2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə satış şəbəkəsi tərəfindən istehlakçılara 1 milyard 750,7 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında bu rəqəm 178,9 milyon manat təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 85 milyon 78 min ABŞ dolları dəyərində tütün və tütün məmulatı idxal edilib. Bu dövrdə ölkədə 671,2 milyon manatlıq tütün məmulatı istehsalı olmuşdur.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən orta aylıq pərakəndə əmtəə dövriyyəsi 447,7 manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çoxdur. Ticarət şəbəkəsində hər bir ölkə sakini orta hesabla ayda 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.