Bakı
Bakı bir gözəl şəhər,
Aypara mənzərəli
Ruhuma hopmuş eşqi, onu gördüm görəli
Mavi xəzərlə birgə, qol boyun yaşayırlar,
Ta qədimdən bu günə könül alıb verəli.
Bakı bir doğma diyar,
Anam Azərbaycanın ən istəkli övladı
Haqqdan təcəlli kimi əbədiyyətdir adı.
Mənim namusum kimi, bu nazlı duzlu yardan
Çəkməyiblər gözünü nə doğması, nə yadı.
Binaları billurdan, gecələri çıraqban
işıqlı, nurlu şəhər
Hər daşı tarix dolu qalalı, surlu şəhər,
Hər gün xəzri, gilavar darayır tellərini
Dalğalar ayağına gələn qürurlu şəhər.
Bakı əziz vətənim,
Bənzərin yox dünyada
Oğulların, qızların uğruna olmuş fəda
Şəhidlər xiyabanın şərəfindi, şanındı
Səni sən eyləyən ruh bağrındakı şühəda
Öldür məni
Qəlbinə qurduğun dar ağacında,
İpə keçir gülüm, as öldür məni.
Orda sevda seli, hiss burulğanı.
Varsa gur yerinə bas, öldür məni
Sevdam boynu bükük köksündə qəhər,
Axı mən nə edim dözüm bir təhər.
Hər küskün baxışın ömrümə zəhər,
Nə olar son dəfə küs, öldür məni
Təsəlli, təskinlik yanımdan ötər,
Bu eşq nə doyurmaz, nə bizə yetər,
Bərabərliyin zor, hicranın betər,
Əlini əlimdən kəs, öldür məni.
Bu od, alov hardan etdi sirayət?
Artıq dayanmağa yoxdur dirayət.
Nə bu şükürsüzlük, nə bu şikayət,
Bari bir azcıqda sus, öldür məni
İstədim ömrümü səninlə bölüm,
Bəlkə bu həyatdan yaxşıdır ölüm.
Baxanlar “kimsəsiz” deməsin gülüm,
Bağrının başına bas, öldür məni!
Kənd xatirələri…
Orda el qızları gül çiçək sayıb,
Qaya xınasıyla yanaq boyayıb.
Cüyür bulağına dodaq dayayıb
Əyilib içəni yad eylə, nolar!
Binə qurulardı Keçəl dağında
Mələrdi quzular axşam sağında
Gözüm qalıb yaxmasında, yağında
Yaylağa köçəni yad eylə, nolar!
Orda qalıb ürəyimin yarısı
Cavanların başlarına darısı.
Mərhum Nəcəf əmimizin arısı
Verərdi beçəni, yad eylə, nolar!
Hələ xəyallarım edər seyranı
Al yaşıl dağların olmuş heyranı
Yanında bir cürdək nəhrə ayranı
Yamacı biçəni yad eylə, nolar!
Şehli yamaçlarda hər səhər çağı
Axtarardıq qıjı, quzuqulağı
Otların içindən biçin qabağı
Çiyələk seçəni yad eylə, nolar!
Nə vaxt mehman olsan, etsən bir səfər
Kəndin ayağından başına qədər
Könlündən qopanı süfrəyə sərər
Kəsilən beçəni yad eylə, nolar!
Risalətgahımdımı?
Yenə mahzun ürəyim və səssiz iniltilər…
Bu həzin ney səsimi? Ya mənim ahımdımı?
Hər notunda göz yaşı, sevgisiyə sunulan,
Məhəbbət bəstəsimi? Zikr-i səmahımdımı?
Dərdim dərmandı mənə, nə gözəldir bu çilə!
Üzüm qəm dəryasına, üzürəm bilə-bilə
Püryan olmuş ürəyim, ərirkən sevdan ilə
Nədir vüsalta mane? Cürm-ü günahımdımı?
Bu eşqin sınağı çox, sidq-ü sədaqət istər
Uğruna keçməyə baş, yolunda taqət istər
Sənin sevginə mazhar olmaq ləyaqət istər
Ləyaqətsiz olmağım zəif cinahımdımı?
Sevdam sonsuzdur mənim, dinməz suz-i nalanım
Bir lahza nəzər eylə, şərəfyab olsun canım
Hər şeyimdən keçmişəm, məni məndən alanım
Risalətgahımdımı? Cay-ı pənahımdımı?
Gəl gör bizi, ya Muhamməd!
Gəl gör bizi, ya Muhammed,
Gör ümmətin nə hal olmuş!
Küfr şahlanıp diz boyu,
İman sanki zəval olmuş!
Nə zülüm dinir, dürünür,
Nə bunun sonu gürünür,
İnsanlıq yerdə sürünür,
Namuslar payimal olmuş!
Məzlumun ahı şikəstə,
Yandırar məni ahəstə,
Hamı nəfsine vabəstə,
Fədakarlıq xəyal olmuş!
Düşüp gülünün butası,
Gələn, gedən dinə asi,
Haşa! Terrorist yaftası
Ümmətinə də mal olmuş!
Gəl ey dərdimizə çara,
Sənsiz ümmət baxtı qara!
Baş götürüp getsəm hara?
İçimdə bir sual olmuş?
Hisslərimə qəm düştü!
Nə bəstələr yazarmış bülbül sevdiyi gülə
Dinlədim nəğməsini gözlərimə nəm düşdü
Sənsə bu əndamınla, avazınla mürgülə
Bəs köhnəldi kağızlar, əlindən qələm düşdü
Gözlərindəmi dondu dərvişimin vüsalı
Orta çağlarda qaldı getdi əli əsalı
Qutsilər gəlsin artık, ansın Eyyub misalı
Eşqindən yananların dilinə zökəm düştü
Dəbdən düşdü dəyərlər, rəvaçdadır səfalət
Haqq parayla satılır, yağmalandı ədalət
Küheylanlar dayanmış, üç əsirlik ətalət
Zaman əridi getdi bizə də bu dəm düşdü
Ərşə dayandı alov, yandıqca yandı durdu
İçimdəki ümidi sanki aldı sovurdu
Ötələrdən münadi baxıp boynunu burdu
Ürəyimə bir əfkar, hislərimə qəm düşdü
Əbr-u atlas geyəli insanlıq oldu üryan
Nə piri, nuru qaldı, nə ürəklərdə püryan
Şamla aranır oldu, kimdə əxlaq-ı Quran?
Qəsr olundu Kamalat, bəxtimizə kəm düşdü
Müqəddəsat köhnəldi sandıqlara basıldı
İndi necədir Mushaf, öncələri nasıldı?
Masalardan yığıldı, divarlardan asıldı
Boynunu bükdü əlif, lam-əliften lam düşdü
Metallik, jaz gələli, küflənən şey təfəkkür
Meyxana və rep gəldi, unuduldu təzəkkür
Dünya alimlə doldu, qalmadı mütəfəkkür
Mənəviyyat elminin üstünə gizəm düşdü
Yaşayırıq Allahın nurdan təcəllisində
Kun fə yəkun haşməti yaradılış bir mərrə
Möhtəşəm kainatta yüz milyarlarca kürrə
Bölündükcə bölünür yox olur sirli zərrə
Aldığı əmirlərə uyma təəllisində
Nece durur ulduzlar yox yanında xərəklər
Sütünları mühərrək, görünməyən dirəklər
Bilinməyən bir sonun təlaşında ürəklər
Rəhməti qəzabından üstün təsəllisində
Necə yerləşə bilir intervala sonsuzluq?
İçi boş kainatda çoxluq içində çoxluq
Aləmlərin zatı yox, varlığı yenə yoxluq
Yaşayırıq Allahın nurdan təcəllisində
Ölüm gerçəyi 1
Bir ömür yol üstde gözləyir məni
Gedirəm dalınca daban-basaraq
Qara kölgəm kimi izləyir məni
Nə candan dostumdur, nə məndən ıraq
Dünyada kimsəyə verilməz tapu
Burayla oranın ayrı hesabı
Bu yanda üzünə qapanır qapı
O biri mənzilə aralanaraq
Bu nece həyatdır, nələr cızılır
Yer üstünə paydos, altı qazılır
Adım başqa bir listəyə yazılır
Burdaki listədən qaralanaraq
Məzarım yonulur hansısa daşdan
Tabutuma odun hansı ağaçdan
Tərk etsin yaxınlar dönsün yamaçdan
Hüzur tapdığım kəfənə sararaq
Ölüm Gerçəyi 2
Dəvət ömür boyu, dəxalət anlıq
Səni cilovlayar ağza gem vurub
Yerin üstü işıq, altı qaranlıq
Ölümün burnunun dibində durub
Kimi şən, kimi də üzülüb gedər
Yaxşı da, yaman da süzülüb gedər
Bəlli bir sıraya düzülüb gedər
Deyin Azrailə kim hesab sorub
Ölümün burnunun dibində durub
On illərə sığan ömür bircə yaz
Onu da hər axşam üşüdər ayaz
Ölüm bir son nöqtə, bir yeni abzas
Yeni başladığın yol səni yorub
Ölümün burnunun dibində durub
Mən kiməm?
Dünyaları əridən bir ocaq var içimdə
Əriyib axan alov yanar, yandırar məni
Canandan bir təcəlli doğsa əgər ruhuma
Bir mənalı baxışda donar, dondurar məni
Kim acı tərəfimin baxmayıbsa dadına
Şirin tut bəhməzinə banar, bandırar məni
Həyat eniş və yoxuş, hərgah kökdən düşərsəm
Hal əhli bir duada anar, andırar məni
Bəzən şimşəklər çaxar beyin qıvrımlarımda
Xəyalımda tüllənən sınar, sındırar məni
Bir bədənə həbs edər cahil məndəki ruhu
Ruhumsa ulduzlara qonar, qondurar məni
Aman! Naşı ustaya vermə könül parçamı
Şəkilsiz və plansız yonar, yondurar məni
Batinimdə sonsuzluq, sonsuzluq yolçusuyam
Zahirimsə dünyalı sanar, sandırar məni
Korkum
Ümit, qorxu yoldaşım, durublar sağ solumda
Heyhat nəsib olarmı həsrət çəkdiyim diyar
Azğın nəfsim ram olsa, dayanmasa yolumda
Heybəmə doldurduğum yığın yığın günahlar
Şeytan qurur tələlər, qəlbimin otağına
Gahdan da yem oluram öz nəfsimin ağına
Utansa belə bir baş, eyilsə ayağına
Ağlasa hönkür-hönkür gecə boyu, sabahlar
Budumu sədaqətin? Əhdinə vəfa bumu?
Cürm işlə, cənnət istə! məntiqincə oldumu?
Ömür udumluq badə, dolacaqmı doldumu
Kimdə dolu görünər!? Kimdə boşdu külahlar!?
Cəzasımı? Bir düşün… Vahim və qorxunç o an
Öncə məşhər meydanı, və devasa bir divan
Keç sırat körpüsündən! Altında qaynar qazan!
Ordaki titrəmələr, sızlayışlar və ahlar!!!
İşte Muhammedi Ruh!
H akka aşık olunur Muhammedi ruh ile
Z eybekler canın verir uğruna güruh ile
M averadan sesleniş haydı kapan secdeye
U laşsın başlar yere Allaha yakın diye
H akkı bulmak ne mümkün masiva çemberinde
A llah refiki ala manası çok derinde
M inberden gelen seda etsin bağrını teşne
M uhammed’e uyanlar düşsün aşk ateşine
E sintiler rahmetten Fiyaskodur gerisi
D ünyadan çek elini ele gelmez derisi
A llahsız boşa çıkar tutulan her dal budak
L e havle ve le kuvvet hekk olsun başak başak
E msalsiz bir nurani ummadığım bir anda
YaRab gördüm ya şükür lerze veren zaman da
Hakka aşık işte bu leysan olur göz yaşı
İ nilder Allah için Allah tır derdi başı
S inesi bir asuman halesi güller dolu
S elamla alkışlıyor Göktekiler bu yolu
A h! Bu hasta dünyanın üzerinde ne haldir?
L eyl-i lem, ahu figan lafsatullahı kaldır
A ğla! Bu sefil nesil ecdadını unutmuş
M uhammedi ruhun bu nesillere umutmuş!
Zaman Nədir?
Zaman nədir? Bunun izahı varmı?
Qərinəmi? Bir əsırmi? Bir anmı?
Axan sumu? Duran daşmı? Divarmı?
Ulduzlara uçan xəyal zamanmı?
Zaman nedir? Gözləməkmi, umutmu?
Anlamakçın görmü, toxunmu, tutmu?
Üstümüzdən axıp gedən bulutmu?
Beynimize çökən qara dumanmı?
Dəğirmən daşıtək üyüdəndimi?
Önəmi, sonamı qoysam kəndimi?
İnsan dəyirmənə girən dəndimi,
Yoxsa ordan çıxan unmu, samanmı?
Geri verməz nə alarsa ömürdən
Zamanın cəngində yollar dəmirdən
Almazları ayırmağa kömürdən,
İlahi əmirmi, gelen fərmanmı?
Deyin bu zamanı aşan ərənlər,
Kitab kimi açıp önə sərənlər,
Bu səyfədən o səyfəyə girənlər
Zamanın fövqündə bir qəhramanmı?