600 il oxuna bilməyən kitab-Voynich Əlyazması

Kitabın ilk səhifəsi

Voynich Əlyazması (həmçinin Beinecke MS 408) kimi tanınan, naməlum bir əlifbadan istifadə olunmuş, naməlum bir dildə naməlum müəllif tərəfindən yazılmış təsvirli kitabdır.

Əlyazmanın yazılma vaxtı məlum deyil, lakin onun sənədləşdirilmiş tarixini 16-cı əsrə aid etmək olar. Arizona Universitetinin kimyaçı və arxeometristi Qreq Hodgins əlyazma fraqmentlərinin radiokarbon analizləri nəticələrinə əsasən müəyyən etdi ki, əlyazma üçün perqament erkən İntibah dövründə 1404-1438-ci illər arasında hazırlanıb. Əlyazmada qaranquş quyruğuna oxşar dişləri olan qala divarlı naməlun şəhərin yalnız bir real təsviri var. XV əsrin əvvəllərində belə dişlərə əsasən Şimali İtaliyada rast gəlinirdi. “MS 408”-in  ilk sahibi bugünkü Çexiya Respublikasının torpaqlarındaki Bohemiya kralı II Rudolf olub. Ondan sonra əldən-ələ dolaşan kitab araşdırılmaq üçün kilsəyə verilib. Yüzillər boyu səyahət edən kitab nəhayət Yale Universitetinə bağışlanıb.

Kitab 1912-ci ildə onu əldə edən antikvar Vilfred Voyniçin adını daşıyır. 1961-ci ildə kitab satıcısı Hans Kraus əlyazmanıVoyniçin varisi Ethel Voynichdən 24.500 dollara alıb və 1969-cu ildə kitabxanaya bağışlayıb.

 

Xaliq Məmmədov