Aprelin 18-də “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən “Benilüks” Azərbaycanlıları Konqresinin tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyü şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.