Azərbaycan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Xəbərlər

Misirdə 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Misirdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

Bu barədə AZƏRTACa Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət Nazirliyinin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərdə iştirak edib. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.

Qahirə Beynəlxalq Kitab Sərgisi fevralın 6-dək davam edəcək.