Dünyanın ən məşhur yazıçılarından biri Bakıya gəlir

Ədəbiyyat

2-8 oktyabr günləri Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Beynəlxalq Kitab Sərgisinin məşhur qonaqlarından biri də dünyada bestseller olan “Zolaqlı pijamalı oğlan” kitabının müəllifi Con Boyn olacaq.

İrlandiyalı yazıçı Con Boynun kitabları 46 müxtəlif dilə tərcümə olunub.  O, 17 romanın müəllifidir. Dünya üzrə 5 milyon nüsxə ilə satılan “Zolaqlı pijamalı oğlan” romanı iki İrlandiya Kitab Mükafatını, Bisto İlin Kitabı Mükafatını qazanıb. Az vaxtda İrlandiya Bestseller Siyahısında birinci olub.

Faşistlərin yəhudilərə qarşı amansız cinayətləri baş verdiyi dövrdən, iki balaca dostun ürək parçalayan talelərindən danışır. Dostların biri Auşvits rejiminə nəzarət edən komendantın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi uşağıdır. Bu uşaqların öz dünyası, öz oyunları var. Hər ikisi heç zaman ağıllarına gəlməyən dəhşətlin astanasında əyləncə axtarışındadırlar…

Əsər Holokostu pisləyən ən yaxşı ədəbi nümunələrdən hesab olunur.

“Zolaqlı pijamalı oğlan” romanı Azərbaycan dilinə də tərcümə olunub.