“Hökm” –hekayə- FRANS KAFKA

Ədəbiyyat

Gözəl bir yaz səhərində gənc iş adamı Georg Bendeman sahilə baxan pəncərələri olan, yalnız rəngi ilə seçilən çoxlu alçaq və müvəqqəti tikilmiş evlərdən birinin birinci mərtəbəsində, öz kabinetində oturmuşdu.

O, xaricdә yaşayan cavanlıq dostuna tәzәcә yazıb tamamladığı mәktubu tәlәsmәdәn zәrfә qoydu, sonra masaya dirsәklәnib pәncәrәdәn çaya, çay üzәrindәki körpüyә vә qarşı sahildә yaşıllaşmağa başlayan yastı tәpәlәrә göz gәzdirdi.

Doğma yurdda işlәrinin düz gәtirmәdiyindәn tәngә gәlib, bir neçә il öncә Rusiyaya yollanan bu dost Georqu әmәlli-başlı düşündürmәyә başladı. İndi o, Peterburqda qәrar tutmuşdu vә ilk zamanlar babat gedәn ticarәt işlәri, deyәsәn, son illәr hey xarablaşırdı, çünki hәr gәlişindә yazıq daha çox gileylәnirdi; elә gәlişlәrinin sayı da getdikcә seyrәlirdi vә bu minvalla qürbәtdә heç nәyin yiyәsi olmadan boşuna әllәşib-vuruşur, olmazın zülm çәkirdi. Ciddi xәstәlik әlamәti kimi tanış çöhrәsinә hәlә uşaqlıqdan yayılmış sarılıqsa yad yerin әyani nişanәsi olan cod saqqala zәrrәcә mәhәl qoymadan öz köhnә ağalığında idi. Dostun sözündәn belә çıxırdı ki, nә orda yaşayan hәmyerlilәrlә münasibәt qura bilmişdi, nә dә yerli rus ailәlәrinә yol tapmışdı: elәcә yalqız bir subay hәyatı sürürdü.

Gözü baxa-baxa gedib aşkarca dalana dirәnmiş belә bir allah bәndәsinә indi axı nә yazasan? Belәsinin halına acımaq mümkün olsa da, kömәk elәmәk müşkül mәsәlәdir. Bәlkә ona mәslәhәt görәsәn ki, yerinә-yurduna qayıtsın, geri qayıdıb öz işlәrini әvvәlkitәk elә buradaca davam etdirsin, çalışıb köhnә münasibәtlәri tәzәdәn sahmana salsın – buna ki mane olan yoxdur – qalan işlәrdә dә dostların kömәyinә bel bağlasın? Ancaq bu açıq-aşkar ona işarәdir ki, bәs sәnin әllәşib-vuruşmağından indiyәcәn heç bir nәticә hasil olmayıb, sәnin heç bir işdә әlin gәtirmәyib, indi dә gәrәk iş-gücünü buraxıb biryolluq evә qayıdasan; evdә isә әlbәt hamı ona barmaq tuşlayıb “fәrsiz” deyәcәkdi. Yaxud bu o demәk idi ki, sәnin dağa-daşa düşmәyәn, başını aşağı salıb sakitcә öz işini görәn dostlarının hamısı işgüzar oğullardı, sәnsә bığlısaqqallı bir uşaqsan vә indәn belә gәrәk hәr işdә onlardan mәslәhәt alasan. Özü dә bu sözlәri nә qәdәr yumşaq desәn, ona bir elә bәrk toxunacaqdı. Hәm dә axı öz mәslәhәtlәrinlә yazığa nahaq әziyyәt vermәdiyini hardan bilәsәn? Bәlkә, geri qayıtması üçün heç onu dilә tutmaq, saqqızını oğurlamaq mümkün olmadı; axı yerli şәraitdәn yadırğadığını özü dәfәlәrlә dilә gәtirmişdi. Belәdә, çox ehtimal ki, qürbәtdә qalmağa üstünlük verәcәkdi, xahiş-minnәtlәr isә zәhlәsini töküb axırda onu köhnә dostlardan daha da uzaqlaşdırmazdımı? Lap canını dişinә tutub mәslәhәtlәrә qulaq assa belә, yenә fәrqi yoxdur – adamlara görә olmasa da, әn azı şәraitin tәqsiri ucbatından burda özünü hәmişә alçaldılmış sanacaqdı. Hәrgah köhnә dostlarla dil tapmasa, heç cür dirçәlә bilmәyәcәk vә ortalıqda avara-sәrgәrdan qalacaqdı; yox, әgәr düşdüyü xәcil vәziyyәtdәn utansa vә hiss etsә ki, hәqiqәtәn daha nә vәtәni var, nә dostları – belәdә gün-güzәranı lap nә qәdәr ağır keçsә dә, salamatı elә qürbәtdә yaşamaq deyildimi? Belә bir durumda bәyәm güman etmәk olardımı ki, o burda öz işlәrini yoluna qoya bilәcәk? Özün haqqında hәr hansı tanışa rahatca söylәyә bilәcәyin bu düşüncәlәri – hәrçәnd yazışmanı indәn sonra da davam etdirәsi olsan – dosta bildirmәk heç lazım da deyildi; o artıq üç ildәn çoxdu vәtәndә olmurdu vә әsla inandırıcı görünmәsә dә, burasını belә izah edirdi ki, bәs guya Rusiyada siyasi vәziyyәt çox qarışıqdır, xırda ticarәt adamı әn qısa müddәtә dә yayına bilmәz, gәrәk hәmişә işin içindә olasan.

Di gәl ki, yüz minlәrlә rus nәdәnsә bunu vecinә almadan dünyanın bu başından vurub o başından çıxırdı. Elә Georqun hәyatındakı ciddi dәyişikliklәr dә mәhz bu son üç ilin әrzindә baş vermişdi; iki il qabaq anası dünyadan köçmüş, ev işlәrinә nәzarәt Georqla qoca atanın öhdәsinә düşmüşdü.

Düzdür, anasının vәfatından dostunun xәbәri vardı, amma görünür, qürbәtdә belә itkilәrin ağrısını bütün incәliklәrinәcәn duymağın mümkün olmaması sәbәbindәn o yalnız quru bir başsağlığı ilә kifayәtlәnmişdi.

Anasının ölümündәn sonra Georq digәr işlәrlә yanaşı, ticarәt işlәrinә dә xüsusi hәvәslә girişmişdi. Bәlkә o sadә sәbәbdәn ki, anasının sağlığında ona әl-qol açmağa bir elә imkan vermәyәn, işdә yalnız öz şәxsi nüfuzuna güvәnәn atası hәmin hadisәdәn sonra çalışmağına yenә davam elәsә dә, fәallığını xeyli itirmişdi. Ya bәlkә o sәbәbdәn ki – әslinә qalsa, bu ehtimal daha ağlabatan idi – burda әsas rolu uğurlu bir şәrait oynamışdı; hәr necә olsa, Bendemanın firması bu iki ilin әrzindә gözlәnilmәdәn dirçәlmәyә başlamışdı; ümumi ticarәt dövriyyәsi beş dәfә artmış vә daha da artacağı göz qabağında idi; hәa qulluqçuların sayını da ikiqat çoxaltmaq lazım gәlmişdi.

Ancaq dost bütün bu dәyişikliklәrdәn bixәbәrdi. Odur ki, öz mәktublarında – sonuncu dәfә, deyәsәn ,başsağlığı mәktubunda – Georqu hәr vasitә ilә dilә tutmağa çalışırdı ki, bәs köçüb Rusiyaya gәlsin; perspektivlәr barәdә tam tәfsilatı ilә açıqlama verәn dostun qәti fikrincә, Peterburq elә mәhz Georqun ticarәt işlәri üçün yaranmışdı. Onun dәlil-sübut kimi gәtirdiyi rәqәmlәr Georqun alış-veriş işindә әldә etdiyi göstәricilәrlә müqayisәdә xeyli cılız görünsә dә, Georq bu haqda dostuna bildirmәk istәmirdi; hәrgah öz uğurlarını indi, necә deyәrlәr, dünәnki tarixlә bildirәsi olsaydı, bu, hәqiqәtәn әcaib tәәssürat doğurardı.

Elә buna görә dә Georq dosta әhәmiyyәtsiz şeylәrdәn – o şeylәrdәn ki, bazar günlәri boş-bekar oturub ağlına korluq vermәdәn düşünürsәn – yazmaqla kifayәtlәnirdi vә bu zaman tәk bir şeyә çalışırdı ki, uzun müddәt qürbәtdә yaşayan dostun şәhәr barәdәki mәlum tәsәvvürlәrini dolaşdırmasın. Vә gәrәk ki buna nail olmuşdu: uzun fasilәlәrlә yazdığı üç mәktubda heç birinә dәxli olmayan bir kişiylә bir qızın nikah macәrasından söz açaraq, axırda, deyәsәn, dostu әmәlli-başlı maraqlandırmışdı, halbuki öncәdәn heç belә bir niyyәti yox idi.

Lakin busayaq bivec hadisәlәrdәn bәhs etmәk, hәr halda, özünün bir ay öncә varlı-hallı bir ailәnin qızıyla – freyleyn Frida Brandenfeldlә nişanlandığını xәbәr vermәkdәn daha münasib idi. Dostu barәdә adaxlısıyla tez-tez söhbәtlәri olurdu vә Georq yazışmalarında yer alan xüsusi mövqeyi vaxtaşırı qıza da söylәmәkdәn çәkinmirdi.

– Demәk o bizim toyumuzda iştirak etmәyәcәk? – adaxlısı soruşurdu. – Hәrçәnd ki, bütün dostlarınla tanış olmağı sәndәn tәlәb etmәyә ixtiyarım çatır.

– Mәn onu narahat etmәk istәmirәm, – Georq cavabında deyirdi. – Çalış ki, mәni düzgün başa düşәsәn: gәlmәyinә gәlәr, hәr halda, mәn belә güman edirәm. Amma gәlib işi belә görәndә әmәlli-başlı sarsılacaq, xәcalәtdәn özünә yer tapmayacaq, hәlә, bәlkә, mәnә paxıllığı da tutdu. Özü dә tәk–tәnha tәzәdәn qürbәtә qayıtdığına görә hamıdan narazı ayrılacaq. Tәk-tәnha – sәn bunun nә demәk olduğunu dәrk edirsәn? – Yaxşı, bәs bizim toyumuz barәdә bәyәm o kәnardan eşidә bilmәz? – Kәnardan eşitmәyinә, әlbәә ki, mәn mane ola bilmәrәm, amma o kökdә ki o yaşayır, inanmıram eşitsin.

– Dostların bu cürdüsә, onda sәn gәrәk heç evlәnmәyәydin, Georq.

– Bu işdә hәr ikimiz günahkarıq. Ancaq mәn buna qәti tәәssüflәnmirәm.

Vә qız onun öpüşlәri altında kәsik-kәsik pıçıldayırdı: – Hәr necә olsa, bu, mәnә toxunur.

Georq düşündü ki, bütün bunları dosta yazıb-bildirmәkdә hәqiqәtәn dә elә bir qorxulu şey yoxdur. “Dostluğumuz naminә daha özümü dәyişdirә bilmәrәm ki? Necә varamsa, qoy mәni o cür dә qәbul elәsin”.

Vә bu sәhәr yazdığı uzun mәktubda nişanlanması barәdә xәbәri dosta bildirmәk qәrarına gәldi: “Ən ürәkaçan yeniliyi özüm bilәrәkdәn axıra saxlamışam. Mәlumun olsun ki, mәn imkanlı bir ailәdәn olan freyleyn Frida Brandenfeldlә adaxlanmışam. Sәn tanımazsan, onlar bizim şәhәrә sәn gedәndәn bir neçә il sonra gәliblәr. İmkan düşәndә nişanlım barәsindә sәnә әtraflı yazaram, indilik bunu demәklә kifayәtlәnirәm ki, mәn çox xoşbәxtәm vә sәninlә aramızdakı münasibәtdә yalnız bircә şey dәyişib – bayaqdan sәnin sadәcә olaraq dostun vardı, indi isә bәxtәvәr dostun var.

Üstәlik nişanlımın simasında sәn özünә әsl sirdaş tapmış olacaqsan: subay adam üçün bu heç dә az qazanc deyil.

Yaxın günlәrdә o özü sәnә mәktub yazacaq, hәlәliksә sәmimi salamlarını göndәrir. Bilirәm ki, ümumi vәziyyәt sәnin ordan aralanmağını әngәllәyir, amma bәyәm dostunun toyu yetәrincә tutarlı әsas deyilmi ki, sәn heç bir maneәni, heç bir çәtinliyi vecinә almayasan? Nә olur-olsun, yalnız öz ürәyinin sәsinә qulaq as vә özün düşündüyün kimi hәrәkәt elә”.

Pәncәrәdәn bayıra baxa-baxa vә mәktubu әlindә oynada-oynada Georq yazı masasının arxasında xeylaq oturdu.

Küçәdәn ötüb keçәn bir tanışın salamına başdansovdu tәbәssümlә cavab qaytarıb, nәhayәt ki, zәrfi cibinә qoydu vә atasının yataq otağının qarşısındakı balaca dәhlizdәn adlayıb içәri girdi; bu otağa bir neçә aydı ayaq basmamışdı.

Əslindә buna elә bir ehtiyac da yox idi, çünki ata-bala hәr gün dükanda görüşür, restoranda eyni saatda nahar edirdilәr; hәrçәnd axşamlar hәrә öz şam yemәyinin qeydinә qalırdı, ancaq bundan sonra әgәr Georq asudә vaxtını dostlarıyla, yaxud axır vaxtlar tez-tez görüşdüyü nişanlısıyla keçirmirdisә, onda adәtlәri üzrә tәxminәn yarım saatacan qonaq otağında birgә әylәşirdilәr vә bu zaman hәrә öz әlindәki qәzetә qapılıb dinmәzcә oxuyurdu.

Yataq otağının hәa belә günәşli bir gündә dә bunca qaranlıq olması Georqu tәşvişә saldı; dar hәyәtә baxan otağın önündәki hündür divar içәrini әmәlli-başlı zülmәtә qәrq elәmişdi. Atası küncdә, mәhәccәrinә mәrhum ananın xatirәsini andıran cürbәcür yadigar әşyalar yığılmış pәncәrәnin böyründә oturub qәzet oxuyurdu; gözlәri zәiflәdiyindәn qәzeti görmә qabiliyyәtinә uyğun mәsafәdә vә bir qәdәr çәpәki tutmuşdu.

– Georq?! – Kişi dәrhal qalxıb irәli yeridi; yeriyәrkәn yaxası açılan ağır xalatının әtәklәri yellәnmәyә başladı vә Georq düşündü ki, “atam elә hәminki pәhlәvandır”.

– Bura nә yaman qaranlıqdır.

– Hә, elәdir, qaranlıqdır, – atası cavab verdi.

– Pәncәrә dә kip örtülü.

– Mәnim belә xoşuma gәlir.

– Bayırda hava yaxşıdır, – Georq sanki danışmaq xatirinә başladığı bayaqkı söhbәtә davam edәrәk oturdu.

Atası qab–qacağı mizin üstündәn yığışdırıb yeşiyin üstünә qoyurdu. Georq onun hәrәkәtlәrinә candәrdi nәzәr salıb sözünә davam elәdi: – Gәldim sәnә deyәm ki, nişanlanmaq xәbәrini mәn bu gün Peterburqa yazası oldum.

Az qala zәrfi cibindәn çıxardacaqdı, amma nә düşündüsә, әlini geri çәkdi.

– Peterburqa? – Atası soruşdu.

– Öz dostuma, – Georq atasının gözlәrinә baxmağa çalışdı vә düşündü ki, “dükanda kişi tamam başqa adam olur, burda isә kresloya yayxanıb, әlini dә sinәsinin üstündә çarpazlayaraq gör nә arxayın әylәşib”.

– Hә, öz dostuna, – atası xüsusi ahәnglә vurğuladı.

– Bilirsәn, ata, mәn bu evlәnmәk mәsәlәsini yalnız onun xәtrinә gizli saxlayırdım, yazmaq istәmirdim; ayrı bir sәbәb yoxdu. Çox çәtin adamdı o, özün yaxşı bilirsәn.

Fikirlәşmişdim ki, toy barәdә bilәcәksә, qoy bunu kәnardan eşidib bilsin – daha burası mәnlik deyil; kimdәn istәyir eşitsin, tәki mәndәn eşitmәsin. Amma o elә qapalı hәyat sürür ki, heç kәnardan eşidәcәyinә dә inanmağım gәlmir.

– İndi isә fikrini dәyişmisәn, hә? – Atası әlindәki qәzeti mәhәccәrin, gözündәki eynәyi dә ehmalca çıxarıb qәzetin üstünә qoydu vә әliylә üstünü örtüb soruşdu.

– Hә, indi fikrimi dәyişmişәm. Əgәr o yaxşı dostdursa, mәnim xoşbәxtliyim elә onun da xoşbәxtliyi olmalıdır.

Buna görә daha tәrәddüdә son qoydum, qәrara aldım ki, hәr şeyi olduğutәk ona yazım. Amma hәlә mәktubu göndәrmәmişәm, istәdim sәnin dә fikrini bilәm.

– Qulaq as, Georq! – Atası qımışıb dişsiz ağzını açdı. – Yanıma mәslәhәtә gәlmisәn, çox әcәb. Amma düz danışmasan, mәnә doğrusunu söylәmәsәn bunun heç bir qırıq da xeyri olmayacaq. Mәsәlәyә dәxli olmayan şeylәri hәlәlik qoyuram bir qırağa. İndi yeri deyil. Bizim mehriban anamız rәhmәtә gedәndәn sonra nәsә xoşagәlmәz işlәr baş verir. Yәqin, onların da vaxtı çatacaq, hәlә, bәlkә, biz düşündüyümüzdәn dә tez çatacaq. Bizim ticarәt müәssisәmizdә mәndәn xәbәrsiz nәsә yox olub gedir; ola bilsin, mәndәn heç nәyi gizlәdib-elәmirlәr – bu saat heç düşünmәk dә istәmirәm ki, mәndәn nәyisә gizlәdirlәr – amma mәn artıq әvvәlki adam deyilәm; yaddaşım zәiflәyib, hәr şeyә göz yetirә bilmirәm. Bir yandan bu, bir yandan da әziz anamızın ölümü mәnә sәndәn daha bәrk tәsir edir.

Amma bir halda ki, söhbәt sәnin mәktubundan gedir, onda xahiş edirәm, mәnә düzünü deyәsәn, mәni aldatmayasan, Georq. Bu ki xırda mәsәlәdir, belә baxanda, bir çürük qoza da dәymәz. Düzünü de görüm, sәnin doğrudanmı Peterburqda dostun var? Georq hәyәcanla yerindәn sıçradı.

– Cәhәnnәm olsun mәnim dostlarım! Min dost ola bir atanın әvәzini vermәz! Bilirsәn mәni narahat edәn nәdi? Sәn özünә qәti fikir vermirsәn. Axı hәr yaşın öz hökmü var. Kim dә bilmәsә, özün çox yaxşı bilirsәn ki, bizim işimizdә sәnsiz mәn heç nәyәm; sәn olmasan batıb gedәrәm, ancaq әgәr bu iş sәnin sәhhәtinә ziyandırsa, günü sabah mәn o dükanı bağlayaram, gedәr işinin dalınca. Belә yaramaz axı! Sәn öz yaşayış tәrzini hökmәn dәyişmәlisәn.

Özü dә çox qәti şәkildә. Qonaq otağı gün işığından çıraq kimi alışıb-yanır, sәnsә gәlib bu zülmәtin içindә oturmusan.

Yaxşıca yeyib möhkәmlәnmәk әvәzinә sәn heç sәhәr yemәyinә әl dә vurmamısan. Yatanda pәncәrәni kip örtüb yatırsan, amma heç bilirsәn havanın sәnә necә xeyri var? Yox, ata! Mәn hәkim çağıracam, nә mәslәhәt görsә, elә dә edәcәyik. Yataq otağımızı da dәyişәrik: sәn küçәyә baxan otağa köçәrsәn, mәnsә bura. Bütün şey-şüylәrini dә yanına daşıyarıq, arxayın ol, heç bir dәyişiklik-filan hiss etmәyәcәksәn. Amma bu, hәlә sonranın işidir, indi isә uzan yatağına, sәnә dinclik lazımdır. Soyun, soyun, gir yerinә. Qoy mәn sәnә kömәk edim: narahat olma, әlimdәn gәlir. Bәlkә elә indi köçәsәn, hә? Pis olmaz, hәlәlik elә mәnim çarpayımda yatarsan.

Georq atasına lap yaxın gәldi; başı sinәsinә әyilәn qocanın ağ pırpız saçları dağınıq vә sәliqәsiz idi.

– Georq, – atası başını dikәltmәdәn güclә eşidilәcәk bir sәslә pәsdәn dillәndi vә Georq cәld irәli yeriyib onun önündә diz çökdü; kişinin üzü yorğun idi, әcaib tәrzdә bәrәlmiş gözlәrini Georqun düz sifәtinә dikib durmuşdu.

– Sәnin Peterburqda heç bir dostun yoxdur, Georq, sәn elә hәmişә zarafatcıl olmusan, yәqin, indi dә dolamağa adam

tapmırsan deyә, özünü saxlayammayıb mәnimlә mәzә lә — nir sәn. Axı, Peterburqda sәnin dostun hardandı? Mәn buna dünyasında inanmaram.

– Bir yadına sal, ata, – Georq atasını ehmalca kreslodan qaldırıb, qarşısında kömәksiz vә acizanә tәrzdә dayanmış kişinin xalatını soyundurmağa başladı. – O, bizim evdә axırıncı dәfә üç il qabaq olub. Sәnin ondan zәhlәn gedirdi, yadına düşür? Azından iki dәfә o mәnim otağımda oturaotura mәcbur olmuşdum sәnә deyәm ki, bәs o gedib, burda yoxdu. Bilirdim ondan niyә acığın gәlir, çünki dostumun hәqiqәtәn qәribәliklәri vardı. Ancaq sәn hәrdәn onunla danışırdın, hәa söhbәtiniz tuturdu da. Sәn onu dinlәyәndә, nәsә soruşub razılaşanda mәn elә öyünürdüm ki! Bir az fikirlәşsәn yadına düşәr. Hәlә bir dәfә rus inqilabı barәdә ağlabatmaz şeylәr dә söylәmişdi: guya Kiyevdә izdiham vaxtı bir keşiş eyvana çıxıb camaatın gözü qabağında әlinin içinә yekә bir xaç çәrtmişdi, sonra da qanı axa-axa әlini yuxarı qaldırıb izdihama müraciәt elәmişdi. Sәn ki o vaxt bunu kimә gәldi danışırdın, olmaya yadından çıxıb? Georq danışa-danışa atasını kresloya oturdub corablarını, tumanını soyundurmağa başladı. Alt paltarın vaxtlı-vaxtında dәyişilmәsinә nәzarәt, әlbәә ki, Georqun vәzifәsi idi; kişinin tumanını çirkli görәndә ürәyindә özünü yamanladı.

Toydan sonra qocanı harda yerlәşdirәcәklәri barәdә nişanlısı ilә hәlә dәqiq bir qәrara gәlmәsәlәr dә, aydındır ki, bir müddәt onu elә öz köhnә yerindә saxlamaq fikrindәydilәr.

İndi isә Georq bu fikirdәn qәti daşındı vә qәrara gәldi ki, kişini götürüb nişanlısı ilә yaşayacaqları mәnzilә aparsın.

Dәrindәn düşünәndә belә çıxırdı ki, atası barәdә onun indәn sonra üçün nәzәrdә tutduğu qayğıların hamısı artıq geridә qalıb.

Vә Georq kişini qucağına alıb yatağa apardı. Birdәn hiss edәndә ki, sinәsinә sığınmış atası onun boynundakı saatın zәnciri ilә oynayır – içindәn qәfil qorxu keçdi. Atası zәncirdәn bәrk-bәrk yapışdığı üçün Georq onu çarpayıya dәrhal uzada bilmәdi. Ancaq yatağa girәn kimi kişi sanki özünә gәldi vә yenә dönüb bayaqkı adam oldu; yorğana bәrk-bәrk bürünüb onu düz çәnәsinәcәn çәkdi, hәa Georqa mehriban bir nәzәr dә saldı. Georq atasını daha da ruhlandırmaq üçün başını razılıqla tәrpәdib soruşdu: – Düzdürmü o sәnin yadına düşdü? – Üstümü yaxşı basdırmısan? – Atası elә bir maraqla xәbәr aldı ki, elә bil ayaqlarının örtülüb-örtülmәdiyini hiss elәmirdi. Georq da kişinin üstünü basdıra-basdıra: – Yerindәn razısanmı? – dedi.

– Sәn mәni yaxşı basdırmısan? – Atası bir dә soruşdu; sanki cavabın ondan ötrü böyük mәnası vardı.

– Rahat uzan, ata, lap yaxşı basdırmışam…

– Yox! – söz Georqun ağzından çıxar-çıxmaz kişi bağırdı vә var gücü ilә yorğanı kәnara atıb yerindәn dik qalxdı; bir әlini pәrvazdan tutub elә çarpayının üstündәcә durdu. – Oğula bax! Bilirәm sәn mәni ömürlük basdırmaq istәyirsәn, amma hәlә basdıra bilmәmisәn. Gücüm nә qәdәr azalsa da, arxayın ol ki sәnә yetәr, özü dә artıqlamasıyla! Hә, tanıyıram sәnin o dostunu, özü dә çox yaxşı tanıyıram. Elә bir oğul mәnim ürәyimdәn olardı. Ona görә sәn neçә vaxtdı yazığa yalan satırsan, yalnız ona görә! Elә bilirsәn mәn onun halına ağlamamışam? Ona görә kontorun qapısını daldan bağlayırsan ki, rahatca oturub Rusiyaya riyakar mәktublar yazasan! Şef mәşğuldur, içәri girmәk olmaz! Ancaq xoşbәxtlikdәn ata öz balasının nә ilә nәfәs aldığını da ovcunun içi kimi bilir, bunu ona öyrәtmәyә lüzum yoxdur. İndi dә elә fikirlәşirsәn ki, bәs daha atanı öz altında әzmisәn, istәsәn lap çıxıb üstündә dә oturarsan, heç sәni tәpiklәmәz dә! Bәs buna görә mәnim istәkli oğlum evlәnmәk eşqinә düşüb! Georq atasına dәhşәt içindә baxırdı, olmazın dәhşәt içindә. Kişinin qәfildәn çox yaxşı xatırladığı peterburqlu dostun siması xәyalında bütün aydınlığı ilә canlandı vә Georq onu uzaq Rusiyada, sәfil-sәrgәrdan bir kökdә, qarәt olunmuş bomboş dükanın qapısı ağzında gördü: budur, o, sındırılmış rәflәrin, altı üstünә çevrilmiş malların, qırılıbqoparılmış armaturların arasında durub. Axı, o niyә, niyә bu qәdәr uzağa getmişdi! – Mәnә yaxşı–yaxşı bax! – Atası elә çığırdı ki, Georq az qala öz iradәsindәn asılı olmayaraq çarpayıya tәrәf yüyürdü, amma yarıyolda qәfildәn duruxub ayaq saxladı. – Nişanlın tumanını qaldırıb, – kişi alt köynәyini hirslә yuxarı çәkdi ki, bunu lap yaxşı göstәrsin; o qәdәr yuxarı çәkdi ki, davadan yadigar kimi belindә gәzdirdiyi çapıq da görsәndi, – sәnin o lәçәrin tumanını qaldırıb, bax belәnçik, bax bu cürә yuxarı qaldırıb, sәn dә baxıb hayıl-mayıl olmusan. Öz çirkin ehtirasını doyurmaqda sәnә heç nә mane olmasın deyә, ananın xatirәsini murdarlamısan, öz dostunu satmısan, indi dә atanı yatağa soxub üstünü bәrk-bәrk basdırırsan ki, orda uzanıb cınqırını çıxartmasın! Necәdir, cınqırı çıxır, yoxsa çıxmır? Tәrpәnir, ya tәrpәnmir? Vә kişi әlini pәrvazdan qoparıb çarpayıda atılıb-düşmәyә, ayaqlarını oynatmağa başladı. Öz fәrasәtindәn әcәb mәmnun görünürdü, Georq isә ondan mümkün yerәcәn uzağa qaçıb otağın lap küncünә qısılmışdı. Atasının hәr bir hәrәkәtinә hәlә bayaqdan diqqәt kәsilmişdi, elә bil qorxurdu ki, kişi hardansa – arxadanmı, yuxarıdanmı – beqәfil üstünә cumar.

Artıq unutmuş olduğu qәrarı indi tәzәdәn xatırladı vә sap qırığını iynәnin gözündәn çәkib çıxaran tәki tez dә onu yadından çıxartdı.

– Ancaq dost satılmayıb! – Atası çığırdı vә öz sözünün tәsdiqi kimi şәhadәt barmağını silkәlәmәyә başladı. – Burda, bu şәhәrdә mәn onun müdafiәçisi olmuşam! – Hoqqabaz! Georq özünü saxlaya bilmәdi, dәrhal da dediyinә peşman oldu. Amma daha gec idi; acığından dilini elә dişlәdi ki, ağrıdan gözlәri kәllәsinә çıxdı.

– Əlbәә, mәn oyun oynamışam, mәn hoqqa çıxart mı — şam! Hoqqa! Yaxşı sözdür! Dul qalmış bәdbәxt ataya başqa nә cür tәsәlli verәsәn? Ancaq olan-qalan bir tikә övlad vicdanınla mәnә cavab ver görüm: öz naşükür qulluq çu la — rın dan xәyanәt görәn mәn qoca kaftarın bu qaranlıq dax — mada nә ölümü var? Oğlum isә firavan yaşayır, mәnim hazırladığım sazişlәrә imza atıb kefindәn yerә-göyә sığmır, hәlә böyük bir adam kimi atasına tәşәxxüs dә satırdı! Elә bilirsәn sәni sevmәk istәmirәm? Axı, sәni mәn yaratmışam! “İndicә qabağa әyilib bükülәcәk, – Georq fikirlәşdi, – kaş yıxılıb şil–küt olsun!” Beynindә dolaşan bu sözlәrdi.

Atası bükülmәyinә büküldü, amma yıxılmadı; sanki sınayırdı vә Georqun ona tәrәf qaçmadığını görüb belini dikәltdi.

– Durduğun yerdәcә qaxıl dur! Sәn mәnә gәrәk deyilsәn.

Guya yaxınlaşmağa gücün var, intәhası özün istәmirsәn? Ağlın çaşmasın! Mәn hәlә ki sәndәn güclüyәm, qat-qat güclüyәm. Tәk olsaydım, bәlkә güzәştә gedәrdim; amma tәk deyilәm, anan öz gücünü mәnә verib gedib, sәnin dostunla da biz çox yaxşı dil tapıb sövdәlәşmişik; sәnin müştәrilәrin hamısı bax burda, mәnim cibimdәdir! “Alt köynәyindә durub cibişdandan dәm vurur” – Georq düşündü vә ağlından keçirtdi ki, tәk belә bir sözә görә atasını hamının gözü qabağında boğa bilәr. Bu fikir onun beynindәn bir anlığa keçdi, çünki hamısını elә hәmin andaca unutdu.

– Gözәlçәni dә qoltuğuna vurub burdan elә itilәrsәn ki, gözüm sәni görmәsin! Yoxsa onu sәndәn qopardaram; elә qopardaram ki, ölüncә yadından çıxmaz! Georq uşaqtәk inamsızlıqla ağzını qırışdırdı, atası isә başını onun dayandığı küncә tәrәf yellәtdi; yәni ki, fikri tam ciddidir vә әsla zarafat elәmir.

– Bura tәşrif buyurmaqla, yanıma gәlib toy barәsindә dostuna yazıb-yazmamağı soruşmaqla mәni әcәb әylәndirdin.

Ay әfәl, o hәr şeyi bilir, hәr şeyi çoxdan bilir! Ona hamısını yazmışam, heyif ki, kağız-qәlәmi gizlәtmәk yadından çıxıb.

Buna görә dostun neçә ildi gәlib-elәmir, sәnin mәktublarını da heç açıb baxmadan zibil yeşiyinә atır, bildin? Amma mәnimkilәri oxuyur, dönә-dönә oxuyur, hәr şeyi dә sәndәn yüz dәfә yaxşı bilir! Kişi elә ruhlanmışdı, elә hәvәslәnmişdi ki, indi әlinin hәr ikisini qaldırıb başı üzәrindә yellәdirdi.

– Hәr şeyi sәndәn min dәfә yaxşı bilir! – o, qışqırdı.

– On min dәfә! – Georq sanki atasını yamsılamaq istәdi, amma sözlәri son dәrәcә ciddi sәslәndi.

– Nә vaxtdı sәbrimi basıb gözlәyirәm ki, bәs gәlib bu işi mәndәn soruşacaq! Elә bilirsәn başqa mәşğuliyyәtim vardı?! Elә bilirsәn mәn qәzet oxuyuram?! Al! – deyә atası Georqun ömründә görmәdiyi, heç adını da bilmәdiyi vә indi hansı yollasa yataqda peyda olan köhnә bir qәzeti ona tәrәf vızıldatdı. – Sәnin qәrara gәlmәyin nә uzun çәkdi belә! Anan bu cür oğuldan canını yaxşı qurtardı, üzüsulu köçüb getdi; dostun Rusiyada can verir, o yazıq hәlә üç il qabaq elә saralmışdı ki, lap o dünyalıq idi, mәn dә… özün görürsәn nә kökdәyәm… kor deyilsәn! – Demәk belә çıxır ki, sәn mәnim arxamda casusluqla mәşğul olmusan! Georqun ucadan söylәdiyi bu sözlәrin müqabilindә atası tәәssüflә, sanki özüylә danışırmış kimi astadan pıçıldadı: – Yәqin, sәn bunu qabaqca demәk istәyirdin; indi bunlar daha heç nәyә yaramır.

Sonra yenә sәsini qaldırdı: – Hә, demәli sәnә artıq bәlli oldu ki, özbaşına hәrәkәt edәn tәk sәn deyilsәn, ancaq indiyәcәn sәnin yalnız özündәn xәbәrin olub! Belә baxanda, guya sәn günahsız bir tifilsәn, әslindә isә iblissәn, xalis iblis! Ona görә dә qulaqlarını aç, mәni yaxşı-yaxşı eşit: mәn sәnә ölüm hökmü kәsirәm – sәn suda boğulmalısan! Georq hansısa mәchul bir qüvvәnin onu otaqdan qovduğunu hiss etdi; qulaqlarında qәfildәn yatağa yıxılan qoca atanın guppultusu – o, pillәkәnlә üzüaşağı elә qaçırdı, elә bil düz yolla yüyürürdü. Pillәkәnin әtәyindә yır-yığış üçün yuxarı qalxan qulluqçuyla toqquşdu; arvad döşlüyü ilә üzünü bürüyüb çığırdı: – Ya İsa, özün kömәk ol! Amma bu zaman Georq artıq gözdәn itmişdi.

O, doqqazdan çıxıb küçәni keçdi vә çaya tәrәf götürüldü.

Ac adam qaşıqdan yapışan kimi, barmaqlıqdan bәrk-bәrk yapışıb ayaqlarını o üzә aşırtdı; yeniyetmәlik dövründә övladlarının yaxşı bir gimnast olmasıyla valideynlәri әbәs yerә qürrәlәnmirdilәr ki.

Barmaqlıqdan asılı vәziyyәtdә o, avtobusun nә vaxt gәlib keçәcәyini gözlәdi; çaya atılarkәn mühәrrikin sәsi onun şappıltısını eşidilmәz etmәliydi. Qolları getdikcә heydәn düşürdü vә belәcә, son gücünü toplayıb pıçıldadı: “Mәnim әziz valideynlәrim, hәr necә olsa da, mәn sizi sevirdim”.

Vә әllәrini barmaqlıqdan üzdü.

Bu zaman körpünün üstündә gediş-gәliş xeyli canlanmışdı.

 

Qiymət