Azərbaycan selektiv abortlara görə dünyada birinci yerdədir

Azərbaycan uşaqların cinsi seçiminə görə dünyada birinci yerdədir.

APA-nın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq komitəsi ilə İnsan hüquqları komitəsinin birgə dinləmələrində deyib.

O vurğulayıb ki, 2021-ci ildə Azərbaycan bu məsələdə birinci yeri tutan Çini artıq geridə qoyub: “Bütün selektiv abortlar kriminal abortlardır. Bir suala diqqətinizi çəkmək istərdim. 2008-ci ildə biz Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma apardıq və öyrəndik ki, sorğuda iştirak edən qadınların 37%-dən çoxu zorakılığa məruz qalıb. Təəssüf ki, o vaxtdan bəri bu araşdırma aparılmayıb. Biz bu araşdırmanı 2024-cü ildə yenidən həyata keçirmək niyyətindəyik, nəticələri ictimaiyyətə açıqlanacaq”.