“Starodvorskie kolbasa” QSC-nin hazır ət məhsullarının xarici bazarlara ixracına məhdudiyyətlər qoyulub.
Bu barədə Rosselxoznadzor məlumat yayıb.
Bir sıra idxalçı ölkələrin baytarlıq-sanitariya tələblərinə uyğunsuzluğunun dəfələrlə aşkarlanması ilə əlaqədar Rosselxoznadzor “Starodvorskie kolbasa” QSC-nin yoxlama hesabatlarını ləğv edib və şirkətin hazır ət məhsullarının Abxaziya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub.
Laborator müayinələr nəticəsində bişmiş quş əti kolbasalarında antibiotik Enrofloksasin, kolbasalarda isə karragenan adlı elan olunmamış qida əlavəsi aşkar edilib.
Enrofloksasin tərkibli qida məhsullarının müntəzəm istehlakı antibiotiklərə qarşı müqavimət üçün ilkin şərait yaradır və kumulyativ təsir göstərən ət məhsullarında həddindən artıq miqdarda karragenanın olması allergik reaksiyalara səbəb ola bilər.