Hexta muzeyində (İsrail, Hayfa şəhəri) muzeyə gələn dörd yaşlı uşaq qədim eksponatlardan birini sındırıb.
Bürünc dövrünə aid edilən, açıqda saxlanılan bu qədim küpün 3500-dən çox yaşı vardı.
Muzey rəhbərliyi təəccüblü dərəcədə sakit reaksiya verərək, ziyarətçilərdən heç bir şikayətinin olmadığını bildirib. Oğlan və anası yenidən ekskursiyaya qayıtmağa dəvət edilib.
Eyni zamanda, muzey valideynlərə xatırladıb ki, başqa hal nəzərdə tutulmadıqda, uşaqlara ziyarət qaydaları və eksponatlara əl ilə toxunmağın qadağan edilməsi barədə xəbərdarlıq etməlidirlər.
Onlar qədim küpü bərpa etməyi planlaşdırırlar.