Cavanşir Qənbər, şeirlər

Tutulur

 

Rüşvət üstə tutulmayır adamlar,

Manat — manat yığılanlar tutulur.

Göydələndən yıxılanlar tutulmur,

Hasarından  yıxılanlar tutulur.

 

Avam xalqıq — aldanırıq hər sözə,

Baş açmıram, nəyə lazım qurd  bizə…?

Diz-dizədi…

Diş-dişədi…

Göz -gözə.

Döyükənlər,  sıxılanlar tutulur.

 

Otellərə ağ buxaqlar əllənir,

Vicdanlarda göz yaşları lillənir.

Milyon yeyən fillər kimi fillənir,

İnək kimi sağılanlar tutulur.

 

Yeri düşür, rüşvət dönüb pay olur,

Bu ölkə də hər nə desən day olur…

Ocaq-ocaq, yıxılanlar bay olur,

Bucaq-bucaq dağılanlar tutulur…

Qiymət