“112” qaynar telefon xəttinə iki uşağn quyuya düşməyi barədə müraciət olub. Maştağa kəndində 2013-cü il təvəllüdlü iki uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüb.
Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.