Xalq artisti Afaq Bəşirqızı «ATV səhər»ə açıqlamasında: «Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkirlər, Qurd qapısından, Xırdalandan xəbər verilməyini gözləyirlər». -söyləyib.
Rusiyada olan Novodeviçye qəbiristanlığını misal göstərərək, xalq artisti Azərbaycanda da eynisinin yaradılmasını təklif edib: «Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər».