Dəmir yeyirəm…

 Həkimlər Moskva yaxınlığında yaşayan təqaüdçünün mədəsində sikkə və mismar xəzinəsi tapıblar. Onu xilas etmək üçün təcili əməliyyat keçirməli olublar.
72 yaşlı qadın şiddətli qarın ağrısı ilə Dolqoprudnı xəstəxanasına gətirilib. Həkimlər diaqnostika apararaq nənənin qarnında bütöv əşyalar kolleksiyası aşkar ediblər. Sonra xəstə səmimi etiraf edib ki, bütün bu “var-dövləti” özü udub.
Nəticədə həkimlər təcili əməliyyat keçiriblər və qoca qarının qarnından səkkiz sikkə, on iynə və iki mismar uğurla çıxarılıb. Qadının bəxti gətirib – udulmuş əşyalar bağırsaqlara yol etsəydi, o ölə bilərdi. İndi təqaüdçü  uzun müddət müalicə alacaq.