Crocus City Hall-da atışma törədən 6 terrorçudan dördünün kimliyi məlum olub

Moskvada, Crocus City Hall-da atışma törədən 6 terrorçudan dördünün kimliyi məlum olub.
1) Nəsridinov Məhmədrəsul 37 yaş
2) İsmonov Rivojidin 51 yaş
3) Safolzoda Shoxinjonn 21 yaş
4) Nəzərov Rüstəm 29 yaş.
Onların hamısı Tacikistan vətəndaşı olduğu düşünülür. Onlar Yaroslavl, İvanovo və Samara vilayətlərində qeydiyyatdadırlar. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.
İndiyə olan məlumat:
Cinayətkarların olduğu güman edilən avtomobil Tepli kəndi yaxınlığında saxlanılıb.
İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: ikisi saxlanılıb, daha dörd nəfər isə qaça bilib.
Hazırda Crocus City Hallda baş verən atışma nəticəsində azı 83 nəfərin öldüyü məlumdur.
Onlardan üçü uşaqdır. Hələ, meyidlər tam yığılmayıb, say dəyişəcək.
Əlbətdə, cinayətkarın milliyyəti olmur, deyirlər. Amma, terror qurbanı verən ölkədə bu bir az başqa bucaq altında görünür.
Hər kim törətsə də bu vəhşiliyi, udan tərəf bir mənalı surətdə Qərb olacaq. Qlobal ölçüdə aranı qarışdırmaq ABŞ, Qərb arzusudur.
P.S. Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatı saxta adlandırır.
P.S. P.S. Saxlanılanlardan biri 19 yaşlı Məhəmmədsobir Fayzovdur. O, xəstəxanaya aparılıb.