Bakıda açılan “Kənddən Şəhərə” Novruz yarmarkasının ilk günü

Qarşıdan Novruz bayramı gəlir. Bu bayram həm də çoxunun sevimli fəsli olan yazın gəlişinin müjdəçisidir. Hər il olduğu kimi bu il də paytaxtda bayramqabağı yarmarkalar təşkil edilib.

Beydemir.ru  Kənd Təsərrüfatı Nazirliyinin Novruz bayramı ilə əlaqədar təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkasından görüntüləri təqdim edirik:

İlk gün olmasına baxmayaraq, bayram öncəsi alış-veriş etmək istəyənlər artıq yarmarkaya üz tutublar. Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçirilən yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat, eləcə də avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.

“Kənddən Şəhərə” Novruz yarmarkasında ümumilikdə 25-dək regiondan fermerlər iştirak edirlər. Hər regionun da özünəməxsus məhsulları, tam təbii formada, heç bir qatqısız alıcılara təqdim edilir.

Yarmarkaya üz tutan alıcılar burada 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını əldə edə bilərlər. Novruzda süfrəyə qoyulacaq təamları nəzərə alsaq, xüsusilə çərəzlərə — qoz, fındıq, badam, kişmiş və s. maraq diqqət çəkir.

Hazırda yarmarkada qabıqlı qozun bir kq-nın qiyməti 9 manat, qabıqlı badamın qiyməti 5 manata təklif edilir.

Qırmızı Quba almasının bir kq-nın qiyməti 1,50 manata təklif edilir. Eləcə də bir kq-ı 0,50-1,20 manat arasında dəyişən müxtəlif növ alma çeşidlərini də yarmarkadan əldə edə bilərsiniz. Naringinin bir kq-ı 3,20 manata, qreypfrutun isə 2 manata təklif edilir.

Təmizlənmiş qoz ləpəsinin bir kq-nın qiyməti isə 9-15 manat arasında dəyişir. Təmizlənmiş badamın bir kq-ı isə 15-17 manata təklif edilir.

Qiymət