“Antiinhisar” və Mədəniyyət Nazirliyi kitab alışını dayandırdı

Nəşriyyatlar Mədəniyyət Nazirliyinin və Azərbaycan Nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına qarşı etiraz bəyanatı yayıblar.

 

Nəşriyyatlar məsələ ilə əlaqədar birgə etiraz bəyanatı yayıblar.

Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi. Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk”, – deyə bəyanatda bildirilir.

“Antiinhisar” iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz. “Dövlət satınalmaları haqqında” Qanun özü bunu qadağan edir”, – birgə bəyanatda vurğulanır.

Əlavə olunur ki, xidmətin bu qərarı nəşriyyatların fəaliyyətinə “ölümcül zərbə” vurur və kitabxanaların zənginləşməsini əngəlləyir.

Nəşriyyatlar qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və “Antiinhisar”dan tələb edirlər.

Naşirlər bəyan edirlər ki, əgər bu məsələ oktyabrın 7-si saat 12:00-dək həllini tapmazsa, yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəklər.

 

Telman Cafarov — Mütərcim nəşriyyatı
Amin Orucov — Simurq Nəşriyyatı
Arzu Bəylərli — Audiokitab
Bəhram Oruclu — Çinar nəşriyyatı
Elçin Sadiqov — Fidan Nəşriyyat və Dağıtım
Əli Eynəliyev — Dastan Yayımları
Əsəd Süleymanov — MİMTA Yayımları
Fatimə Alxaz — Ağıllı Bala Nəşriyyatı
Günel Tağıyeva — Kibu yayımları
Hafiz Eyyubov — Qələm Nəşriyyatı
Həsən Kərimov — Kitabçı Nəşriyyat evi
İlkin Abdulla — Strauss Press
İlkin Abdullayev — Çardaq və Kosmo nəşriyyatı
Misir Aslanov — Zəka Print
Mübariz Həsənov — Alfacin Nəşriyyatı
Muxtar Abbasov — RM Nəşriyyatı
Nemət Əliyev — Everest Nəşriyyat evi
Nicat İbrahimov — TEAS Press Nəşriyyat Evi
Nigar Köçərli — Əli-Nino nəşriyyatı
Nurman Şahmərdanov — Parlaq İmzalar nəşriyyatı
Orxan Bəyov — İZƏ Nəşriyyatı
Rafiq İsmayılov — Altun Kitab nəşriyyatı
Rasim Qaraca — Alatoran nəşriyyatı
Ramiz Məmmədov, — İpəkyolu Nəşriyyatı
Sadıq Babazadə — Mayak Nəşriyyatı
Səbinə Əli — Səbat Nəşriyyatı
Səbuhi Zeynalov — XAN Nəşriyyatı
Şahbaz Xuduoğlu — Qanun nəşriyyatı
Şəmil Sadiq — Hədəf Nəşrləri
Şöhlət Səlimov — Qədim Qala Nəşriyyatı
Tural Axundov — Təhsil nəşriyyatı
Ülvi Ağa — İdiot Yayınları
Ülvi Cabbarov — Gündüz Yayınları
Veysəl Məmmədov — Libra Kitab
Yusif İlhamoğlu — Çapar Yayınları

 

Mədəniyyət Nazirliyi 2021-ci ildən nəşriyyatlardan kitab almağa başlayıb.

Hər il 400-500 min manat məbləğində 40-50 min nüsxə kitab alınıb.

2021-ci ildə 230 adda kitabdan 14 294 nüsxə (105 000 manat), 2022-ci ildə 454 adda kitabdan 50 465 nüsxə (498 174 manat), 2023-cü ildə isə 546 adda kitabdan 41 098 nüsxə (təxminən 420 000 manat) kitab alışı edilib.