Təhlükəli uçuş fevralın 16-da baş verib. Boeing 737 təyyarəsi 135 sərnişin və 6 ekipaj üzvü ilə Vnukovodan Bakıya uçub. Havaya qalxdıqdan sonra təyyarənin kapitanı avtopilotu işə saldığına əmin olsa da, yaddan çıxıb, təyyarə özü özbaşına uçub. Pilotlar təyyarənin avtopilot tərəfindən idarə olunduğuna əmin idilər.
Skolkovo üzərindəki səmada Boeing kəskin şəkildə hündürlüyü itirməyə başlayıb: 40 saniyə ərzində təyyarə 1500 metrdən 800-ə enib. Təyyarə buludlarda uçduğu üçün pilotlar belə enişə dərhal diqqət yetirə bilməyiblər. Yerdən uçuşu görən dispetçerlər təcili hündürlük əldə etmək əmrini verəndən sonra təyyarəçilər səhvlərini başa düşüblər, xəta ötüşüb.
B hadisə barədə opqanlara heç bir məlumat verilməyib. Federal Hava Nəqliyyatı Agentliyi hadisədən yalnız dörd gün sonra xəbər tutub. Komissiyanın qənaətinə görə, havaya qalxdıqdan sonra təyyarə 73 saniyə ərzində idarə olunmayıb və üç dəfə icazəsiz eniş edib.