Rəvan Cavid dilin necə yaranmasından danışır. İstinad etdiyi elmi mənbələr bütün dillərin ivrid dilindən törədiyini söyləməklə yanaşı, həm də dilin erkək və dişi üçün cütləşmə siqnalı olaraq yarandığını iddia edir. Bu gün də cütləşmək, övladını səsləmək üçün müxtəlif səslər çıxaran heyvanlardan fərqli olaraq, insan növü bu səsləri inkişaf etdirərək müasir dil şəklinə sala bilib.