Türkiyədəki 14 may seçkiləri yaxınlaşdıqca, bu seçkilər ətrafında gedən oyunlar da güclənir. 14 may seçkiləri təkcə Türkiyə prezidentinin kim olacağı uğrunda mübarizə deyil, bu seçkilərdən sonra Türkiyənin müstəqilliyi, türk dövlətinin aparacağı xarici siyasətin hansı tərəfə yönələcəyi yolunda gedən mübarizədir. Birmənalı surətdə aydındır ki, Qərb, o cümlədən Bayden Ərdoğanın yenidən prezident seçilməməsi üçün çox çalışırlar. Bu “Qərb” istəyinin təsdiqi, martın 28-29-da keçirilən II Qlobal Demokratiya Sammitinə Afrikadan belə, dəvətlər olsa da, NATO üzvü olan Türkiyənin dəvət edilməməsi, müxalif qüvvələrlə ABŞ səfirliyini görüşləri oldu. ABŞ-ın açıq şəkildə “Altılı masa”-ya dəstək verməyi onu göstərdi ki, onlar öz “seçkilərində” sadiqdirlər.
ABŞ və digər Qərb ölkələri üçün Türkiyə bir variantda –qladiator rolunda qəbuldur. İstər ABŞ, istər, Fransa, digərləri Türkiyənin Rusiya ilə svaşda olmasını yatanda yuxularında da arzu edirlər. Çin-Qərb, Rusiya-Qərb qarşıdurmasında strateji coğrafi ərazidə yerləşən türk dövlətini tam vassal vəziyyətinə salmaq, Rusiya və Çinə qarşı açıq düşmənçiliyə təhrik etmək Qərbin ən böyük arzularından biridir. Bunları yaxşı anlayan president Ərdoğan, Türkiyənin kimlərə qarşısa müharibəyə girməyəcəyini açıq bəyan etdi. Ərdoğanın bu bəyanəti Qərbin seçkilərdən gözlədikləri nəticələrə cavab oldu.
100% əmin ola bilərik ki, 14 may seçkilərində Ərdoğana 70 milyon türkün hamısı səs versə də, bütün Qərb, başda Fransa və ABŞ olmaqla dünyaya səs salacaqlar ki, seçkilər saxta oldu, Ərdoğan uduzdu.
Türklərin seçkiləri ətrafında gedən mübarizənin əhəmiyyətini Rusiya da yaxşı başa düşür. Kreml Ərdoğanın hakimiyyətdən getməsini təkcə hakimiyyət dəyişikliyi kimi qəbul etmir. Bu hal, bütövlükdə çox böyük qarşılıqlı iqtisadi bağlılıq olan Türkiyəni itirmək, Rusiyanın Avropaya və Yaxın Şərqə çıxış yolunu bağlamaq demək olacaq. Ərdoğanın hakimiyyətdən getməsi, həm də Rusiya üçün Orta Asiyada və Cənubi Qafqazda yeni bir cəbhənin açılması ola bilər.
Ona görə də, Türkiyədəki 14 may seçkilərini yalnız türklərin seçkisi adlandırmaq çətin alınır. Bu seçkilər həm də Rusiya-Çin və Qərb maraqlarının seçgiləri kimi baxmaq lazımdır.
Azərbaycan dövlətinin marağına gəldikdə isə, müasir dövrdə Ərdoğanın qalib gəlməyi, Türkiyə-Rusiya münasibətlərinin dostluq şəraitində qalmağı vacibdir.
44 günlük Qarabağ savaşındakı uğurlarımız Rusiya-Türkiyə isti münasibətlərinin olması nəticəsində baş verdiyini unutmamalıyıq. Gələcəkdə də Ermənistanla möhkəm sülhün əldə edilməsi Rusiya-Türkiyə münasibətlərinin hansı yolla getməsindən asılı olacaq.
Türküyənin təklənməsi, zəifliyi Azərbaycanın çətinliyi deməkdir. Türküyə Rusiyaya qarşı hər hansı avantüraya qoşularsa, inanmaq lazımdır ki, həmin andaca Qərb tərəfdən arxası boşalacaq, heç bir kömək, yardım işi görülməyəcək. İzah da tapacaqlar. Otuz il Qarabağ işğalına göz yuman, erməni tərəfə qarşı heç bir kəskin addım atmayan Qərbin bu günkü sərhəd “missiyasının” verdikləri bəyanatları, Avropanın aparıcı dövlətlərindən olan Fransanın türkə-Azərbaycana qarşı gizlədilməyən düşmən münasibəti yaxşı misaldır. Bu gün kim Türkiyəni Rusiya ilə qarşıdurmaya, münasibətlərin zəifləməsinə çağırırsa, demək bu çağırış Türküyəyə qarşı, onun zəifləməsinə yönələn çağırışdır. Bu, həm də, Azərbaycanın mənafeyinə qarşı çağırışdır.
Xaliq Məmmədov.