BİZİM BAKI (“Azərbaycan və Bakı haqqında maraqlı faktlar” silsiləsindən) Əli Bəy Azəri

Əli Bəy Azəri

Azərbaycan Odlar Yurdudur. Bunu Abşeron yarımadasında yerdən təbii yolla çıxan qazların yanmasına görə belə adlandırmayıblar. Təbii qaz dünyanın bir çox yerlərində çıxır və hətta, Günəş enerjisindən alışıb yanır da. (Palçıq vulkanları partlayıb püskürəndə adiabatik sıxılma  [termodinamik sistemin həcminin sıxılması prosesi; bu proses zamanı mühitlə istilik mübadiləsi baş vermir və qaz qızır]  baş verir, qaz alovlanır. Beydemir.ru)

Bu yerlərin heç birinə “odlar diyarı”, “odlar məmləkəti”, “odlar ölkəsi” deməyiblər, yalnız Azərbaycan dünyada bu ad ilə tanınır.

Azərbaycan dünyanın ən qədim sivilizasiyası olan Şumer mədəniyyəti ilə məşhurdur. Şumer mədəniyyətinin araşdırılmasında hələ də maneələr mövcuddur. Azərbaycanı bütün türk dünyasının ilkin beşiyi kimi qəbul etmək istəməyən düşmənlərin bolluğu kimi, düşmən təsiri altında olan doğmalar da kifayət qədərdir. Od ocaq qalanan yerdə olur. Azərbaycan ocaq qalanan yurd, ata yurdu olub, türkdilli xalqların böyük əksəriyyəti, məhz bu yurddan çıxıb dünyanın yeddi səmtinə yön alıblar, çoxalıb artıblar, böyüyüb özlərinə dövlət quranlar da olub.

Bakı Azərbaycanın mərkəzində yerləşməsə də paytaxtıdır. İstanbuldan, Mosuldan, Təbrizdən, Ərdəbildən, Dərbənddən hamı Bakıya gəlməyə can atır. Bu, keçmişdə də belə olub, indi də belədir, çox güman ki, gələcəkdə də belə olacaq. Adları sadalanan və sadalanmayan məmləkətlərdə yaşayan soydaşlarımız bu liman şəhərini özlərinə doğma bilirlər. Sərt iqlim şəraitinə baxmayaraq, görünür, burda rahatlıq tapırlar.

Bakı Sovetlər ölkəsinin beşinci böyük şəhəri sayılırdı. İndi dünyanın əlli şəhərləri sırasında deyil, bir az o tərəfdədir. Bununla belə dünyanın gözü Bakıdadır. İngilisi də, yəhudisi də, fransızı, almanı da, hətta Afrika ölkələrindən belə hamı Bakıya can atır, burda iş qurmaq, işləmək, qalıb yaşamaq istəyirlər. Çox, olduqca çox maraqlı məsələdir.

Bakı bütün dinlərin və təriqətlərin beşiyidir. Bu şəhərdə hər kəs rahat yaşayıb ibadətini edə bilir.

Bakı, sanki Ulu Yaradanın evidir.

İndi Bakıda rəsmi-qeyri rəsmi beş milyonadək adam yaşayır. Pis-yaxşı dolanırlar. Hamı Bakını özünə doğma bilir. Bakı bölünməz məkandır.

Bununla belə, Bakı dünyada neft yatağı kimi tanınır, “qara qızılı” ilə məşhurdur. Tarixi abidələri ilə bağlı hər yerdə məlumat var. “Atəşgah”ı, “Qız qalası”, “Şirvanşahlar sarayı”, indi də “Alov qüllələri” haqda çox az adam tapılar ki, məlumatsızdır. Odur ki, başqa məlumat və faktlarına üz tutmalı olacağıq.

 

1.Bakıda neft (yağlı maye) haqqında məlumatı insanlar ilk dəfə eramızdan əvvəl IV əsrdə məlumatlanıblar. İndiki Salyan rayonu ərazisində Makedoniyalı İsgəndərin qoşunu ilə döyüş zamanı oxlarına həmin yağlı mayeni sürtüb yandıraraq atıblar. İsgəndərin qoşununun qamışlardan tikilmiş düşərgəsinə od düşüb.

 

2.Dünyanın bir çox bölgələrində neft çıxarılsa da, ilk olaraq yeri deşərək neft əldə etmək üsulu məhz Azərbaycanda tətbiq olunub. Birinci neft tankeri də Bakı buxtasından açıq sulara – dənizə buraxılıb. Dənizdə də ilk olaraq neft çıxarılmasına burada – Xəzər dənizinin Bakıya, Azərbaycana aid hissəsində başlanıb. 1901-ci ildə Bakıda çıxarılan neft bütün dünyada çıxarılan neftin yarıdan çoxunu təşkil edirmiş.

 

3.Sovetlər ölkəsində ilk elektrik qatarı Bakıda yola buraxılıb. Bu, 1926-cı ildə baş tutub. Elə ilk Kondinsoner zavodu* da Bakı şəhərində işə salınıb.

*  1970-ci ildə SSRİ-də məişət kondisionerləri zavodunun tikilməsi ilə bağlı məsələ qaldırılıb, zovudun Daşkənddə tikilməsi nəzərdə tutulub.  Eyni vaxtda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kondisioner zavodunun Bakıda inşa edilməsi ilə bağlı Kremldə təklif irəli sürüb. Bu təklif qəbul edilib. SSRİ Nazirlər Soveti zavodun tikintisinə cəmi 25 milyon dollar vəsait ayırıb. Çox keçməyib, SSRİ elektrotexnika naziri Aleksey Antonovun təşəbbüsü ilə zavodun Ukraynada, Zaporojye şəhərində tikilməsi ilə bağlı rəsmi qərar çıxarılıb. Məsələyə Leonid Brejnev müdaxilə edib. Baş katib Heydər Əliyevlə görüşdən sonra rəsmi qərarı ləğv etdirib: Zavod Bakıda tikiləcək.

Zavodun Bakıda inşa edilməsi problemi bununla da bitməyib. Avadanlıqların alınması üçün Amerika, Almaniya, İtaliya, Yaponiya şirkətləri ilə danışıqlar başlanıb. Bu ölkələrdən təklif olunan gözlənilməz məbləğlər, 120-150 milyon dollar civarındakı qiymətlər növbəti problemlər yaradıb. Heydər Əliyev görüşlərinin birində həmin günləri belə xatırlayıb:

 

 

1-Модель-БК.jpg (101 KB)

«…Mən bunun üçün Moskvaya, mərhum Brejnevin yanına getdim. Ona dedim ki, sizin göstərişləriniz yerinə yetirilmir. Təəccüb etdi ki, nə üçün? Dedim, qərar çıxartdınız, göstəriş verdiniz, amma yerinə yetirmirlər. Səbəb də budur: 25 milyon dollar ayırmısınız, mənə deyirlər ki, 100 milyon dollar da lazımdır. Məndə isə bir dollar da yoxdur, bunu siz verməlisiniz. Ona görə də qərarı dəyişməlisiniz. Dəhşətə gəldi. Dedi, bəs, belə şey olarmı, biz bu məsələni həll etmişik. Onun göstərişi ilə bir günün içərisində, 1973-cü ildə avadanlıqları Yaponiyanın “Toşiba” firmasından almaq üçün valyuta ayrıldı. Bundan sonra işlər hərəkətə gəldi. Mən isə bir daha söz verdim ki, iki il içərisində, 1975-ci ilin dekabr ayında bu zavod tikilib başa çatacaq…”  Beləliklə, 1975-ci ilin dekabrında SSRİ-də ilk məişət kondisionerləri zavodu fəaliyyətə başlayıb.

 

4.Azərbaycan Palçıq vulkanlarının sayına görə, dünyada birinci yerdədir. 350 palçıq vulkanı qeydə alınıb, bu da bütün dünya üzrə yerləşən 800 vulkanın yarısından bir az aşağıdır. Son illər Mars planetindəki vəziyyət öyrənilməyə başladığından alimlər belə nəticəyə gəliblər ki, bizdəki palçıq vulkanlarının tərkibi Qırmızı planetin yer tərkibinə yaxındır.

 

5.Dünyaca məşhur rəssam Salvador Dalinin “Geopolitik uşaq” rəsmindəki qadın barmağı ilə Bakını göstərir. Düşünməyə dəyər, niyə məhz Bakını? Bu boyda dünyada başına yermi qəhətdi? Əlbəttə, çoxları hesab edir ki, bu heç də təsadüfdən yaranmayıb. Rəssam özü, bu şəkil ilə hansısa mifoloji bir niyyətin nəticəsini rəsmləşdirib? Burada, nə isə sirli bir məqam var.

 

6.Bütün dünyanın diqqətində və əlçatmaz arzusunda olduğu Nobel mükafatı, heç kimə sirr olmamalıdır ki, alman kapitalisti Alfred Nobelin Bakı neftini istismarı zamanı qazandığı var-dövlətin hesabına formalaşıb. Nobel mükafatı üçün ayrılmış kapital Alfred Nobelin Bakı neftindən qazandığı sərvətin təxminən on iki faizini təşkil edir.

 

7.Məbəd, hansı ki, yerdən əbədi alov çıxan yerdə tikilib, Atəşgah adlanır. Bakının Suraxanı adlanan ərazisində yerləşən bu məbəd yerdən təbii olaraq çıxan və alovlanan qaza görə ATƏŞGAH adlandırılıb. Atəşgah – alovun evi mənasında işlədilib. Atəşgahın varlığından xəbər tutan turistlər buranı ziyarətgaha çeviriblər. Dünyanın hər yerindən bura turistlər gəlir. Amma ilk olaraq ən uzaqdan gələn turistlər kimi hindistanlılar qeydə alınıb. Hindistanda böyük bir tayfa yaşayır ki, onlar da bir vaxtlar əcdadlarımız olmuş atəşpərəstlər kimi, oda, alova sitayiş edirlər. Hindistandakı həmin tayfa indi də öz dininə, təriqətinə sadiqdir.

 

8.Ən gözəl qədimi tikililərdən biri Xan sarayıdır (İnşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır.). İçərişəhərdə yerləşən saray bu yaxınlarda restavrasiya olunub, abadlaşdırılıb və turistlər üçün açılıb. Saray elə tikilib ki, gün çıxandan gün batana kimi sarayın həyəti günəşin şüaları ilə işıqlanır. Burda bir maraqlı məqamı da qeyd etmək lazımdır. Dünyanın hər yerində Günəş çıxdığı və batdığı üfüqlər arasında düz xətt boyunca izlənsə də, yalnız Bakı üzərində qövsvari müşahidə olunur.

 

9.Dünyada ilk dəfə Bakıda su quyuları vurulub. İndi bu metod dünyanın bir çox ölkələrində tətbiq olunur və məhz buna görə dünya Bakıya minnətdardır.

 

10.Bakı şəhərində hazırda 72 millətin nümayəndələri dostluq və həmrəylik şəraitində yaşayır. Məhz, buna görə də Bakı şəhəri dünyanın ən məşhur beynəlmiləl şəhərlərindən biri hesab olunur.

 

Əli BƏY AZƏRİ

Qiymət