Alakbar Məmmədov — şeirlər

Ədəbiyyat

Əbbas Ələmdar

 

Fəratın yanında, su kənarında,

Suya həsrət qoydu, özün Ələmdar,

Keçibdi canından, qardaş yolunda,

Verdi qurban qolun, gözün Ələmdar.

 

Qurbanam qoluna, gözünə ağam,

Bu canım yoluna, qurban sayılar?

Başa baş əyməyən, asi müsəlman,

Görəsən yuxudan, durar, ayılar?

 

Yaxına gəlməyə, qorxub alçaqlar,

Uzaqdan atını, oxla vurdular.

Tutduğu əmələ, qiyafə biçib,

Özlərin pul ilə, ovundurdular.

 

Düşündüm bir cavab, tapmadım necə,

Canına qıydılar, Əli oğlunun.

Dünya var dövləti, gözlərin tutdu,

Bizləri qoydular, qəmgin məlulun.

 

Na məğlub döyüşün, aşkar qalibi,

Salıbdı tarixə izin, Əbəlfəz

Siz Əli soyusuz, Peyğəmbər nəsli,

Siz elə nursuz ki, bu nur tükənməz.

 

Bizlər əhd bağladıq, dönmərik əhddən,

Aşiqik bu əhdə, quluq hamımız,

Qəbul et yolunda, biz nokər olaq,

Hüseynin nökəri, bizim ağamız.

 

Sən elə ucasan,sən elə zirvə —

Bizsə ayaqlanan, bir qum dənəsi.

Sən qəbul etməsən, nokər özünə,

Olarıq kölənin, bizlər köləsi.

 

Bir də

 

Sən varsan deyə, ev cənnətdir mənə,

Olmasan bu evə girmərəm bir də.

Ölümdən danışma, bir daha, gülüm,

Mən səndən başqasın sevmərəm bir də.

 

Ömrümün, günümün bəzəyi sənsən,

Eşqimin təməli ,özəyi sənsən,

And ola, sevgilim, sən istəməsən,

Susaram, dinmərəm, gulmərəm bir də.

 

Əzizdir canımdan dəyərli canın,

Mən çəkə bilmərəm həsrətin kamın,

Sən savay dünyada, başqa cananın,

Yar deyib qoluna girmərəm birdə.

 

Şəninə bir nəfər acı söz desə,

Sonra da yüz dönüb, üzür istəsə,

Ayağın altına qurbanlar kəsə,

O yerə-məkana getmərəm bir də.

 

Bir daha dönməyib gedən səmaya,

Öldükdən sonra da gəlsəm dünyaya,

And ola günəşə, and ola aya,

Özümə səni yar bilərəm birdə.

 

Səninlə bir olub, övlad böyütdük,

Səninlə biz birgə, ürək ovutduq,

Bilsəm ki, son dəfə əl-ələ tutduq,

Əlimi yumaram, silmərəm bir də.

.

Sanki yenə payız gəlib

 

Külək əsir sağdan sola,

Sanki yenə payız gəlib.

Zir-zibili yığır yola,

Deyən, biraz vaxtsız gəlib.

 

Su bollaşıb Kür çayında,

Heç izi yox bu yayın da!

Qış gəlibdi may ayında,

Amma bu dəm qarsız gəlib.

 

Qışı keçirdik daxmada,

Yağmur, çisək, qar yağmaqla,

Qışı qoysaq da arxada,

Qayıdıbdı, arsız, gəlib.

 

Gətirmişdik biz sonunu,

Gözləmirdik heç yolunu.

Heyrətləndirdin hamını,

Son xəbərsiz, ansız gəlib.

 

Soyuyubdu su bulaqda,

Külək edir rəqs qulaqda,

Dad qoymadın dil dodaqda,

Bahar özü dadsız gəlib.

 

Biz neyləyək bu yağışda,

Ağac əkəkmi saxsıda,

Çiçək soldu bağ bağçada

Sən eylədin vaxtsız, gəlib.

 

Bu nə külək, nə yağışdı,

Bilmək olmur yaydı, qışdı.

Zaman çaşdı-vaxt qarışdı,

Dövran özü adsız gəlib.