Misir (7 saat 30 dəqiqə); 6.Çexiya (7 saat 24 dəqiqə); 7.İsveç (7 saat 6 dəqiqə) 8.Fransa (6 saat 54 dəqiqə); 9.Macarıstan (6 saat 48 dəqiqə); 10.Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə).
Türkiyə həftədə ortalama 5 saat 54 dəqiqə oxuma vaxtı ilə siyahıda 18-ci yerdədir.
Azərbaycan bu reytinqə ümumiyyətlə yaxın düşə bilməyib.