Cəmiyyətdə şəxsiyyət azadlığını, sərbəst yaşamaq hüququnu hərə bir cür qəbul edir.
Axşam.az xəbər verir ki, əməkdar artist Şəbnəm Tapdıq «Elgizlə izlə» verilişində aparıcı Elgiz Əkbərin «Ərə getmək istəməyən qızlara nə demək istəyirsiniz» sualına əsəbiləşib:
«Heç xınanın yeridir, get, onlardan soruş. Ərə getmək istəməyən özü bilər. Bir dairəyə top atmısınız, fırlanıb gəlir mənə. Verilişə gəlməzdən əvvəl prodüserə bildirdim ki, bir dənə artıq-əskik sual verməyin. Elə xanımlar var ki, alanı çoxdur getmək istəmir. Həmin xasiyyətdən biri də mənəm. Üniversitet vaxtları nələr oldu, dedim, yox. Mən bir qadın kimi özüm öz ayaqlarımın üstündə dayanıram».
Ş.Tapdıq aparıcı Pərvanə Tahirqızının «Bəs, sevgi» sualına «Hansı sevgidən danışırsan? Bu qədər evlənən var, niyə ayrılırlar? Heç kimin ixtiyarı yoxdur, desin, sən niyə ərə getmirsən? Mənəviyyatı təmiz insanlarla işiniz olmayın. Gedin, bu sözü eləsinə verin ki, sən niyə bu qədər adamla gəzirsən? …Sərt xasiyyətli qadınam, evim, maşınım var, nə edirəm kişini. Əsəblərimlə oynasın?» cavabını verib.