Dalğaların üzərində heyrətamiz bir göl

Servoqsvatn Voar adasında yerləşən və Farer adalarındakı ən böyük göldür.

Təbiət aləmi inanılmaz hadisələrlə doludur. Onlardan biri Farer adalarında sanki dəniz səviyyəsindən yuxarıda üzən Servoqsvatn adlı ən böyük göldür.

Şotlandiyanın zirvəsi, İslandiyanın şərq sahili və Norveçin qərbi arasındakı qeyri-bərabər üçbucağın mərkəzində təxminən 750 adadan ibarət Farer adaları yerləşir. Onlardan 17-də məskunlaşma var.

Adalardan birinin zirvəsində altında dalğananan dənizin üstündən asılmış kimi görünən Servoqsvatn gölünü tapmaq olar.

Servoqsvatn və ya Leytisvant gölü eni 800 metr, dərinliyi isə 59 metrdir ki, bu da onu bu regionda ən dərin göl edir. Göl dəniz səviyyəsindən cəmi 30 metr yüksəklikdə yerləşir və 3,4 kvadratkilometr ərazini əhatə edir.